“Qərbi Azərbaycana qayıdış” I konfransına
Müstəqillik illərində Azərbaycanda aparılan elmi tədqiqatların (bir hissəsinin)
“Qərbi Azərbaycana qayıdış”ımızda rolu və qarşıda duran vəzifələr.
(Əsasən razimizdəki qayaüstü rəsmlər baxımından)
“Müstəqilliyi möhkəmləndirmək üçün xalqımızın, millətimizin qədim tarixini, keçdiyi yolu elmi surətdə tədqiq edib, əsərlər, illüstrativ materiallar, kinolentlər yaratmaq, bunu həm öz xalqımıza, həm də bütün dünya xalqlarına göstərmək lazımdır… Azərbaycan haqqında fikirlərimi sizə çatdıraraq demək istəyirəm ki, bu baxımdan Naxçıvan xüsusi yer tutur. Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanin bir diyar kimi öyrənilməsi həm təbiətinə, həm adət – ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür”…” Heydər Əliyev –Ümummilli liderimiz.
“İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, tarixi faktdır. Hec uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində car Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs gorər ki, indiki Ermənistanın butun ərazisindəki toponimlərin, demək olar ki, mutləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hərkəs gorsun.”
İlham Əliyev
Azərbaycan Respublikasının prezidenti
3 iyun 2020 –ci il.
Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.
Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.
Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.
Qayaüstü rəsmlər baxımından: filologiya elmləri namizədi Əjdər Fərzəlinin(1937 -2011) Gəmiqaya və Qobustanda, dosent Nizami Alıyevin Gəmiqayada, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin Qərbi Azərbaycanda apardığı tədqiqatlar, AMEA –nın Müxbir üzvü professor Afad Qurbanovun son kitablarında gedən Vorontsovka (Kalinino) rayonunun Cücəkənd kəndinin ərazisində «Cücəkənd qayaüstü rəsmləri» və digər araşdırmalar diqqətəlayiqdir.
Bununla bərabər “AqRA” Elmin İnkişafına Dəstək ictimai birliyinin Fəxri Üzvü Vahid Rzayevin (22.04.1947 – 21.09.2018) aşağıdakı məqalələri Azərbaycanımızın yazılmayan tarix səlnamələridir.
“Həzrəti Nuhla xilas və ərazi”.
“Bürclər ilk təqvimlərdir”
“Zər, Azər”
“Qoç bürcündən başlayan ikinci həyat”
Əjdər Fərzəli uzun illər ərzində Gəmiqaya –Qobustanda apardığı tədqiqatlar nəticəsində Gəmiqaya –Qobustan əlifbası kəşf etmişdir.Dünyada mövcud olan bütün əlifbalarla müqayisələr apararaq nəticələrini kitablarında nəşr etdirmişdir. Müəllif Azərbaycan ərazisində qayalara, daşlara həkk olunaraq qorunub saxlanmış qədim Azərbaycan ( türk )əlifbasını İlk dəfə aşkara çıxarmış və o əlifba ilə 440 söz oxumağa nail olmuşdur. Bu əlifbanın aşkara çıxarılması və oxunması həm bizim, həm də bəşər tarixinin öyrənilməsi üşün yeni bir addım sayıla bilər. Kitabda bu əlifbanın fonetik xüsusiyyətləri, yaranma tarixi, qaynaqları, ideoloji əsası, dünya əlifbaları ilə müqayisəsi və s. geniş şərh olunur. Kitabın elmi müzakirəsi 22.04.2015 –ci ildə AMEA –da akademik İsa Həbibbəylinin rəhbərliyi və “AqRA” EİDİB –nin həmtəşkilatçılığı ilə baş tutmuşdur. Əsas mə`ruzəçi professor Buludxan Xəlilov olmuşdur –elmi məqaləsi AMEA –nın elmi dərgisində dərc olunmuşdur. Həmin tədbirə videoformatda AMEA –nın Naxçıvan bölməsinin və Naxçıvan Dövlət universitetinin alim və ziyalıları da qatılmışlar.
Əjdər Fərzəli bu əlifbanı kəşf etdiyi dövrdə elmə Gəmiqayada maksimum 2000 qayaüstü rəsm mə`lum idi. 2016 cı ilin avqust ayında mütəxəssislərdən ibarət dosent Nizami Alıyevin rəhbərliyi ilə “Gəmiqaya ekspedisiyası” qayaüstü rəsmlərin yayıldığı 136 hektar ərazidə olmuş, 2040 daş üzərində 7422 təsvir qeydə almışdır. Dünyada bu qədər qayaüstü rəsm olan yer yoxdur.
Gəmiqaya abidələri “yazılı” daş salnamələri ilə bizi Azərbaycan xalqının milli-mə`nəvi dünyasının ulu yaddaş çağlarına aparıb çıxarır. Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil olmuşdur. Bu xəzinəni qoruyub saxlamaq, öyrənib gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Həmin təsvirləri ilk dəfə olaraq kompleks şəkildə özündə əks etdirən bu kitab
xalqımızın qədim tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir. Gəmiqaya rəsmlərinin yayıldığı ərazilərin ümumu sahəsi – 136,58 hektardır.
Bölgələr üzrə:
Aşağı Baca – 17,79 ha
GöllərQaranquş – 83,99 ha
Nuh Nəbi yurduNazağa – 25, 83 ha
Qızgəlin çuxuru – 8,97 ha
Gəmiqyada üzərində təsvir olan daşların və onlar üzərindəki təsvirlərin və işarələrin ümumi sayı: Üzərində təsvir olan daşların sayı – 2029 ədəd. Daşlar üzərindəki rəsmlərin və işarələrin sayı – 7378 ədəd.
Bölgələr üzrə: Aşağı Baca – 4 daş, 24 təsvir Aşağı Göllər – 89 daş, 239 təsvir Orta Göllər – 113 daş, 422 təsvir Yuxarı Göllər – 83 daş, 275 təsvir Qaranquş I (yolun üstü) – 450 daş, 1356 təsvir Qaranquş II (yolun altı) – 514 daş, 1680 təsvir NuhNəbi yurdu – 36 daş, 178 təsvir Nazağa – 9 daş, 37 təsvir Qızgəlin çuxuru – 731 daş, 3167 təsvir
Qaranquş yaylağından muzeylərə aparılan daşların və rəsmlərin sayı: Üzərində təsvir olan daşların sayı – 11 ədəd. Daşlar üzərindəki rəsmlərin və işarələrin sayı – 44 ədəd.
Muzeylər üzrə:
Gəmiqaya Dövlət TarixBədii Qoruq Muzeyində – 6 daş, 19 təsvir
Ordubad Rayon TarixDiyarşünaslıq Muzeyində – 2 daş, 13 təsvir
Naxçıvan Dövlət Tarix Muzeyiyində – 2 daş, 8 təsvir
“Xan sarayı” Dövlət TarixMemarlıq, Möminə Xatın və
Açıq Səma altında Muzey Kompleksində – 1daş, 4 təsvir
Gəmiqayadan (Qaranquş yaylağından) muzeylərə aparılmış daşlar üzərindəki təsvirlərin və işarələrin sayını da ümumi saya əlavə etsək, onda aşağıdakı nəticəni almış olarıq:
Üzərində təsvir olan daşların ümumi sayı – 2040
Daşlar üzərindəki rəsmlər və işarələrin ümumi sayı – 7422
Nəticə olaraq, qeyd edirik ki, Gəmiqaya rəsmlərinin yayıldığı areal 136,58 hektar, üstü təsvirli olan daşların sayı 2040, daşlar üzərindəki rəsmlərin sayı isə 7422 ədəddir. Bu rəsmlərdən 6000 i ilk dəfədir ki, bu kitabda çap olunur.
Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.
Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.
Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb. İşıq, od, alov dedikdə O, ümid, hərəkət verici, nizamlayıcı, bərabərləşdirmə, bölmə, hasilə (nəticəyə) gətirməklə həcm qədəri vermə, məsafələşdirmə, rəng bölgüsü (spektral) temperatur hədlərini bərabərləşdirmə, yaradıcı və s. anlamı daşıyıb.
Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaq həyatı sürməklə, İşıq anlayışını yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər.
Ərazilərini və özlərini İşıq daşıyıcıları olduqlarını anlayaraq, O yaradıcı İşıq şərtlərini pozmadan qoruyurdular. Bu anlayış, bu davranış ərazisini və əhalini hifs etməklə yanaşı onları elmə, yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi.Bunlar ilkin səbəb daşıyıcısı olmaqla yanaşı bir də xilas və xilas olmaq idi.
Tarixlərdə həzrəti Nuh dövrü tufanı var. Sonrakı mərhələ həzrəti Nuhun o ərazidən Gəmi – qaya, Ağrı – dağ arasında o ərazidə xilası və xilaskarlığı dövrü var.
Çox – çox qədim tarix iki mərhələyə bölünüb. Həzrəti Nuh dövrü tufanına qədər olan mərhələ mədəniyyətlər, həzrəti Nuh dövrü tufanı və o mərhələdən sonrakı dövr.
Çox düşündürücü bir məqam ondan ibarətdir ki, yer kürəsi boyu baş vermiş o tufana səbəblər nə idi və o dəhşətli tufandan həzrəti Nuh və o ərazidə məskunlaşan insanların xilas olmağına səbəb nə idi? Həzrəti Nuhun o tufandan xilaskarlığı eyni vaxtda o ərazi ilə xilası idi.
Tarixlərdə, səmavi kitablarda bizə gəlib çatan həzrəti Nuh tufanı, xilaskarlığın yaddaş daşıyıcısı olmaqla çox önəmli tarixi bir faktdır.
Tarixlərdən indiki dövrə qədər gəlib çatan o dəhşətli tufandan, Naxçıvan ərazisi və əhalisi xilas oldular. Çünki o ərazidən tufana qədər də, tufan ərəfəsində də insanlar İşığı, Tenqrini, Tanqrını, Tanrını çağırırdılar. Amma ən ağır bir mərhələ ondan ibarət idi ki, dalğaların hündürlüyü və səsi ilə yanaşı, qaralmış, tündləşmiş buludlardan aramsız yağan güclü yağış, daha vahiməli daha qorxulu idi. Günəşin görünməməsi belə bir təəssürat yaradırdı ki, xilas olmaq mümkünsüzdür. İnsanlar vahimə içərisində səmada günəş işığını, səmtini axtarırdılar.
Ümid və xilas bir ərazi, bir də çökmüş qaranlıq arasında İşığa idi. Çağırış bir Tenqri, bir də İşığa idi. Tufan, aramsız yağan yağış, günlərin sayını itirmişdi. Səmanın tədricən işıqlanması, tufanla yağışın sakitləşməsi, xilas olmağa daha da böyük inam yaradırdı.
İnsanların xilası, qara, qalın buludlar arasında günəşə, O İşığa idi.
Amma qara buludlardan dayanmayan, aramsız yağan yağış və su dalğaları arasında İşığın olmaması daha da qorxulu vahiməli idi. Bu “son gün, son gecə” – yə bənzəyirdi.
Tufan, yağış tədricən sakitləşməyə başladığca səmanın işıqlanması, buludların çəkilməsi, günəş işığının görünməsi böyük xilas ümidi gətirdi.
Sonrakı mərhələlərdə xilas olmuş o əhali daşqın vaxtı öz haray və səslərini yad edərək günəşi tufanın dayanmasına yaddaş edərək, İşığın görünməsindən başlanmasını şadlıqla, rəqslə yad edərək insanların xilası simvolu günəşi bildilər. (K.Brüllovun “Pompeyin son gecəsi” rəsm tablosunda insanın nə qədər ümidsizlik içərisində olduğu təsvir olunub).
Həzrəti Nuh ailəsi ilə yanaşı xilas olan o insanlar yaddaşlarında daha dərin bir iz qoyan İşıq çağırışı, günəş işığının çağırışı və o çağırışdan, o ərazidən xilas olmaları mühim bir hadisəyə çevrildi. Sonrakı mərhələlərdə İşığı başlanğıc və xilas, Tanrı hifz edici, xilas edici kimi yaddaşlarda daha dərin kök saldı. Həzrəti Nuh ailəsi və o dövr insanlar o ərazini, o coğrafiyanı, o xalqı, dili, o dövrü, o milliyəti, o adətləri bəyan etməklə yanaşı (dominant) aparıcı bir funksiya daşımaqla xilas olmuş, o insanları Kainata, elmlərə çağırmaqla bir daha “insanlar Kainatın və Yaranışın bir parçası olduğunu” və ayrılmaz olduğunu bəyanlaşdırdı. Həzrəti Nuh ailəsi və o dövr insanları tufan mərhələsində Gəmi – qaya və Ağrı – dağ arasında xilas ola bildilər. Tufana qədər o ərazinin coğrafi adlığı mövcud idi. Sonrakı tarixi mərhələlərdə bu ərazi Həzrəti Nuhun adı ilə bağlı olan bir çox yeni ad daşıyıcısına çevrildi. Sonrakı mərhələlərdə o xilas anını, ümid anını günəş işığı ilə başlanmasını yaddaşlarda və günəşə təşəkkürlülük rəmzi olan dinamik rəqslə ifadə etməyə başladılar.
Gündüz vaxtları o iştirakçılar yarım dairədə üzü günəşə doğru dayanaraq, barmaq – barmaqdan tutaraq ritmik rəqslə şadyanalıqla o hərəkət dinamikalarını icra etməyə başladılar.
Yarım dairədə dayanmaq ona işarə idi ki, o rəqs iştirakcıları günəş işığına və onunla üz – üzə dayana bilsinlər. Gecə vaxtı isə günəşin simvolu olan işığa yalov, halov, alov kimi ad verib yaddaş daşıyıcısına gətirdilər.
Çox – çox sonrakı tarixi mərhələlərdə o icranı Yallı kimi adlandırmağa başladılar.
Yallı Həzrəti Nuh dövrü tufanından sonrakı mərhələlərdə ilk şadlıq dinamik rəqsi kimi, Gəmi – qaya, Ağrı – dağ, arasında Nuhaşan (Nuraşan) o əraziyə məxsusdur.
Yallı janr kimi Naxçıvan ərazisinə kənardan gəlməyib. Yallı tutmaq, o tarixi hadisənin bir xilas, bir sevinc icrasıdır, onun tarixi çox – çox qədimdir.
Babalarımız, atalarımız həmişə Naxçıvan toy məclislərində mütləq qaydada yallı tutmaqla, mə`şəllər yandırmaqla o ərazidə xilas, təşəkkür, işığa ümid kimi baxıblar.
Yallı rəqs qruplarında qırmızı geyinməklə və başda olan yallı aparıcısının bir əlində mütləq olaraq qırmızı dəsmalla ifa ediblər. Qırmızı işığın, istinin tərənnümçüsüdür.
Yallı janrı nəfəsli musiqi aləti olan zurna ilə icra olunur.
Zurna, dəm zurna, davul yallı iştirakçılarını müşayiət edir.
Zurna musiqi aləti səs tembrinə görə aparıcı, bütün musiqi səslərini bir yüksək səs nizamına səsləyir.
Musiqi aləti olan zurna aparıcı bir səs olmaqla yanaşı, eyni vaxtda ərazi ad daşıyıcısıdır, necə ki, Zurvan, Zəngəzur, Astazur və s.
O zurna səsi çox uzaqdan eşidilsə də onun səs tezliyi, səs tembri, məsafəyə görə dəyişmir. Eyni səs tembrini, dəyişməz saxlayır. Çağırır, səsləyir, oyadır, düşündürür, əhval – ruhiyyəni yaxşılaşdırır.
Zurna musiqi səsi mətinlik, şücaət, qəhrəmanlıq, əziyyətlərə sinə gəlmək, özünü təsdiq etmək, gizliləri bəyan etmək, qaranlıqlar arasında xilas və nicat çağırışıdır.
O musiqi aləti, kainat səsinin incə bir səs tərənnümcüsüdür.
O dövr insanlar tufana qədər də tufan ərəfəsindən sonra da, yenə də bir inam daşıyıcıları olaraq qaldılar. Onlara mə`lum idi ki, işıq yaradıcı və törədicidir.
İşıq, o işıqdan isti, o istidən yalov, halov, alov törəyər. O alova, o istiyə ki, bütün canlı varlıqlar, kütlələr, cisimlər, bütün bəşəriyyət o alova istiyə möhtacdırlar və möhtac olaraq da qalacaqlar.
Kainatlar da O Mütləq İşığa, istiyə möhtac yarandılar.
Yer kürəsinə Günəş olmasa, işıq olmaz. İşıq olmasa, isti olmaz. İsti olmasa, hərəkət olmaz əkin olmaz, biçin olmaz və nəticələr olmaz. İnsan, canlı törəməz. O dövr insanların xilasına səbəblərdən biri də bunlar idi.”…
Naxçıvan ərazisi çox – çox qədimdən duz yolu kimi və Naxçıvanda olan çox elastik və Şəffaf ipəyinə görə İpək yolu kimi də tanınıb, tarixləşib. Tarixi mənbələrdə öz yerini həzrəti Nuhla da tapıb.
Azərbaycan və Naxçıvan ərazisi İşıq ərazisidir. Tarixlərdən mə`lumdur ki, Azərbaycan və xüsusi ilə Naxçıvana bir çox sərkərdələr qoşunla hərbi yürüşlər ediblər. Naxçıvan ərazisinə, işıq ərazisinə, sahib olmaq istəyiblər. Naxçıvan əhalisi mətinliklə mübarizə apararaq, hər bir döyüşcü bir sərkərdə olub.
Amma o yürüşlərin sonluğu, o sərkərdə və qoşunu bir müddətdən sonra o ərazidən geriyə dönüblər. Onunla da o sərkərdə və qoşun, öz ərazisi ilə süquta məhkum olunublar.
Çünki, Azərbaycan ərazisinin ilkdən İşıq Sahibi var, Mütləq olan O İşıq Sahibinə isə, sahib olmaq olmaz.
“Azad Azərbaycan” əzetində 24.06.2014 N 87 (2532) çap edilmişdir. Yazıdan bir hissə.
Bürclər ilk təqvimlərdir
Tarixi mərhələlərdə Həzrəti Nuh dövrü tufanı baş vermişdir. Tarixi tufan və o tufandan xilas olmuş insanlar, böyük inam və inanc başlanğıcına bir daha addımlar atmağa davam etdilər.
Həzrəti Nuh dövrü tufanı və o tufandan xilası o dövr insanlar yaddaşlarında saxlamaqla bərabər, o dövrü daşlarda, qayalarda, kitabələrdə işarələrlə tarixləşdirdilər. Onunla yanaşı, o xilas dövrünü Xilaskarla yaddaşlarda saxlayaraq Günəş mə’bədləri inşa edərək, axar sulara, torpağa, qayalara, dağlara bir xilaskar kimi baxaraq onları, müqəddəslik kimi dəyərləndirirdilər.
Sonrakı tarixi mərhələlərdə insanlar bəşər övladının bu dünyaya gəliş başlanğıcını su ilə, bu yer aləmindən qayıdışını da su sonluğu ilə yaddaşlaşdırdılar.
Xilas olmuş o insanlar göy qübbəsini, səmanı, Günəşi bir xilaskar, rəhimli, mehriban kimi bilərək göylərə ümidlə baxaraq, inamla baxaraq belə bir qənaətə gələ bildilər ki, Xilas edən, Xilas edici, Xilaskar, Xilas olunmuşlar. Yə’ni, Xilas edən Tenqri, Xilas edici Həzrəti Nuh Nuru, Xilaskar İşıq, ətrafda daşlar, qayalar, Xilas olunmuşlar isə: – insanlar. Bu böyük inancın bir daha başlanğıcı və davamı idi.
Böyük inanca qayıtmaq, onu qorumaq o dövr üçün zəruri idi. Çünki, tufandan əvvəl insanların yer üzündə biri-birinə pis saxtakarlığı, münasibəti, ziyankar, məhvedici davranışının sonu və aqibəti idi. O dövr tufan ərəfəsi və tufandan sonrakı ərəfə insanlara Göy qübbəsi, Göy qübbəsində hərəkətdə olan simmetrik ulduzlar quruluşu müəyyən dövrü əhatə edərək yer həyatını əkin-biçin, suvarma, məhsul yığma, torpağın dincə keçdiyi ərəfələri, səma cisimləri yəni ulduzlar toplumunun simmetrik quruluşuna baxaraq onlara, ərəfəyə uyğun davranırdılar. Bu daha doğrusu “təqvimi” əvəz edirdi.
Göy qübbəsində olan ulduzlar quruluşu heç vaxt ardıcıllığı pozulmadan hərəkət etdiyindən o, simmetrik ulduzlar toplusuna “bürc” – zirvə, ardıcıllığı pozulmayan, bir ardıcıl hərəkət və hərəkət verici kimi qəbul edirdilər.
Xilas olmuş insanlar su çəkildikdən sonrakı mərhələlərdə yaşayış məskənləri inşa etməyə başladılar. Onunla yanaşı sonrakı mərhələlərdə mə`bədlər, İşıq mə`bədi, təşəkkür mə`bədi inşa etməyə başladılar. Inşaata və arxitekturaya dörd element yə’ni dörd künc elementi saxlanıldı. O, üç künc Günəşi müşahidə etmək, dördüncü künc Şimal küncü çağırış küncü kimi bilinirdi.
Bu günəşin çıxma və batma trayektoriyasındakı günəşin hərəkətini bildirir. Mə’bəd daxili Göy qübbəsi elementi (sonralar kümbəz) mərkəzində olan beşinci element (o kümbəz ki, pıçıldasan o, hər tərəfdə bərabər səs tezliyində eşidiləndir ki, “sən piçildasan da O, Kainat Sahibi səni eşidəndir”) anlamı daşımaqla inşa edirdilər.
Tarixdə Həzrəti Nuh dövrü tufanı mövcuddur. Tufan ərəfəsində qalın qara buludlar arasında o dövr insanlar xilasa Günəş İşığını axtarırdılar. Günəş görünsə əgər qara buludlar çəkiləcəkdir (sonralar insanlar xalq arasında “başımızın üstünü qara buludlar alıb” ifadəsini işlədərdilər) çağırışı ilə səmada günəş işığını axtarırdılar.
Tufandan xilas olmuş o insanlara bir inam və inanc qaldı ki “biz suda, sudan su ilə, xilas olduq” yaddaşı ilə ərəfəni yaddaş etdilər (çünki təqvim yox idi).
Bəs o tufan hansı ərəfədə baş verdi ki, o ərəfəni hansı əlamətlə yaddaş etdilər? O ərəfəni Göy qübbəsində görünən ulduzlar quruluşunu “Su tökülən, Su ərəfəsi” kimi yad edərək, o bürcü “Su tökən, Su tökülən” ərəfə kimi qeyd edib o ərəfədə, Göy qübbəsində, göy cisminə ad verdilər. Bəs bu hansı ərəfədə baş verdi? Tufan 11-18 fevral (fevral sonrakı mərhələlərdə aylara verilən addır) ərəfəsində yə’ni Su tökən bürcü Qafqaz ərazisini əhatə edən dövrü yaddaş etdilər. Yanvar-fevral ayı ərəfəsində “Su tökən” bürcü Qafqaz ərazisindən müşahidə edilir. Azərbaycanda 18-21 mart Qoç bürcündəki günləri bayramla şadyanalıqla yad edərək, bu ərəfəni yer aləmində həyatın başlanma dövrü kimi qeyd ediblər.
Baxmayaraq ki, çox-çox sonrakı ərəfədə tarixi tufan 11-18 fevral ayı ərəfəsində baş verdiyindən, min illərlə, əsrlərlə Azərbaycan və Naxçıvan ərazisində məskunlaşan insanlar yaddaşlardan-yaddaşlara çatdıraraq o ərəfəni Böyük çillə, Kiçik çillə ərəfəsi ilə və Xıdır bayramı kimi yad ediblər və insanların bu ərəfədə sudan xilası kimi tarixləşdiriblər. Xıdır bir bayram kimi yad edilərək o günlər dənli bitkilər toxumlarını saclarda qovuraraq o keçmiş ərəfəni yə’ni su çəkilməyə, soyuqlar çəkilməyə başlayan ərəfədə torpaq istinər, dənli bitkilər göyərməyə başlayar ki, insanlar sevinclə, sadlıqla yad ediblər.
Müxtəlif dövrlərdə Azərbaycana, Naxçıvana hərbi yürüşlər edilərək və tarixi mərhələlərdə müxtəlif mif, əsatir, rəvayət, nağıllarla o həqiqi tarixi mərhələ və ərazini özgəninkiləşdirmək cəhdləri baş verib.
Baxmayaraq ki, Azərbaycanda, Naxçıvanda Həzrəti Nuhun məzarı və məqbərəsi çox-çox qədim tarixlərdə, səmavi kitablarda Peyğəmbərlər tərəfindən bəşəriyyətə bilgilər veriblər.
(Həzrəti Nuhun mə`zar-məqbərəsi, Naxçıvan şəhəri)
Müxtəlif uydurma tarix, adlıq və ərazi falsifikasiyaları hələ də rast gəlməkdədir. Amma tarixi mərhələlərdə, qədim dünya tarixində, şəxsiyyətləri, xilaskarları, səmavi kitabların yer üzünə gəlmə mərhələsi və ərazisi təkzib edilməz tarixi bir faktlardır. Ona görə ki, o mərhələlərin, o xilaskarların, o səmavi kitabların yer üzünə bəşəriyyətə çatdırılmasına və bərqərar olmasına daha Ali olan Sahib mövcuddur və əbədi də mövcud olacaqdır. O Həmişədir, insanlar isə qayıdandır.
Nə qədər bəşər gəldi yer üzünə, nə qədər bəşər qayıtdı yer üzündən, Səmalardan yer üzünə göndərilən bilgilər, ərazilər dəyişdimi? Sahibi mütləq Baxışı, Sahib mütləq bərqərarı dəyişərmi? İnsan yer dəyişəndir, ərazi yer dəyişməzdir.
Yer üzünün ən mühüm və təksib olunmaz tarixlərindən biri, Səmavi Kitablarda qeyd olunan, Həzrəti Nuh dövründə baş vermiş Dünya tufanıdır. Bu analoji hadisə tez-tez, ardıcıl olaraq baş vermədiyindən, həmin Səmavi Kitablarla yer üzü insanlarına o Dünya tufanı haqda bilgi verilib. O bilgilərlə, yer həyatının Həzrəti Adəmdən sonra, yer üzünün ikinci atası, Həzrəti Nuh olduğu bildirilib. Bununla yanaşı, mətnlərdə Əshabül-Kəhf
Azər oğlu, Həzrət İbrahim və bu kimi, müxtəlif mühüm informasiyalar da, öz əksini tapıb.
Amma, bunlarla yanaşı olaraq, dünya tufanı ərəfəsində Həzrəti Nuh, ailəsi, və o dövr sudan xilas olmuş insanların məskunlaşdığı, yaşadığı ərazi və o ərazinin tarixi adı da, yer üzü insanlarına mə`lum olub.
Bizim, o dövr, coğrafi ərazi adlığımız, (Tufana qədər, tufandan sonra) Bilqamıs dastanında Həzrəti Nuh dövründə, “Ur”- olduğu qeyd olunur. Bu, Əjdər Fərzəlinin “Təkrar olunmaz Abidələr diyarı” adlı məqaləsində, “Bilqamıs 1985 s. 8, tərcümə İsmayıl Vəliyevindir” – ona istinadən qeyd olunub.
Onu da demək yerinə düşər ki, “Ur” – la əlaqədar olan bir çox tarixi adlıqlar saxlanılmaqda, qalmaqda, işlənilməkdədir. O tufan ərəfəsindən sonra, o dövrün insanları, Həzrəti Nuh xilası və xilaskarlığını unutmayaraq, həmin Ur ərazisində Həzrəti Nuha təşəkkürlülük mə`nasında ərazidə bir çox yerləri Onun adı ilə çağırıb, adlandırmağa başladılar. Bununla bərabər ərazi Nuhun tufandan xilas etdiyi, ərazi kimi də, xarakterizə olunmağa başladı. Nuh çıxan, Nuxçu-van (van-ərazi) və s.
Maraqlı olan hadisələrdən biri, dünya tufanından xilas olmuş Nuh ailəsi və o dövr insanlar, su çəkilməyə başlandıqdan sonrakı ərəfədə, yer üzündə, lokal zəlzələlər baş verməyə başlamışdır.
(Vulkanik Ağrı dağı)
Zəlzələlərlə planetimizdə, yeni relyef, yeni qatlar, süxurlar, yüksəkliklər, çökəkliklər, torpaq sürüşmələri ilə də, müşahidə olunmuşdur. Çünki yer üzündə yeni həyat şərtləri, yeni dəyişikliklər başlanırdı. Dünya tufanından sonrakı mərhələlərdə, suyun tədricən çəkilməsi ərəfələrində, ərazidə yerləşən, Ağrı – dağı dəfələrlə, ardıcıl vulkan püskürmələri ilə, müşahidə olunub. Bu ərəfədə, yer üzünün yeniləşməsi, ərazilərdə yeni İlahi İşıq, sahələri kimi “bəyan”,
olunurdu. Bu hallar da, zəlzələlərlə müşayət olunub. O İşıq sahələrindən biri də Azərbaycan, Naxçıvan ərazisi idi.
Yer üzündəki yeniliklərindən biri də, Azərbaycanda, Abşeronda, xüsusi ilə, Naxçıvan ərazisində, bir çox yerlərdə, yer altından qalxan, görünən alovlanan oda, Ata-ş (yə`ni Ata, İlk, Aparıcı, İşıq Sahib Olan – ona “ş” sonluğu ilə tələffüzü, İşığın, istiyə çevrilməsi anlamı daşıyıcısıdır) adı verdilər. “Ata” – kəlməsi, düzünə və ya əksinə deyildikdə də, o dəyişilməyən (güzgü effekti), sabit olan, dəyişməz, mütləq olan, anlayışı kimi də, qəbul olunub.
Bütün hərəkətlərə, başlanğıclara və tükənməyən davamiyyətə, səbəb kimi “Ataş”- İşıq və istısi olan, Mütləq olan, anlamı daşıyıcısı idi. Yanar dağı, torpaqdan qalxan, şölələnən od, Ataş – gəh (güc), kimi də adlandırılırdı.
Naxçıvan şəhər istiqamətindən Qərb səmtində olan dağda, vulkan püskürmələri sakitləşdikdən sonra, Naxçıvanda, Gəmi – Qayadan görünən (qərb istiqamətə) dağın parlaq İşıq saçması, o dövr insanlarda İşığın, odun görünməsi, bir sevinc bir maraq doğurdu.
Tufana qədər olan mərhələdə o insanlar oddan istifadə edirdilər. Bu ərəfədə görünən, şölələnən odun, alovun görünməsi qəribə deyildi, qəribəlik onda idi ki, Ağrı – dağda baş vermiş o vulkan püskürmələrindən sonra, o dağ, Zərli İşıq saçırdı.
Amma, xilas olmuş o ailələrə, o insanlara, o ərəfədə od, isti əldə etmək, çox çətinlik törədirdi. Amma İşığın, odun görünməsi, şölələnməsi sanki o insanlara bir sevinc, müjdə, bir xilas, ümid bəxş etdi. Çünki bütün bəşəriyyətin, bütün canlıların, bütün varlıqların, yer kürəsinin özü, mərkəzdə yerləşən nüvəsi də, İşığa, isti ilə Ataş-a möhtac yaranıblar. Törədici, Törədəcəyini – istidə, isti ilə Törədir! (Ana isti, bala isti).
O ərazi və ərazidə xilas olmuş Nuh ailəsi və o insanların xilasına da, bir səbəb olmalı idi. Ərazinin bə`zi sahələrində torpaq altından şölələnən od, dağda görünən od, İşıq, o əraziyə, Kainat Bəxşı və Kainat Baxışı idi.
Ərazi və o dövr insanların, nə üçün xilas olunduğu İşıqla, isti ilə o ərazinin bir “Diqqətdə” – olduğu kimi, xarakterizə oluna bilərdi. Bəxş olunan o işıq, o parlaqlıq, o alov, onun əlaməti idi ki, dünya tufanından sonrakı olan, bütün mərhələlərə, həyata, yaşayışa başlanğıc, törədici İşıq əlaməti kimi bəyanlaşsın. (Zər, İşığın – pay hissəsidir. O, zərrə, çox parlaq, çox tərəfli, hərəkət trayektoriyalarında dayanmayan, biri-birinə dəyməyən, toxunmayan, kütləsi olub, çəkisi olmayan, vaxta-zamana sığmayan, Kainat boyu hərəkətdə olan, bütün kütlə və varlıqlardan maniəsiz və çox sür`ətlə keçən və bütün varlıqların törəməsinə, Aparıcı işığın, pay, hissə, Zərrə halıdır). O insanlar sevinclə, inamla dağa tərəf gedərək, o dağın ətəyində görünən torpaq altından şölələnən oda, maraqla baxırdılar. Maraq və zəruriyyətdən o odu, özlərinə tərəf, Gəmi qayaya tərəf, (hələlik dağlara, daşlara, qayalara sığınmışdılar) aparmaq haqda düşünməyə başladılar. Məsləhətləşmələrdən, müxtəlif düşüncələrdən sonra belə bir qənaətə gəldilər ki, dağ ətəyindən o odu, atəşi biri-birindən aralı, tonqallar yandırmaqla aparmaq mümkün olar. Ağrı – dağdan, Gəmi – qayaya tərəf, ilk tonqallar, biri-birindən aralı çatıldı, qalandı. Bir tonqaldan o biri tonqala oddan – od daşındı, alışdırıldı. O tonqalların sönməməsi və nəzarət edilməsi üçün, isə, ilk Kahinlər seçildi. Onlar odun, tonqalların sönməməsinə xidmət edirdilər. Bununla odun, alovun, yalovun, halovun tonqallar qalamaqla, od məsafələrini qısaldaraq, ilk od, tonqal Gəmi qayaya tərəf istiqamətləndi.
Daha gecələrin müddətləri şən, maraqlı olmağa başladı. Gecələr odun, alovun, tonqalların çox uzaqdan ilk od mənbəynin Ağrı – dağ istiqamətini, göstərməsi də, həyata böyük inam və ümid verirdi.
O tonqallar artaraq, uzanaraq Gəmi-Qayaya, Ağrı – dağ ətəklərindən Azərbaycanın bütün böyük ərazilərinə tərəf böyüdü, uzandı, artdı. Ona görə ki, tonqalların işığı Qovv, Qavv, Qaff dağı tərəfdən başlayaraq, böyük sahəni, ərazini, gecə-gündüz, işıqlandırırdı.
Bu ərəfədən başlayaraq bütün baş vermiş o hadisələri, o dövrü, ərazinin adını, Tanrı İşığı, yazın başlanğıc anının Qoç bürcündən, Buğa bürcünə keçən ərəfədə baş verdiyini, Zər-van ərazisində, (sonralar Zurvan, onun əksi yazısı Navruz) çaxmaq daşları vasitəsi ilə, bütün daş, dağ, qayalara döyülərək o tarixi hadisəni gələcək törəməyə bildirmək üçün işarələrlə (ilk simvollar) döyüb yazdılar və tarixləşdirdilər. O ilk daş üstü, qaya üstu yazılar, təsvirlər pərakəndə yox, ardıcıl daş üzərində, kitabələr idi.Çünki əl altında olan ancaq daş var idi. Bu yer üzünə, ilk Səlnamə yazısı oldu, və min illərlə yazılacaq bütün səlnamələrə, bir başlanğıc oldu.
İstər-istəməz çox maraqlı suallar çıxır ortaya. O suallardan biri, çox maraq doğuran, çox düşündürücü bir məqamda ondadır ki, o dövr, kəsici, yonucu, deşici metal alətlər olmadığı halda, o dövr insanlar əl, ayaq dırnaqlarını necə qıssaldırdılar?
Əgər əl, ayaq dırnaqları qıssaldılmasa idi, nəinki yerimək, heç əllə də, bir şeydən tutmaq, yapışmaq da, mümkünsüz olardı. O dövr o insanlar sərinlər düşəndə, su içərisindən yığdıqları qəmişləri, daş altında döyərək pardaqlayıb, onların köməyi ilə (o polad kəsicidən də çox iti olur) məişətdə və onların vasitəsi ilə bir çox, işlərini yerinə yetirirdilər. Suda, su hövzələrində üzmək üçün də, qəmişdən düzəldilmiş qayıqlardan da, istifadə edirdilər.
Sonralar Gəmi – Qaya ilə uzaqda görünən Ağrı – dağ arasındakı düzəngaha Ərlər, Ərənlər – (sahiblər, ərazi sahibləri, od, İşıq sahibləri) düzəngahı adlandırırdılar. Çox sonralar, “ə”- düşərək, “a”- kimi tələffüz edilərək, “ Ar”, “Arlar” – kimi ərazinin, düzəngahın sahibləri, adlanıblar. Bir çox alfavitlərdə, “Ə” – hərfi olmadığından, “ Ərlər” – sözü, “a”- hərfi ilə, tələffüz olunub. Arlar – kimi deyilib.
Amma köklü ad daşıyıcısı, Ur – (tufana qədərki ərazi, ad daşıyıcısı), sonra əlavə olunan isə, Ər – ( sonralar “ar”-kimi, o ərazinin İşıq sahibləri), Dur – (qalx, dikəl, vaxtdır, o zamandır, fikir – söz sənindir) sözü, həm ərazi, həm ərazidəki sahiblər, həm də onun xarakteri göstəricisi, adı idi. Bunların cəmi olaraq, bir ad daşıyıcısı Ur-ər-dur- deyə adlandırıldılar. (Urardu).
Amma o tonqallar yanarkən, onun qırmızı, yandırıcı və ağrılı olduğunu bilərək o dağa, o Oda – ağrılı, (pis mə`nada yox, bu ərazi və bu işıqlara daha doğrusu, toxunulmaz olan “bəd fikirli olsan – ağrısını çəkərsən”, deyərək onu Müqəddəs hesab etdilər). Onunla yanaşı, daha ərazinin də, Tanrı Baxışında, Tanrı Nəzərində olduğu qənaətinə gəldilər.
Amma, bir həqiqət də ondadır ki, sonrakı tarixi mərhələlərdə Azərbaycan və xüsusi ilə Naxçıvan ərazisinə hərbi yürüşlər edən, bütün sərkərdələrin son yürüşü, və bu yürüşlərdən süqut
mərhələləri başlayıb.
Xronoloji olaraq, tarixləri izləsək, burada təksib olunmaz həqiqətlər aşkar olunacaq. Sərkərdələrin, başqa ərazilərə nəzərdə tutduğu yürüşlərin uğursuz aqibəti, Azərbaycandan, Naxçıvandan başlayıb, Naxçıvana yürüşlərindən də elə, süqutları başlayıb! İşıq Sahibinə, Sahib olmaq olmaz, çünki bu ərazinin Azərbaycanın, İşıq Sahibi var.
Həmin Qaf (qovv), Ağrı – dağı, Azərbaycan ərazisində, Naxçıvanın (Qərb istiqamətində) Türkiyə ilə indiki coğrafi sərhəddində, Əzəmətlə yerləşir.
Ağrı – dağ ətəyindən, yer altından qalxan od, min illərlə, əsrlərlə daşlar arasından alovlandığından, uzun müddət ərzində, o daşlar yanaraq böyük, kiçik (kütləsindən asılı olmayaraq), çox yüngülləşdiyindən, o daşlara Naxçıvanda,“puff”, “fuff”, “tuff”- daşı deyiblər.
Bu adı, ona görə belə adlandırıblar ki, yə`ni yüngul olub (məcazi mə`nada – püləsən, lələk kimi uçar) tikinti yükünə tab gətirməyən, tikintiyə yararlı olmayan, bir daş kimi adlandırıblar. Əlavə olan adlardan biri də, “Daban daşı”- yə`ni dağ ətəyinin dabanından, aşağısından yığılan, yanmış, yüngülləşmiş daş kimi də, adlandırıblar.
Naxçıvanda xalq arasında deyərlər ki, “tuffağın dağılar, tiffağın dağılar”- bu deyim heç də, qarğış mə`nası daşıyıcısı deyil. (bu əslində, “etdiyin, edəcəyin iş, boşdur, yüngüldür, o etmək istədiyin işin, “yükünü”, daşımağına dəyməz, o yüngül, boş, mə`nasız bir işə baş qoşma, o dağılar”)xəbərdarlıq mə`na daşıyıcısı olub.
İndiki vaxtda, bu ərəfədə, həmin Qaf, Ağrı – dağı, yatıb yuxlamayan ancaq, “Mürgüləyən”- vulkanik dağlar, sırasına aid olan dağdır.
Dağ – adı, qəribə bir mə`na daşıyıcısıdır. Yə`ni “dağ vurar, dağlayar, yandırar”. Dil, dilçiliyimiz Kainat ölçü və miqyasında, o qədər zəngin olan bir dildir ki, sözlərimiz həm özünü, həm də elə, mə`nasının daşıyıcısıdır.
Düzgündür ki, O Ağrı – dağla əlaqədər saysız rəvayətlər, miflər, nağıllar və sonda,” Əsatir” – yaradılıbdır. Əsatirdə, həmin Ağrı – dağa, Zevs tərəfindən Prometey zəncirlənib ona görə ki, Prometey “ODU oğurlayıb” – insanlara vermişdir (yenə də, od – işıq). Qardaşı Herakl isə, onu xilas etmək üçün o Ağrı – dağa üz tutmuşdur, yolda Qara dəniz ətrafında, Kalxidadan keçərkən, Amazon qızları ilə orada rastlaşıb, sonra yolunu davam edərək, Qaf dağına, Ağrı – Dağına çataraq, zəncirləri qırıb, qardaşını oradan xilas etmişdir.
Çünki Bütün tarixi mənbələrdə, Ağrı – dağı, Qaf dağı xilaskar, tufan mərhələsində o insanlar onun ətrafında xilas oldular,“xilas edər”- kimi, deyərək, bəyan etmək istəyərək, müxtəlif miflər, rəvayətlər, əsatirlər yaradılıb.
Naxçıvan ərazisinə müxtəlif “bəhanələrlə” edilən, saysız hərbi yürüşlərlə, İşıq mə`bədlərini, atəşgahları, tarixi abidələri, daş üstü, qaya üstü yazıları dağıtmışlar, tarixi tikililər məhv edilmişdir, bir çox coğrafi ad, və mə`na daşıyıcılığını, məqsədli olaraq, dəyişməyə çalışmışlar.
Tufandan sonra, su tədricən çəkilməyə başlayandan sonra, Həzrəti Nuh Üç oğlunu və onlarla yanaşı o dövr xilas olmuş insanlardan seçərək, onları ayrı-ayrı müxtəlif istiqamətlərə göndərdi. Hər bir oğlunun yanında ona uyğun olan, işıq, xeyirxahlıq daşıyıcılığına inamlı olan, insanları göndərdi. Məqsəd yox idi, ancaq İşıq ərazisindən, xilas ərazisindən, xilas olunmuş o insanlar, xilas olmağı, xilaskarlığı aparırdılar ki, yeni həyat, davam etsin.
Hər bir oğlu ata yurdundan, adətləri, mədəniyyətləri, tufandan əvvəl danışdıqları dili, dilçiliyi, elmi və.s ilə gedirdılər.
Sonrakı dövrlərdə onlardan törəmiş olan nəvələr, nəticələr, elə o hecada, o söz kökündə danışırdılar və danışdılar da. O dil, dilçilik bu ərazidən, Həzrəti Nuh dili, Zər dili idi. (Dünya tufanından sonra çox qısa vaxt ərzində tamamilə yeni, başqa bir dil tapıb, icad etməyə istəsəydilər də belə, bu mümkünsüz olardı.
Yeni başqa, mükəmməl dil, dilçilik kəşf edilə bilməzdi və buna heç ehtiyac da yox idi. Dil, dilçilik böyük mürəkkəb bir sistem olduğundan, onu insan istədiyi vaxt, “istədiyi”-kimi kökündən dəyişmək, başqa cürə sistemləşdirmək qarşısında acizdir. Sözün, fikrin yönü dəyişilə bilər, amma kökü, hecası dəyişilmir).
Çox sonralar uzaq, ətraf ərazilərdən Ata yurduna, Baba yurduna gələn o törəmələr, ilkdə olduğu kimi o dildə, o hecada danışırdılar, heç tərcüməçiyə də ehtiyacları yox idi.
Onlar Baba yurduna gələn baba qonaqları idilər. O qonaqlar ərazi haqda mə`lumatlı olduqlarından, sanki bir daha İşığa, Xilasa qovuşmaq istəklərində idilər. Bu gəlişlər, Baba yurdunda, Ata yurdunda, Baba məzarını, ziyarət edib, o Böyüklüyə təşəkkür mə`nası daşıyırdı.
Çox maraqlı hallardan biri də, o idi ki, ərazimizdə olan duza, ətrafda qığılcım saçan daşlara, böyük təşəkkürlə baxıb, baba ərazisindən, özləri ilə işıq payı aparırdılar. O daşları ki, biri-birinə vurduqda (çaxdıqda) qığılcım saçırdı! O daşlara “çaxmaq daşı”- deyərək, “çax”- zərblə biri-birinə vurmaq, “maq”- isə işıq saçan, İşıq yayan, işığın “qığılcımı”- kimi adlandırırdılar.
Ərazimizdə və dağ ətəyində olan qığılcım saçan o daşlara, “qovv”, “qavv”, sonrakı mərhələrdə, tələffüslərdə “v”-düşüb, “f”- kimi tələffüz edilərək Qaf dağı, Qaf ərazisi, İşıqlar, Qığılcım, İşıq saçan ərazi kimi adlandırılıb.
Ərazini Qaf-qal, sonda Qafqaz kimi adlandırıblar. Bu anlayış və adlıqla Qaf dağı, Qafqaz dağı, Qafqaz sıra dağları kimi ad daşıyıcısına çevrilib.
Qaf və yaxud Qafqaz dağları)
Zər, qığılcım saçar anlamını, Hindistanda “Benqal odları” (çubuqda) indinin özündə də, şad günlərdə, bayram günlərində alovlandıraraq, bayramı Zərlə, qığılcım işıqları ilə yad edirlər.
Bu icra çox-çox qədim olan yaddaşdan gələn bir icradır. Yer üzündə, dövlətlərdə bütün bayramları Atəş fəşanlıqla, səmada İşığın zərrənin parıltısı halı ilə qeyd edirlər. Çünki Zər, qığılcım yaradıcı, törədici İşıq payıdır, əminamanlıqdır. Zər, İşıq – dağıdıcı, məhv edici, viranə edici deyil.
Çox sonralar odlu silah düzəldilərkən o ad daşıyıcısı, “çax-maq”, o sılahın əsas bir detalı kimi adlanıb.
O çaxmaq daşlarından yaranan qığılcımlara “zər, parlaq qığılcım”- deməklə bizim ərazinin daşları qığılcım saçan, torpaq altından şölələnən odları görüb, ərazimizə Odlar, Ata-şlar Yurdu, İşıqlar Yurdu ərazisi kimi ad verib, adlandırıblar.
Min illərlə Azərbaycan, Abşeron, Naxçıvan ərazisində yer altından qalxan, odlar şölələndiyindən ərazimizə “Odlar yurdu” adı verilib.
Amma çox yerinə düşəcək bir sual, bir maraq yaranır bu anda bu məqamda ona görə ki, əgər bu ərazinin ilki, özü, Zərlə, işıqla idisə, İşıq əhatəsində idisə, bəs bu işıqların aqibəti nə oldu, necə oldu?
Ən maraqlı, ən düşündürücü hal oradadır ki, 1970-ci illərdə Kosmik elmi tədqiqatlar üçün Sovet (o vaxtkı) Kosmonavtları, kosmosa elmi ekspedisiya uçuşları keçirərkən, kosmik gəmi içərisində olan kosmonavtlar, kosmosdan maraqla (doğrudan, çox maraqlı görüntüdür) yer kürəsinin səthinə baxarkən, kürə boyucan ancaq bir sahəni güclü işıq içərisində olduğunu müşahidə ediblər. Fiziki coğrafi xəritəyə baxarkən o sahənin Azərbaycan ərazisində, Naxçıvan Muxtar Respublikası olduğu aşkarlanıb və bilinib. Uçuşdan sonra o Sovet kosmonavtı Naxçıvana gəlib və ərazini çox heyranlıqla seyr edibdir.
İşıq varsa Dönməz. Olan O İşıq Sönməz, o İşığı “söndürmək”- olmaz.
Tufandan xilas olmuş insanlar arasında, “Zər” – (zər – ziba, parlaq örtük, tanınmış, seçilmiş insanların üst geyimi, gözəlliyi, şaha, padşaha layiqli olan), “Bab”(aparıcı, uyğun olan, natiq, birliyə toplamağı bacaran, qabaqda, öncül olan, “Ona” inam olan, İnam daşıyıcısı), “Maq”-(işıqlı, işıq saçan, işıq yayan, işıqla kömək edən, gücə, işıq gücünə malik olan), onun əksi isə, “Qam”- (Kainatın yaranış anı ərəfəsində yeddi tamda, bütün məvhumlar cəmi yeddidə qərarlaşan, rənglər, səslər yeddidə cəm edilən, mütləq olan, iç – içə, biri-birini tamamlayan mə`nası), “Kahin, Kahinlər” – (odun, inancın, işıq mə`bədinin nəzarətçısı, qoruyucusu yeddi tamın, yeddi cəmdə, yeddinin yer anlamında Kainatla bir bağlılıqda olan, müqəddəs olan İşıq o İşıqdan törənən və törədicilıyi bəyan edən mə`nası) “Dur”- durlar (sonralar tur, turdan-tura bir mərhələdən başqa mərhələyə keçmək, İşığın mərhələlərlə yayılma sərhəddi, mərhələ, sərhədd, məsafə,sərhədliliyi qoruyan, sədd, istinad, divar, mövqe saxlayan) və.s kimi bildirilirdi.
Bu qəbildən olan o icraçılar inam və inancından heç vaxt dönməzdilər. Bütün zərlər, bablar, maqlar, qamlar, kahinlər, durlar və s. Həzrəti Nuh ailəsinin nümayəndələri hesab olunublar.
Onlar İşıqlılar, İşıq daşıyıcıları, İşıq inanclılar idilər. Onların bir adı da, “Kimsənələr” – hamı arasından, çoxları arasından seçilmiş olanlar, çoxları ilə bərabərləşməyən kimi də, qəbul edilirdi.
(Atəşgah)
Azərbaycan, Naxçıvan yə`ni İşıq daşıyıcıları, İşıq sahibləri kimi də adlandırılırdılar. Zərlər, A-Zərlər, Azərilər bizə özümüz yox, gələnlər, baxanlar bizi belə ad veriblər. O adlardan biri də “Tolerant” – adıdır. Gələnlər bizə baxdılar-baxdılar, düşündülər-düşündülər ki, hər gələnə çox diqqətlə yanaşırlar, qonaqpərvərdirlər, hamı ilə bölüşürlər.
Bu baxış, tamamı ilə düzgün baxışdır. Biz bu əraziyə heç bir yerdən gəlməmişik, amma bu ərazidə ilkdən var olmuşuq. Hər gələni də, özümüzə qonaq bilmişik.
Amma çox qədim xəritələrdə Xəzər dənizi “Kirkan”- dənizi adı ilə adlandırılırdı. Sonrakı tarixi mərhələlərdə Haa-Zərlər (Haa – tükənməyən, davamlı, qurtarmayan, bitməyən, sonu görünməyən Zərlər, işıqlılar kimi) adlandırılaraq “h”- düşərək, “x”-ilə əvəzlənib. Xə-Zər kimi, tələffüz olunub.
Azər dedikdə, o tarixi ərəfə, ərazi ilə – ərazidə məskunlaşmış insanlar nəzərdə tutulur. Azər-İ dedikdə, “İ”- cəm şəkilçisi kimi ifadə olunaraq, Azər-in özlüyünün, məkanının ifadəsidir.
Fiziki – coğrafi xəritələrdə, “Azərİ” – adlı heç bir kənd, qəsəbə, ərazi mövcud deyil ki, Azər-İ adlığı “kiməsə, harasa, hansısa bir əraziyə) məxsus olsun.
“İ”- yönəldici, istiqamətləndiricidir. Ada, Adlığa tamamlayıcı və funksiya daşıyıcısıdır. Cəm şəkilçisidir, mənsubiyyət bildiricisidir. (Bu ərəfədə çox tez-tez deyilən, şərhi isə verilə bilinməyən, tarixi kökü olmayan, Azər-İ “bizə yaddır, adlığı”, çox lazımsız, mə`nasız, boş düşüncədən başqa, bir daşıyıcı deyildir).
Çünki, əsrlərlə yer üzündə Nuh xillaskarlığı ilə bağlı olan müxtəlif ərazilərdə, Zər, Azər adlı şəhər, yaşayış məskənləri inşa olunub və Azərbaycanın arxitektura məktəbi – elementlərindən istifadə olunub
Zər düşdü, Zərdə düşdü, İşıqdan düşdü, Əraziyə Zər, A-Zər düşdü, A-Zəri düşdü! İlk olan, İşıqdan törəyən, İşıq törədicisi olan, Zəri düşdü!
Dünya tufanından sonra, Həzrəti Nuh ailəsi və tufandan xilas olmuş o insanlar bu ərazini, bu coğrafiyanı Duz yolu, İpək yolu, Zər, İşıq yolu kimi əbədiləşdirə biliblər.
Bizi, ərazimizi Zərlərin, Babların, Maqların, Qamların, Durların, Kahinlərin əraziləri kimi də tanıyıb, dəyərləndiriblər. Bu səbəbdən, Zər, Azər, vətənləri Azərilərin vətənidir – deyib, tanıyıblar.
Biz Zərik, Zərdənik, Azərləyik, Azəriyik! Bu adlıqları biz özümüzə vermədik, bizi görüb, bizə baxıb, bizi belə adlandırdılar.
Qoç bürcündən başlanmış, ikinci həyat
Dünya tufanı ərəfəsində, yer kürəsində nə baş verirdi?
Yer kürəsinin nüvəsi o dərəcədə aktivləşmişdi ki, yer kürəsinin dərin qatlarında və yer üzündə olan bütün kütlələr təlatümə gəlmişdi. O, təlatümlər nəticəsində sular, su hövzələri nüvə aktivliyinə uyğun olaraq dalğalanırdı.
Bunlara səbəb isə, yer kürəsinin nüvəsindən başlamış kürə boyu eşidilən vahiməli, uğultu səsi idi. Sanki yer kürəsi üsyana qalxmışdı, üsyan edirdi.
O İşıq tezliyi sür`əti çox güclü olduğundan, suları dalğalandırıb, sular hərəkətə gəlmişdi. Torpaq səthi partlayıb, daşlar parçalanırdı. Bir anda baş vermiş o yer üzü təlatümü çox vahiməli idi.
Bu yer üzü təlatümünün nəticəsində, o dövr insanlar, su dalğaları və kürə təlatümü arasında qalaraq və ətrafda görünən yüksəkliklərə, dağlara, qayalara tərəf dartınırdılar. Su dalğaları özü ilə gətirmiş müxtəlif əşya, predmet, ağaclar o insanların su içərisində, sudan xilas olmaqlarına da, kömək edirdi (maraqlı bir hal da, ondadır ki, əksər, heyvanlar üzə bilirlər. Amma insan, üzməyi kömək vasitələri ilə öyrənir. İndiki halda, yer üzündə neçə milyard əhali varsa, onun az bir hissəsi, suda üzməyi bacarır. Əksəriyyətinə üzmək çətin görünür).
Su işərisində olan o insanlar güclə, sulara, dalğalara güc gələrək tufandan dağlara, qayalara, daşlara tərəf istiqamətlənərək xilasa cəhd edirdilər. Görünən o daşlar, qayalar da, onlara bir xilas ümidi və inamı verirdi. Güc sərf edərək, biri-birinə kömək edərək, güclə o daşlarda, o qayalar üzərində sudan xilas olurdular. Tufan sakitləşdikdən sonra o qayaları, o daşları, Gəm – qayası, güc qayası, xilas qayası adı ilə adlandırdılar, yaddaşlarda tarixləşdirdilər.
Ümumiyyətcə keçmiş dövrdə bədii ədəbiyyatda, hələ ΧІΧ – əsrin özündə də, Gəm – ifadəsi işlədilirdi. Gəm – güc, bir yerə toplanmaq, birlikdə cəm olmaq, güc işlətmək mə`na daşıyıcısı idi. Yəni ki, çox sonrakı tarixi mərhələlərdə yaz vaxtı deyirdilər ki, “gəm vaxtıdır, torpağı gəmləmək vaxtıdır, gəm sürmək vaxtıdır”.
Yəni, gəm – in bir mə`nası, güclə, güc sərf edib, dalğalara qarşı güc sərf edib, “birlikdə xilas olduq” – yaddaş daşıyıcısıdır. Ona görə o insanlar xilas olduqları sahəyə, əraziyə güclə – gəmlə, sudan birliyə yığışdıqlarını, yaddaşlaşdırıblar.
Yaz vaxtı, əkin, şum vaxtı bir ifadə işlədərdilər ki, “Gəm etmək, torpağı şum etmək, Buğa ilə olar”. Buna isə çox böyük səbəb var idi. Səbəb ondan ibarət idi ki, o dövr insanlar göy qübbəsində hərəkətdə olan (yeri dəyişən) Bürclər onlara mə`lum idi və adları da, mövcud idi.
Amma dünya tufanından sonra, o bürclərin ad mə`naları da, dəyişilməyə başladı. Olan bürclər ərəfə vaxtına uyğun , hadisələrə uyğun olaraq adlandırılıb, ardıcıllaşdırıb, ilk yer üzü təqvimləri mə`nası daşıyıcılarına keçdi.
Yə`ni yaz vaxtı günəşin “Qoç”- bürcündən, “Buğa” – bürcünə keçən ərəfədə (indiki təqvimlə, fevral ayının 18-dən, mart ayının 18 – zi ərəfəsi, bu tufan ərəfəsi və tufanın dayanması ərəfəsi kimi xarakterizə olunurdu. Həyatın yenidən başlaması, təzələnməsi, yenilənməsi yaddaşı idi) torpağın gücə, vəcdə gəlməsi, torpaq altında olan bütün bitkilərin görünməsi, güclə, güc sərf etməklə boy artması ərəfəsi hesab edilirdi. Səbəblərdən biri də, o idi ki, Buğa bürcü görünən ərəfədə, tufandan xilas ərəfəsi, suyun çəkilməyə başlayıb, yer üzündə həyatın bir də, başlaması mə`nası anlamı idi.
Bu ərəfədən səmada günəşli günlərin başlaması, hava, torpağın istinməsi, yeni həyat bəxş edirdi.
Günəşli günlərlə, ağ buludlar topalaşıb, hərəkətə gəldi, dünyasını dəyişənlər yad olundu, dirilər biri – birinə daha da, mehriban oldu. O insanlar arasına mehribançılıq bir də döndü, bir də qayıtdı.
Tufandan sonra, sudan xilas olunmayanlara məzarlar qazıldı. İlk məzarlara və məzarlıqlara yerlər ayrıldı. O məzarlıqlar mə`na, yaddaş daşıyıcıları hesab olundu.
Tufan vaxtı ətrafda olan dağlar, qayalar nicat və xilas daşları hesab olduğundan, ilk məzar daşlarına, “onlar ucalıqlara yüksəldi” – anlamı ilə, hündür ensiz daşlar seçildi. O daşlar üzərinə qovv, qavv, çaxmaq daşları vasitəsi ilə, tufan vaxtı, tufan ərəfəsi, günləri həkk olundu
Dəfnlər ilkdən olduğu kimi, məzarlar qazmaqla icra olundu.
İlkdən olduğu kimi bir yaddaş daşıyıcısının davamı kimi o yaddaşı saxladılar ki, insan, canlı bu yer aləminə “örtülü” – aləmdən gəldiyindən, örtməklə, örtülməklə bu yer aləmindən, dünyadan köçürlər yaddaşı idi. Fərq etmirdi insan hansı mövqe tutmuş olsa da belə, o insana çox əziz və diqqətlə yanaşmanın nəticəsi hesab olunurdu.
Bu dünyadan köçən heç bir canlının açıq sahədə qalması qəbul edilə bilməyən bir hal idi. İnsan – insanı, canlını əziz bilməsi, insan məxsusiyyəti yox, insan mənsubiyyəti idi (Məxsusdur ayrı, Mənsubdur ayrı).
Məzar üzərində işarəli olan o daşların (çox-çox sonralar “baş daşı”- kimi adlandırıldı), ilk məzarların səmti, Günəşin sübh vaxtı, Uş ərəfəsində çıxma istiqamətinə doğru olaraq qazıldı. “Sən İşığa, qovuşdun, hamımız o işığa qovuşacağıq” – deyərək, dəfn edilirdilər.
Həmin məzarlıqlar və məzar daşları eyni vaxtda aqibət sonluğu yox, insanın yüksək varlıq olduğu, yüksəklərə qovuşar mə`nası daşıyırdı.
Məzar daxili və dibi, daşla kip örtülürdü. Ona səbəb yox, mə`na var idi, insanlar daşlarda, qayalarda sudan xilas oldular anlamı daşıyıcısına çevrildi.
Bir səbəb də o idi ki, bir çoxları tufan vaxtı zədələrdən, aldıqları yaralardan və özlərində ola biləcək, bə`zi xəstəlikləri (onların müxtəlif tipləri) məzardan, torpaq yaddaşına süzülməsin, keçməsin.
Dəfndən sonrakı müddətdə, yağacaq yağışlar, torpaq səthindən süzülərkən, süzülüb keçərkən o vücudlarda (gedən bioloji proseslərin nəticələrindən) o sular, özündə (“o halları”) yaddaşlaşdırıb, yer altı sulara qovuşdurmasın.
Yer altı sular, yer altı çaylar çox mürəkkəb şəbəkədir. O yer altı çaylar, dərin qatlarda, çox sür`ətlə yer kürəsinin ekvatoruna tərəf (şəbəkəli) çatıb, cəm olub oradan iki qütb arasına paylanır, süxurları, qatları yeniləşdirir. Bir də iki qütb arasından, ekvatora tərəf səmtlənib, dayanmadan güclü su axınıdır.
O “yaddaş” – daşıyıcısı bulaq, keşmə, kəhrizlər, çaylar vasitəsi ilə, (bir də “o hallar”) yer səthinə qaldırılmasın. Torpaq, bitkilər, su, o “halların daşıyıcısına” – çevrilməsin. Canlılar da, qida ilə, su ilə o halların “daşıyıcısına” – çevrilməsin. O şərtlər qanun deyildi, ola biləcək nəticələr kimi, nəzərdə tutulurdu.
Tufandan sonra xilas olmuş insanlar arasında Həzrəti Nuh səmalara baxıb-baxıb, “İnsanlar bu ərazidə xilas oldular. Baxın ki, Günəşin, küləyin, buludların, yağışların, suların, doluların, ərazisi olmaz. Onlar yer üzündə hərəkətdə olar, bütün canlılarla bərabərliyi bölər, bölüşdürər. Çünki onlar yer üzünün hər tərəfindən gələr, yer üzünün hər tərəfinə yayılar, onların ərazisi olmaz, onlar bütün ərazilərə çatar, onların qarşısını kəsən də, olmaz”- deyə xitab etdi.
O insanlar arasına, ətrafa, səmaya köklü olaraq bir mehribançılıq, bir təşəkkürlülük inamı yarada bildi. İnsanlar çox sonralar göy qübbəsinə Kəhkəşan, bürclərə isə, Kəşanə deyərək seyr edirdilər.
Tufandan sonrakı ilk məzarlar, ancaq məzarlıqlar kimi xarakterizə olunmadı. O məzarlar mə`na daşıyıcılarına, yaddaş daşıyıcılarına çevrildilər. Məzarlar üzərində yerləşdirilən hündür, ensiz daşlar bir mə`na daşıyırdı ki, gələcək insanlara, törəyəcək övladlara bir yaddaş daşıyıcısı olsun ki, tufan vaxtı insanlar qayalarda, daşlarda cəm oldular.
Tufana güc gərdilər, sinə gərdilər, daşlarda xilas oldular ki, insan törəməsi də, davam etdi (tufan ərəfəsində, sudan xilas olmağa, başqa bir xilas vasitəsi olmuş olsa idi, çox güman ki, o xilas vasitəsini tarixləşdirib, yaddaşlaşdıra bilərdilər və bu tarixi yaddaşlaşdırmağa labüd olardı).
Amma, dünya tufanından əvvəl, yer üzündə yaşayan bəşəriyyət, evlənirdi də, bu dünyadan köçürdü də. Tufan ərəfəsinə qədər bu dünyadan köçən insanlara “O, ilkinə qovuşdu” – düşüncəsi ilə, yanaşırdılar və məzarlar üzərində nəsil, törəmə rəmzləri ilə, müxtəlif işarələrlə işarələnirdi.
O törəmənin xüsusiyyəti, davranışı, insanlar arasında tutduğu mövqe tanıtma “tamğa” işarələri ilə, simvolizə olunurdu. O tamğa işarələri ilə yanaşı, müxtəlif təbii rəngləri üzlərinə çəkməklə işarə, bildiriş daşıyırdı.
Dulusçuluq (saxsı, gil qablar, əşyalar) üzərinə işarələr (tamğa) və bu kimi başqa mə`mulatlarda, o mə`mulatın kimə, kim tərəfindən hazırlanması ilə yanaşı, hansı nəslə, törəməyə aid olduğu bilinsin. O işarələr, simvollar, ornamentlər nəsil (qlan-klan) bildirişi idi.
O işarələr, tamğalar o dövr insanların və nəsillərin biri – biri arasında tanıtma işarələri olmaqla, onların xasiyyət, davranış, tutduğu mövqeyini bildirirdi. Sonralar o işarələr, simvollar, tamğalar bayraq şəklinə, atribut şəklinə qədər gəlib çıxdı. Tufandan sonra xilas olmuş insanlar daşlara, qayalara öz nəsil, törəmə işarələrini tamğalarını da işarə etdilər. Onlarla yanaşı daşlar, qayalar üzərinə ən mühüm işarələr arasında buynuzlu Qoç, Buğa şəkilləri həkk etmək isə o tufan ərəfəsinin Qoç bürcündən, Buğa bürcünə keçən ərəfədə baş verdiyi işarələnirdi.
O qeydlər, o işarələrlə yanaşı, daş kitabələrdə o dövr işlədilən həriflər də, həkk olunurdu. Bu gələcəkdə böyüyəcək, uşaqların, törəmələrin öz “daş yaddaşı” – daşlaşacaq yaddaşında, bu davamlı əlifbası olacaqdı. Bu ərazi, tufandan sonra, insanlığın beşiyi, nənnisi adlandırıldı.
O dövrdən sonrakı tarixi mərhələlərdə bir çox ərazilərdə daş üzərində qazılmış buynuzlu qoç, buğa şəkilləri ona işarə idi ki, yer həyatı “bu ərəfədə”, dünya tufanından sonra ikinci dəfə başlayıb. Bu işarələr bütün bəşəriyyətə yaddaş tövsiyyəsi idi.
O insanlar, bir çox halları, yaddaşlaşdırırdılar. Ən böyük yaddaş, su yaddaşı, hesab olunurdu. Çünki, Suyun – yaddaş daşıyıcısı olması o insanlara bir daha, yad olundu ki, “suya mehriban olaq, sudan – su ilə xilas olduq, istəklərimiz, düşüncələrimiz xilas etdi bizi, suya deyilən hər söz, hər düşüncə, sular arasında dolaşar, əzabını, dərdini, xəstəliyini demə suya, o özündə daşıyar, o özünə (sənə), qaytarar. Mehribançılığı, istəklərini, həsrət çəkdiyini, sevincini de suya, tapa bilmədiklərini de suya, sular – sularla dolaşar, kömək gətirər sənə. Suyu əziz saxla, əziz bil, su candır, canındır – canını əziz saxla”.
Qəribədir, yer üzünün yaddaş daşıyıcısı sudur, insanın yaddaş daşıyıcısı isə, qandır. O da maye, bu da maye. O da axır – axmadadır, qan da axır – axmadadır. Yaddaş hallarını daşımaqdadır. Ürəyi də, hərəkətə gətirən, elə qandır. (Ürək daxili üzv kimi, qanı hərəkətə gətirmir, qan güclə hərəkətdə olub, ürəyin mədəciklərini hərəkətə gətirir).
Bu ərəfədə Həzrəti Nuhdan o insanlara bir xitab da var idi, o təşəkkürlülük xitabı idi. Həzrəti Nuh o insanlara deyərdi ki, “Təşəkkürlü olaq – Günəşə, suya, torpağa. İnsan törəməsinə kömək edər, yaşadar onlar. Başın üstündə İşıq, sudan xilasın – torpaqda oldu, torpaq əziz oldu, xilaskarın oldu. Zor, zorakılıq qarşısında dayanmalı olsaq, bir ovcunda daş, dayandığın torpaq, başın üstündə İşıq.
Düz ol, düzgün ol, xilasın ondadır. Hər hansı bir işə başlamamışdan əvvəl düşün, o edəcəyin iş, nə ilə nəticələnər, sonu nə ilə olar”.
Səfərə, uzağa gedən oğullarına, onların yanında gedənlərə tövsiyyəsi var idi, “bir çimdik duz, bir çimdik torpaq, ovcunda bir qisim su, yoğur onları birlikdə, yumurula onları birlikdə, yoluna yoldaş et onları birlikdə, nicat olar, o yollar sənlə birlikdə.
Çətinliyə, sayğısızlığa düşsən dayan, sağ ayağını yerə, torpağa vur, vur yerə. “O” – Bilər, torpaq bilər, deyərsən onda. Göyləri, səmaları çağır əmin ol, eşidilər onda”.
Bu şərhlərin sonunda deyilirdi ki, “Əmin ol ki, yanlış olmaz. Tanrıya xitablar yanlış olmaz, əmin ol ki, Tanrı yanlışları Qəbul etməz, Əmin ol ki, Tanrı yanlış deməz, sənin də xitablarında əmin ol ki, “O”– na yanlışlar olmaz”.
Sonrakı tarixi mərhələlərdə, Əmin sözündə “ə”- düşüb, “A”- ilə əvəz olunub. Insanların dilində Amin olub.
Tanrı – O Tanrını tanı, özünü tanı, Tanrını necə tanıyacaqsansa, özünü elə tanıyacaqsan. Əmin ki, Əmin.
XÜLASƏ
(Əjdər Fərzəli)
Əjdər Fərzəlinin “NUHUN GƏMİSİ VƏ GƏMİQAYA-QOBUSTAN ƏLİFBASI” (rus dilində) Kitabından.
Bu kitabın müəllifı son illərdə apardığı tədqiqatlar nəticəsində tam aydınlıgı ilə yəqin etmişdir ki, Azərbaycan dünyada ən qədim və ən mükəmməl əlifbanın Vətəni, Azərbaycan-türk xalqı o əlifbanın yaradıcısıdır. Bu əlifba işarələri Azərbaycan ərazisində çox qədim zamanlarda qayalar, daşlar üzərinə həkk edilmişdir.
Naxçıvanda Gəmiqaya, Bakı yaxınlığında Qobustan qayaları qədim işarələr və rəsmlərlə xüsusilə zəngindir.
Hələ “SSRİ” vaxtında 1920-90-cı illərdə Azərbaycanda geniş arxeoloji tədqiqatlar aparılmışsa da, buradakı qədim yazılar diqqətdən yayınmışdır. Qobustan abidələri haqqında ilk dəfə 1924-cü ildə xəbər verilmiş, 1938-ci ildə arxeoloq-alim İsaq Cəfərzadə onu aşkara çıxarmış, 1947-ci ildən isə tədqiqinə başlamışdır. Sonralar bu işi başqa alimlər davam etdirmişlər. 1973-74-cü və sonrakı illərdə çap olunmuş Qobustan haqqında albom-kitablarda və digər nəşrlərdə, o cümlədən Azərbaycan Sovet Ensiklopediyasında (I cild, 1976) qeyd olunmuşdur ki, Qobustan qaya təsvirləri guya “ibtidai insanların, ovçuların və çobanların əl işləridir”.
Amma buradakı təsvirlərin özü sübut edir ki, onlar yüksək dərəcədə inkişaf etmiş mədəniyyətin danılmaz izləridir. Bunlar heç də çobanların mənasız cızma-qaraları deyil, istedadlı rəssamlar və bilicilər tərəfındən çəkilmiş nadir sənət inciləridir. Bu rəsmlər qayaların köksündə bədii, həndəsi-riyazi dəqiqliklə qazılmış, həkk edilmişdir. Bunlaın hamısı sözlü işarələrdir və Tanrıçılıq-yaradılış inamını yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir.
Gəmiqaya abidələrini isə Azərbaycan MEA-nın müxbir üzvü Vəli Əliyev 1968-ci ildən tədqiq etməyə başlamışdır. V.Əliyev həmin mövzuda bir neçə kitab çap etdirmiş, əsasən tapılmış abidələrin qədim rəsm əsərləri olmasına üstünlük vermiş, bununla birlikdə yazmışdır ki, Gəmiqayada qədim yazı işarələrinə təsadüf olunur, bu yazıları açıqlamaq dilçi mütəxəssislərin üzərinə düşür.
Filologiya elmləri namizədi mərhum Əbülfəz Hüseyni Gəmiqaya rəsmlərində yazı işarələrinin olması qənaətinə gəlmiş, bəzi sözləri oxumağa cəhd göstərmişdir. O, Nuh peyğəmbərin Azərbaycanda yaşamış tarixi şəxsiyyət olduğu barədə cəsarətli fikirlər irəli sürmüşdür. SSRİ vaxtında bu bəyanat Kommunist partiyasının yeritdiyi milli ayrıseçkilik siyasətinə qarşı açıq üsyan idi. Bu da Ə. Hüseyninin həyatı bahasına başa gəlmişdir: Görkəmli yazıçı və cəsarətli tədqiqatçı Əbülfəz Hüseyni vətənpərvərlik ruhunda üsyankar yazılarına və çıxışlarına görə sovet imperiyasının nökərləri tərəfindən gözümçıxdıya salınmış və o, ağır sıxıntı və məhrumiyyətlər içərisində həyatla vidalaşmışdır.
Bu Kitabın müəllifı 1970-ci illərdən başlayaraq Qobustan, Naxçıvan, Kəlbəcər, Gəncə, Mingəçevir, Şamaxı və Azərbaycanın digər regionlarında tədqiqatlar, müşahidələr aparmış və həmin ərazilərdə Azərbaycan xalqının çox qədim yazı mədəniyyətindən, qədim Azərbaycan Əlifbasından ilk dəfə xəbər tutmuşdur. O, qədim əlifbanı qayalara, daşlara həkk edilmiş piktoqraflar – şəkil sözlər sırasından aşkara çıxarmışdır.
Bu müddətdə müəllif qədim yazıları, rəsmləri, piktoqrafları oxumağın elmi prinsiplərini müəyyən etmiş, işləyib hazırlamış, müasir əlifbalardan çoxunun, müasir yazı sisteminin əsasında dayanan ilk fonetik işarələrin dinamikasını üzə çıxarmışdır. Bu axtanşlarda ilk dəfə ən yeni elmi nəticələr aşkarlanmışdır:
O cümlədən:
Gəmiqaya-Qobustan əlifbası çox qədim zamanlarda – e.ə. VIII min illiyə qədər Azərbaycan ərazisində, Azərbaycan: praazərbaycan – pratürk dilinin əsasında yaradılmışdır;
E.ə. uzaq min illiklərdə indiki Azərbaycan ərazisində yaşamış digər etnoslann da bu əlifbanın yaradılmasında xidmətləri olmuşdur.
Gəmiqaya-Qobustan çoxşəkilli əlifba olmuşdur. Müasir dünya əlifbaları: latın, kiril, ərəb, hind əlifba sistemləri, Çin-Yapon heroqlifləri və başqa sistemli yazılar sonralar Gəmiqaya-Qobustanın çoxşəkilliyindən bəhrələnərək, iqtibas edilərək yaradılmışdır.
Gəmiqaya-Qobustan Orxon-Yeniseylə eyni sistemli əlifbadır.
Orxon -Yenisey əlifbası uzaq min illiklərdə Azərbaycandan köçüb getmiş pratürk soylu xalqın nümayəndələri tərəfındən yaradılmışdır.
Gəmiqaya-Qobustan və Orxon-Yenisey 32 hərfdən: 9 sait və 23 samitdən ibarət olmuşdur; hər iki əlifba Göydən: Tanrıdan göndərilmiş – inam əsasında, sağdan sola – Tanrıdan insana – göydən yerə doğru. yazılmışdır; Sonralar Gəmiqaya-Qobustan Yerdən Göyə -Tanrıya doğru: soldan sağa yazılmağa başlamışdır;
Gəmiqaya-Qobustan Azərbaycan dilinin ərəb əlifbasından əvvəlki normaları, fonetik-leksik durumu haqqında yeni bilik vermək imkanındadır;
Gəmiqaya-Qobustan işarələri tək-tək hərflər, hərflərdən kombinə edilmiş piktoqraflar: şəkil-sözlər, epitafıya (qəbir daşı) yazılan kimi, qayalarda və yer altından çıxarılan arxeoloji eksponatlar üzərində, Azərbaycan xalçalarında pərakəndə halda aşkar edilmiş və nizama düzülmüşdür; müəllif bu yazıları daha çox Gəmiqaya və Qobustanda müşahidə etdiyinə görə onu “Gəmiqaya-Qobustan Əlifbası” adlandırmışdır. O, bu əlifbanı ilk dəfə tapmış, oxumuş, sistemə salmış, bəzi fonetik-leksik xüsusiyyətlərini təyin etməyə çalışmış və onun 400-ə yaxın kəlmədən ibarət sözlüyünü tərtib etmişdir.
İşğallar, müharibələr, qarətlər nəticəsində bu əlifba ilə yazılmış mətnlər məhv edilmiş və oğurlanmışdır.
Gəmiqaya-Qobustanın başqa əlifbalardan əsas fərqi-onun Yaradılış əlifbası olmasındadır. Burada 32 hərfdən hər biri qədim türkün (pratürkün) Yaradılış fəlsəfəsindən irəli gələn əlamətlərin əks etdiricisidir.
Gəmiqaya-Qobustan Əlifbası – Gəmiqaya-Qobustan mədəniyyətinin tərkib hissəsidir.
Gəmiqaya-Qobustan əlifbasının, ərəb işğalçıları tərəfindən qadağan edildiyi 1300 ildən sonra yenidən aşkara çıxarılması – əlifbanın meydana gəlməsində uydurma “Finikiya birinciliyi” -nə son qoymuşdur.
Əlifbalar xalqların taleyində müstəqilliyin əsas atributlarından biri kimi, çox böyük rol oynamışdır.
Müstəqil əlifba-müstəqil dil, müstəqil dövlət amilini şərtləndirmiş, tamamlamış, təsdiq etmişdir. Bəzən müstəqil dövləti olmayan xalqların varlığını, yaşarılığını onların müstəqil əlifbaları tə`yin etmişdir.
Amma hər müstəqil əlifba heç də müstəqil yaradılmamışdır. Hər yeni əlifba Vahid əlifba Ağacının yeni budağı kimi meydana gəlmişdir. Yəni Vahid Əlifba Ağacının yarpaqlarından-hərflərindən müxtəlif əyrilər, çıxıntılar, nöqtələr, başqa fərdi əlamətlərlə özünə yeni əlifbalar quraşdırmışdır.
Bu hətta eyni xalqın ayrı-ayrı dövlətlərinin “fərqli olmaq” tələbindən irəli gəlmişdir. Məsələn, VIII əsrdə Altay ətrafında Türk qırğız dövlətini süquta uğratmış türk uyğur dövləti “müstəqillik atributu” kimi, öz uyğur əlifbasını yaratmış, daha qədim və mükəmməl, yazıb-oxumaq üçün daha əlverişli və şöhrətli Orxon-Yenisey əlifbasının fəaliyyətinə xitam verilmişdir. Belə hallar başqa əlifbaların da taleyində müşahidə edilmişdir.
Gəmiqaya-Qobustan Sivilizasiyanın inkişafında, dünya əlifbalarının taleyində məhz Dünyanın vahid Əlifba Ağacı rolunu oynamışdır.
Gəmiqaya-Qobustan 1300 illik (bəlkə daha qədim) qadağalardan, təqiblərdən sonra, bu kitabın müəllifı tərəfindən dünyaya yenidən qayıtmışdır. Onun bir çox sirləri hələ bundan sonra öyrəniləcək, öyrənildikcə elm daha da zənginləşəcəkdir.
Dünya yazı mədəniyyətinin tarixində Gəmiqaya-Qobustan yeni bir tarixdir.
Gəmiqaya-Qobustan Əlifbası ilə dünya ilk dəfə Yer üzündə ən qədim mədəniyyətdən xəbər tutmuşdur. Bu: Ğəmiqaya-Qobustan mədəniyyətidir. Bu mədəniyyətin aşkarlanması asan olmamışdır.
Arxeologiyada “ibtidai inamlar” məsələsi dərin kök salıb və uzaq keçmişin sirlərini dərk edə bilməyin qarşısında keçilməz səddə çevrilib. Bu səddin o üzündə Tanrıçılıq dayanır. Müasir dinlərin bəhrələndiyi, əsaslandığı və “unutduğu” Tanrıçılıq.
Tanrıçılıq – elmlə dini özündə birləşdirmiş ən qədim və ən mükəmməl dünyagörüşüdür.
Tanrıçılıq – dünyanın vahid dini sisteminin əsasında dayanır. Mövcud dinlərin hamısı: islam, xristianlıq, iudaizm və buddizm Tanrıçılıqdan bəhrələnmiş və öz təlimlərində Tanrıçılığı bu və ya digər dərəcədə yaşadırlar.
Həyatın qoşa sütunu: od və su; dörd ünsür: Su, işıq, göy, hava; Hər il yazın 1-ci günü həyatın yenidən dirilməsi və eyni vaxtda doğumun, dölün, artımın yenidən başlanması, Xeyirin Şər üzərində yenidən qələbə çalması; Təbiətdə yuxuya getmək və oyanmaq, insanın Tanrı və ailə qarşısında öz borcunu dərk etməsi Gəmiqaya-Qobustan rəsmlərində əks olunmuşdur.
Bununla yanaşı, Gəmiqaya-Qobustan rəsmlərində insanın Utuya: Günəşə – Tanrının yaratdığı Tanrı, Tanrı qüdrətinin baş təmsilçisi kimi, pərəstiş etməsi, uşaqlı anaların Günəşin qızından (Sevit-iştar-Venera planeti) mərhəmət diləməsi, insanın göyə uçmaq arzusu (kosmonavt paltarı – skafandr geymiş adamlar), ilanın “qoruyucu” olmaq sirrini düşünmək, Ay Ana, ruhun quş timsalında göydən gəlib, yenə də göyə qayıtması, ilin yaz-yay yansının – işıq-isti, işığın – şir: şir bürcü, ilin payız-qış yarısının su-soyuq, suyun Buğa-öküz və Buğa – Öküz bürcləri ilə, Ayın 28 gün olmağı ilə qadında ana halının da 28 günə bərabər olmağı, ay və il bütövlüyü, insanın “bütöv od” olması, “9 ay, 9 gün, 9 saatdan…” sonra məhz 10-cu ayda dünyaya gəlməsi, bütövlüyün 10-luq say sistemində aşkarlanması, Boz qurda bağlı inam və s. Gəmiqaya-Qobustan rəsmlərində əks olunmuşdur.
– Gəmiqava-Qobustanda əlifba – yazı məsələsi belə qoyulur: Tanrı, ulu rəssam kimi, yaratdıqlarının əvvəl rəsmini çəkdi, sonra onlara ruh-can verdi; Tanrının rəsmləri kimi, işarələr insanın üzündə və bədənində, başqa canlılarda, ağaclarda, çiçəklərdə, otlarda göründü; insan-Tanrının qələmindən çıxmış 32 işarənin kombinə edilməsi kimi qəbul olundu; Tanrı öz səma Gəmisində Göydən Yerə 32 işarə-hərf göndərdi, Əlifba üçün 32 hərfi normal hədd qoydu. Tanrı Göydən Yerə ilk müqəddəs Kitab göndərdi. Qobustanda “32 hərf və 2 insan: kişi və qadın: 23 samit və 9 sait…” yüklənmiş Səma Gəmisi yəqin ki, dünyanın ən 1-ci möcüzəsidir.
Ən azı 10 min il əvvəl (Azərbaycan EA tərəfindən müəyyən edilmiş e.ə. VIII minillikdə) yaşamış Gəmiqaya-Qobustan: praazərbaycan-pratürk cəmiyyəti yüksək intizamlı cəmiyyət olmuşdur. Normadan-qanundan kənara çıxmaq-uşaqdan böyüyədək, hətta ana bətnindəki körpədən-embriondan ölkə başçısına-hökmdara qədər, hamıya yasaq edilmişdir. Abidələrdə bu həqiqət də öz əksini tapmışdır. Qobustanda “Ana və balta” heykəli bu intizamdan-qanundan-tərbiyədən söhbət açır. Bu heykəl “Dədə Qorqud Kitabı”ndakı “Ana haqqı-Tanrı haqqıdır” – Ana sözü -Tanrı sözüdür, hamı o haqqa, o sözə tabe olmalıdır – misalı ilə yaşadılır. Gəmiqaya-Qobustan bütövlükdə “Dədə Qorqud Kitabı”nın mifoloji qaynaqlarının baş mənbəyidir.
Gəmiqayada “Nuhun Gəmisi” rəsmlər qrupunu dünyanın 2-ci möcüzəsi hesab etmək olar.
Bəşəriyyəti Dünya daşqınından xilas etmiş Nuh Peyğəmbər və onun Gəmisi haqqında söhbətlər, əfsanələr min illərdən bəri dünyanı dolaşmaqdadır. Nuhun Gəmisi və dünyanı su basması haqqında ilk məlumatlar “Bilqamıs dastanı”nda, sonra Tövratda, İncildə və Quranda yazılmışdır. Bu xilaskar Peyğəmbər “Bilqamıs”da Utnapiştim, Tövratda və Bibliyada Noy, Quranda Nuh adı ilə təqdim olunur.
“Nuh” – “Gün” – Hun sözünün sonrakı şəkillərindəndir. (Necə ki, rus dilində də Nuh bəzən “Nux” şəklində yazılır).
Gəmiqayada Nuhun Gəmisinin üstündə Gəmiqaya-Qobustan əlifbası ilə “Gün” və “Ütu” sözləri yazılmışdır. Kitabda həmin sözlərin elmi açımı verilir: Gün-Qun-Hun-Nuq-Nuh-Nux.
“Utu” sözü də Gün Tanrı – Tanrının yaratdığı Tanrının adlarındandır. Həmin ad – Utu, Nuh peyğəmbərin də adlarından birinə çevrilmişdir. Necə ki, Bilqamıs dastanında “Utnapiştim” dünyanı daşqından xilas etmiş peyğəmbərin adı kimi verilir. Buradan aydın olur ki, həm Nuh peyğəmbərin, həm də onun ölkəsinin – Azərbaycanın qədim adlarından biri”” həm “Gün” , həm də “Utu”: Utlar – Odlar ölkəsi – bilavasitə Tanrının adlarından yaranmışdır.
Gəmiqaya və Qobustan Günəşin şəkli və kombinə edilmiş “Utu” sözü ilə zəngindir. Gəmiqayada Nuhun gəmisinin üstündə də Günəş rəsmi ilə kombinə edilmiş “Utu” sözü aydın oxunur.
Yuxanda qeyd etdiyimiz kimi,”Bilqamıs”da “Utu” həm də Utnapiştimin- Gün-Hun-Nuh Peyğəmbərin ölkəsinin adıdır.
Nəhayət, kitabda “Naxçıvan” etnotoponiminin də məzmunu açılır: Nuhçu mən – Nuhçu ban – Nahçıvan – Naxçıvan. Yəni: Nuhçu xalq: – Nuhun öz gəmisində xilas etdiyi xalq; Nuh yeri.
Nuhun Gəmisi haqqında min illərdən bəri dünyanı dolaşan söhbətlərin, yazıların yeganə tarixi – maddi əsası, əyani dəlili – sübutu yalnız Azərbaycan torpağında – Naxçıvan dağlarında neçə min il əvvəl yaradılmış və ilk dəfə bu kitabın müəllifı tərəfindən aşkar edilmiş Nuhun Gəmisi rəsmlər qrupudur.
Məhəmməd Peyğəmbərin “Buraq” ata minərək meraca-Tanrının hüzuruna getməsi haqqında hədislərin də Gəmiqaya və Qobustanda, ilk dəfə bu kitabın müəllifı tərəfindən aşkar olunan rəsmləri Azərbaycanın və dünyanın tarixi möcüzələrindən sayılmalıdır.
Gəmiqaya-Qobustan rəsmləri incəsənətin çox sirrini özündə qoruyub saxlamışdır. O sirrlər bu günə qədər açılmamışdır. Sirrin birincisi odur ki, Gəmiqaya-Qobustan rəssamı Tanrının göndərdiyi 32 işarədən çox sayda kişi, qadın və Yaradılış ideyasının başqa atributlarını (müxtəlif heyvan, quş, balıq və s. daxil olmaqla) yaratmış, onlan bilavasitə qayaların köksünə həkk etmişdir. Müasir incəsənət bu rəsmlərin, çox təbəqəli rəsm yaratmaq üsulunun mexanikasını öyrənə və mənimsəyə bilsə, rəssamlıqda, heykəltəraşlıqda tamam yeni bir fəsil açılmış olar.
Gəmiqaya-Qobustan rəsmləri e.ə. I min illikdə qədim yunan (sonralar yunan-Roma) mədəniyyətinin və incəsənətinin və elminin, ədəbiyyatının inkişafına çox güclü, müsbət təsir göstərmişdir. Yunan əsatirlərində bilavasitə Azərbaycan ərazisindən söhbət getməsi (Prometeyin Qafqaz dağlannda çarmıxa çəkilməsi, Qarqar igidlər və Amazon qızlar haqqında əfsanələr və s.) bunu sübut edir. Azərbaycana gəlib, burada atomizm nəzəriyyəsini – Tanrıçılıqdan gələn, 4 ünsürə bağlı işıq və su, göylərə uçuş, hesab, 10-luq say sistemi, həftənin 7 günü, Günəş və Ay təqvimləri, rəqəm-işarələri, elmdə bu gün də “ərəb” və “roma” (Rum) rəqəmləri adlandırılan, nəhayət, 32 hərfli, çoxşəkilli qədim Azərbaycan (praazərbaycan-pratürk: Gəmiqaya-Qobustan) Əlifbasını diqqətlə öyrənən və mənimsəyən yunanlar sonralar bütün bu mədəniyyəti öz adlarına çıxmışlar.
Yunanlar fonetik əlifbanı heç də bu günədək deyildiyi kimi, fınikiyalılardan deyil, qədim Azərbaycan: Gəmiqaya-Qobustan əlifbasından götürmüşlər.
Finikiyalılar və ərəblər eyni-sami tayfalarının-xalqlarının nümayəndələri olmuşlar. Əgər yunan-latınlar fonetik əlifbanı onlardan qəbul etmişlərsə, nə üçün bu samilər: fınikiyalılar, ərəblər və yəhudilər “öz əlifbalarından” imtina edərək, onun əvvəlki işarələri əsasında yeni ərəb və yəhudi əlifbalarını yaratmışlar? Burada məntiq yoxdur. Deməli, fınikiyalıların da öz əlifbaları olmayıb, onlar da qədim Azərbaycan: Gəmiqaya-Qobustan Əlifbasından bəhrələnmişlər.
Başqa bir vacib məsələ: qədim yunan-roma incəsənəti Gəmiqaya-Qobustan incəsənətinin əsasında meydana gəlmişdir. Gəmiqaya və Qobustanda yaradılmış və bu gün də heyrət oyadan kişi və qadın rəsmlərinin surətləri qədim yunan incəsənətində aydın müşahidə olunur. Bu isə dünya mədəniyyəti tarixində bu günədək öyrənilməmiş, açılmamış bütöv bir səhifədir. Bu səhifə öyrənildikcə dünya mədəniyyəti: elmi və incəsənəti daha da zənginləşəcək.
Gəmiqayaçı rəssam Nuhun Gəmisinin üstündə Nuh Peyğəmbərin özünün də rəsmini yaratmışdır. Şübhəsiz, o, xalqdan eşitdiklərinə və öz biliyinə, təsəvvürünə əsaslanmışdır. Hər halda həmin rəssam həqiqətə daha yaxın olmuşdur. E.ə. uzaq minilliklərin Gəmiqayaçı – Qobustançı rəssasmı öz nadir sənət əsərləri – rəsmləri ilə bəşəriyyəti Dünya daşqınından xilas etmiş Nuh Peyğəmbərə və onun xilaskar Gəmisinə əbədi heykəl qoymuşdur.
Tanrıçılıq – Azərbaycanın və bütün Türk dünyasının milli ideologiyasının əsasıdır.
Nəsimi deyir: Ey kitabından üzün gül bir vərəq
Tarixçilərin təyin etdikləri e.ə VIII minillikdən üzü bəri işarəlik – həriflik (hürufılik) müxtəlif şəkillərdə yaşadılmışdır. O cümlədən qaya təsvirlərində və gil (saxsı) qabların üzərindəki naxışlar kimi. Gəmiqaya – Qobustan mədəniyyəti bunun aydın nümunəsidir. Bu nümunələr üzərində müşahidələrimiz sübut edir ki, əlifba məhz işarəliyin – ilkin hürufıliyin vəhdəti, tanrıçılığın -yaradılış ideyasının əks etdiricisi kimi meydana çıxmışdır.
Dahi Nəimi-Nəsimi hünıfıliyi XIV əsrdə Azərbaycan xalqının tarixi haqqını bərpa edən əsil inqilab idi. Tanrıçılıq “Dədə Qorqud” kəlamlarında müxtəlif üstüörtülü mifoloji anımlarda və Nəsiminin şerlərində yenidən yaşamaq hüququ qazanmışdır. “Dədə Qorqud Kitabı” Cavidan-Babək hərəkatı və Nəimi-Nəsimi hürufiçiliyi bir-birinin davamı olan üç böyük üsyan, üç inqilab idi. Bu üsyanların – inqilabların hər üçünün mahiyyəti milli oyanışa, milli ideologiyanı yaşatmağa xidmət edirdi. Cavidan-Babək hərəkatı açıq üsyan idi. Dədə Qorqud kitabı və Nəimi – Nəsimi hürufıçiliyi isə gizli, pərdəarxası mübarizə idi. Hər üçü faciə ilə sona yetmiş, özündən sonra tarixin ağır sınaqlarına məruz qalmışdır. Gəmiqaya-Qobustan isə milli ideologiyanı yaşatmaq yolunda ilk inqilabi mübarizə, ilk üsyan, ilk sıçrayış idi və birbaşa gələcəyə ünvanlanmışdır. Bu, ideoloji mübarizənin ən gizli forması idi. Onu yaradıb qoyub gedən müdrik atalar daha uzaqgörən olmuşdur.
Dədə Qorqud gizli mübarizə üçün çox incə yol seçmişdir: Anam Adı – Qaba Ağac, Əzvay qurd əniyi erkəyində bir köküm var, Atam adı – Qağan Aslan, Ağ Sunqur quşunun erkəyində bir köküm var, – İmperiyanın casusları bunlardan baş aça bilmədilər. Hesab etdilər ki, bunların hamısı nağıldır.
Nəsimi də gizli mübarizənin incə yolunu seçmişdir. O, fıkrini şeirlə, nəğmə ilə çatdırırdı xalqa. İmperiya casusları bu nəğmələrə də bir müddət diqqət yetirməmişdilər. Amma bir gün onlar onun gizli mahiyyətini anladılar, Nəsiminin Babəkdən daha qorxulu düşmən olduğunu duydular və onu da Babəksayağı qətlə yetirdilər. Nəsimi şerləri isə heç bir qadağana baxmadan xalqın dilində və qəlbində yaşadı və yaşayır.
Nəsimi insanı “Dörd ünsürün, 12 ulduz bürcünün və 32 hərfin nəticəsi” hesab edirdi (Bax Nəsimi divanı. B.1973. səh. 647-649). Dahi şair tanrıçılıqdan gələn ideyanı ərəb hərfləri ilə ideallaşdırırdı. O, ərəb hərflərinin heç də qrafik gözəlliyindən, estetikasından söz açmırdı, hər bir hərfin arxasında dayanan məzmunu, mahiyyəti tərənnüm edirdi, hərfi kod,işarə kimi diqqətə çatdırırdı. “Nəsimi divanında” Əlif-lam və tərs əlifba” bölməsində toplanmış şerlərin (5 şerin) ilk misralan ərəb əlifbasının 30, bəzən 29 işarəsinin adları ilə başlanır: Əlif, bey, tey, sey, cim, xey, dal, zal, rey, sin,qaf, kaf, lam, mim, nun, hey, yey və s.
Nəsimi dövründə qədim praazərbaycan – pratürk əlifbası: Gəmiqaya-Qobustan əlifbası artıq 700 il idi ki, xalqa qadağan etdirilmişdi. Amma tanrıçılıq-yaradılış ideyası xalqın yaddaşında nəsildən-nəsilə ötürülərək yaşadılmışdır. Nəsimi ərəb hərf və rəqəm (əbcəd) adları ilə öz xalqının ən qədim inamlarını, tanrıçılığın atributlarını sevərək təbliğ edirdi. Nəsimi ərəb əlifbasının 28 hərfdən, 33 işarədən ibarət olduğunu (Bax. Z.T.Hacıyeva. Əski əlifba. B.1989. s.60) əlbəttə ki, bilirdi, amma rübai və qəzəllərində “32 hərf (hüruf), 32 nişan, 32 gizli sirr, 32 haqq kəlamı” və s. işlədirdi.
“Ünsürün dörd oldu, həddin şeş cəhət”
Yəni: Sən 6 cəhətli Kainatda 4 ünsürdən yarandın.
Məğribu məşriqdən oldu seylimiz,
Yeddi ulduz, on iki bürc əslimiz”.
Yəni: Biz qərbdən şərqədək dünyanı dövrəyə alan suyun içində var olmuşuq.
Əslimiz isə: Ay, Gün, Merkuri, Sevit (Venera), Mars, Yupiter, Saturn ulduzundan – Günəş sistemindən və 12 ulduz bürcündəndir. (Günəş il ərzində o bürclərdən keçir).
“Mən otuz iki hürufəm ləmyəzəl”.
Yəni: mən əzəli və əbədi olan 32 Tanrı işarəsinin (Hərfinin) cəmiyəm.
“Ey üzün həqdən 32 nişan”.
Yəni: Ey gözəl, sənin üzün Tanrının çəkdiyi 32 müqəddəs işarənin cəmi olduğu üçün gözəlliyinin misli-bərabəri yoxdur.
“32-nin nişanıdır üzün”.
Yəni: Üzün bütün 32 Tanrı işarəsinin cəmi olduğu üçün sən ən gözəlsən.
“Gər səni duşunda görsəydi pəri,
Oda salaydı otuz iki pəri”.
Yəni: Əgər Günəşin qızı – pəri səni yuxuda görsəydi. Kainatı hərəkətə gətirən çarxın 32 pərini qısqanclıq odunda yandırardı.
“Gördü çün kim binişani dişlərin,
Otuz iki gizli kani dişlərin”.
Yəni: Kim gördüsə o nişansız – eyibsiz və 32 sırrı saxlayan 32 gözəl dişlərini, heyranı oldu.
“Haqq-Təala adəm oğlu özüdür,
Otuz iki həq kəlamı sözüdür”.
Yəni: Tanrı hər yerdə olmaqla insanın qəlbindədir və insanda hər işarə, hər cism Tanrının 32 gizli kəlamı, sözü, işarəsidir, onların cəmidir və eynidir.
Nəsimi bəyan edir ki, bütün sözlər Tanrının göndərdiyi 32 müqəddəs sözdən-kəlmədən, işarədən törəmişdir. Dahi şair – fılosof işarənin məhz sözün işarəsi – söziün – kəlamın şəkli olduğunu söyləyirdi. Dünyanın böyük alimləri: Humbolt, Sössür yazırlar ki, söz – dil işarələr sistemidir. Bu sistem qədim türkün yaradılış ideyasında bir qədər fərqli şəkildə əksini tapmışdır. Gəmiqaya – Qobustan, Mingəçevir və Baykal abidələri dilçilikdə işarələr nəzəriyyəsinin əsasında dayanan qrafık formaları müxtəlif təsvirlərdə yaşadaraq bu günümüzə çatdırmışdır.
“Qaimü daim üzündür səmrədi,
Həm kitabdır cəmalın əbcədi”
Yəni: Sənin üzün ağ kağıza yazılmış əbədi işarənin gözəl bəhrəsi, həm də bütün hərflərin cəmindən yaranmış kitabdır. Burada söhbət ümumiyyətlə kitabdan, – ən əzəli kitabdan gedir.
“Qaşü kirpik yeddi oldu saç ilə,
Həq kitabı uşbu babdan açıla.”
Yəni: Sənin qaşın, kipriklərin və saçların yaradılışın, 4 ünsürün rəmzi tək yeddi oldu və haqqın-tanrının kitabı bu fəsildən açılsın – oxunsun gərək. Burada müqəddəs kitabımız Quranla yanaşı, yenə də Tanrının daha uzaq zamanlarda göndərdiyi kitaba işarə olunur.
“Surətin müshəfdir, ey çubi xüram,
Kirpigin, qaşınla zülfundür kəlam”.
Yəni: Sənin camalın-surətin Kitabdır, ey Tuba boylu, ey sərv boylu; kiprigin qaşın və zülfün-saçın bu Kitabı tamamlamışdır. Yenə də Nəsimi nə zamansa yaradılmış eşq kitabından söz açır.
“Əbcəd ilə mim əlif badir üzün”
Yəni: rəqəmlə sayılanda, sənin üzün bütöv əlifbadır, yəni yenə də 32 hərfli Kitabdır.
32 – bütün işarələrin və bütün sözlərin cəmi kimi verilir Nəsimidə. Dahi şair başqa sayların cəmində də 32 sayını aşkarlayır:
“Dörd gərək, dörd-dörd gərək, bir dörd gərək,
Yeddisi xətt istiva, üç dörd gərək”.
Yəni: 4 ünsür 32 sayında da tamamlanır: 4 gərək – 4 ünsürün sayı gərəkdir: 4×4=16 gərək və daha bir 4 gərəkdir; Nəsimi burada misranın əvvəlindəki 4-lə sonundakı “bir dördü” də 4×4=16 kimi düşünməyi nəzərdə tutur. Yəni 16-nın 2 cəmi yenə də 32-dir.
Yeddisi xətt istiva üç dörd gərək.
Yəni: 7 düz xətt tarazlananda 14 gecəlik bütöv Ay olur, yəni üstündə daha “üç 4 gərəkdir”, iki 4 tarazlanmış, bütöv Aya çevrilmiş və 14 sayını 2 dəfə təkrar edir: 14+14=28; yerdə daha bir 4 qalır ki, bu da 4 ünsürün öz sayıdır. Ayın hər 7 günü 4 ünsürün birinə bərabər olur. Belə də 7 dəfə 4=28; yerdə qalan 3-cü 4-28-ə əlavə olunur və nəticədə yenə də 32 alınır.
Bu, əsl riyaziyyat məsələsidir ki, birbaş Tanrıçılıqdan gəlir və bu ən mürəkkəb məsələnin yaradıcısı, kəşf edəni, müəllifı dahi Nəsimidir. Bu məsələ bu günə qədər kimsə tərəfındən həll edilməmişdir. Bu cür məsələləri heç bu gün də, Tanrıçılığın ideya əsaslarını bilmədən, heç kim həll edə bilməz.
“32 laməmat illa həyat”
Yəni: Həyatın İlahinin öz hikmətiylə verdiyi 32-dən başqa əlaməti yoxdur.
Materialistlər deyirlər: “Hər şeyin yaradıcısı varsa, yaradanın da yaradıcısı olmalıdır. Onların özlərinin başqa bir fıkri bunu rədd edir: “Kainat əzəldən mövcuddur, onu heç kim yaratmamışdır”. Tanrıçılıqda bu fikir belə açıqlanır: “Tanrı əzəldən mövcuddur. Onu heç kim yaratmamışdır, hər şeyi – bütün qanunları o özü yaratmışdır.”
Ayın 28 gün, “dölə çağırış”ın da 28 gün olması Tanrının öz sirri – öz qanunudur. Gəmiqaya-Qobustan insanı bu qanundan baş çıxarmağa çalışıb. Niyə məhz 28 gün? Həyat, doğum, artım məhz bu kodlara:
4,7,28,32 kodlarına bağlıdır. Nəsimi bu kodları məhz kod – şifrə kimi tərənnüm edir. Bu kodlar gəmiqaya – Qobustan – Mingəçevir və Baykalda da müxtəlif formalarda əks olunmuşdur.
Fiziklərin belə bir fıkri var: 27-ci ölçüdən o yana getmək mümkün deyil. Kainatda isə ölçülər saysız qədər çoxdur. Deməli, elm 28-ci ölçünün qapısında dayanıb. 28-ci ölçü ilə 28 günün əlaqəsi vannı? Mübahisə etmirik.
“Yeddi yerdə otuzikidir üzün,
İyirmi səkkiz göstərər iki gözün.
Qamətin səksən səkkiz edər bəyan,
Yetmiş iki bildirər nitqi sözün” (1.593),
Bu rubaidə 1-ci misra: otuz iki işarənin – hərfin, sözün cəminin – 7 planetdə olması kimi bir mübaliğədir, yəni sən o dərəcədə gözəlsən ki, gözəlliyin 7 planetə hakimdir. 2-ci misra: Sənin iki gözün 28-i – həyatın özülünü, əsasını göstərir. Yəni ki, sənin gözlərin həyatın özüdür, onlar mənə həyat verir.
Nəsimi gözəlin üzündə 2 on dörd gecəlik Ay görür.
“Gər dilərsən xaliqi etmək əyan,
Hərfı sözsüz necə eylərsən bəyan.
Hərfdən özgə xaliqə yoxdur nişan.”
Yəni: Tanrı dünyanı işarələrlə – hərflərlə qurub; hər işarənin – hərfin arxasında isə söz dayanır, Tanrı yaratdığına – insana bundan kənar əlamət aramaq əbəsdir və hərfdən özgə Xaliqə – Allaha nişan – əlamət tapmaq mümkün olmadığını bəyan edir.
“Ey boyun həqdən 32 nişan”. Bundan əvvəlki rübaisində Nəsimi gözəlin üzünü həqdən 32 nişan adlandırmışdı; indi onun boyuna “32 nişan” qiymətini verir; bununla da əvvəlki fıkri daha da genişləndirir.
Orxon – Yenisey abidələrində insanın boyu 32 nişandan – işarədən ibarət nəzərdə tutulur. Hər ikisində 32: tamamlanmış kitabdır. Yəni, həm Gəmiqaya- Qobustan və Orxon-Yenisey abidələrində, həm də Nəsimidə insan, ölçülərin cəmi ilə – Kitabdır. Kitab: sözün və işarənin cəmindən ibarət bitmiş, bitirilmiş, heç bir şərhə, düzəlişə ehtiyacı olmayan, toxunulmaz, müqəddəs bütövlükdür. O bütövlükdə Tanrı bir daha öz yaratdıqlarına əyan olur. (Bitik-bitak: Kitab. Burada səslərin yerdəyişməsi heyrət oyadır!)
Nəhayət, Nəsimi sevdiyi gözələ deyir ki, “Ey, kitabından üzün gül bir vərəq”. Misrada söhbət ümumi halda kitabdan gedir. O kitab ki, insanın üzünü əks etdirir; Tanrı insanın üzünü O Kitaba, O Kitabı insanın üzünə oxşar yaratmışdır. O Kitab Qobustanda əlifba daşında (29-cu daşda) insan surətlərinin, o sıradan işıq ilahəsi – gözəl surətinin, Ana və uşaq, gənc və müdrik atalar və “müdrik heyvan” surətlərinin, nəhayət, Gəmiqaya-Qobustan əlifbasının bütün çoxşəkilli 32 hərfinin əhatəsində, daş lövhənin ortasında, diqqət mərkəzində görünür.
Nəsimi deyir ki, Sən Tanrının yaratdığı Kitabsan və sənin o gül üzün müqəddəs Kitabdan, Sən – Kitabdan bir gül vərəqdir.
Nəsiminin şerlərindən belə nəticə alınır ki, Tanrıçılıqda elmlə din bir yerdə düşünülmüşdür və sonralar dini elmdən ayırmağa göstərilən cəhdlər fıkir ayrılıqlarına, bəzən anlaşılmazlığa gətirib çıxartmışdır. Elmlə dinin eyni mənbədən: Tanrıdan – Allahdan gələn vahid ideya olduğunu müqəddəs kitablar: Zəbur, Tövrat, İncil və Quran tam sübuta yetirir.
Gəmiqaya-Qobustan mədəniyyəti: Əlifbası və incəsənəti Azərbaycan xalqının və bütün bəşəriyyətin misilsiz nailiyyətidir. Bəşəriyyətin yolu Tanrıçılıqdan, yəni qədimdə olduğu kimi, elmlə dinin birliyindən və bu birliyin müasir dünyada həyata keçirilməsindən ibarətdir.
(Professor Buludxan Xəlilov)
Kitabın müzakirəsində əsas mə`ruzəçi professor Buludxan Xəlilovun (əslən Qərbi Azərbaycandan olan) gəldiyi nəticələri əks etdirən aşağıdakı mətnə diqqət edək!!..
Əjdər Fərzəlinin “Nuh tufanı və Gəmiqaya-Qobustan əlifbası” kitabındakı araşdırmanın nəticələrini aşağıdakı kimi ümumiləşdirmək olar:
- Gəmiqaya-Qobustan əlifbası qədim Azərbaycan əlifbasıdır. Bu əlifba yüz və min illər ərzində bütün xalq – xalq biliciləri tərəfindən yaradılmışdır.
- Gəmiqaya-Qobustan əlifbası başqa əlifbalardan fərqli olaraq yaradılış ideyasını – Tanrıçılıq inamını əks etdirir.
- “Əlifba” sözü öküz başının – Göy öküzünün (öküz bürcünün) “” işarəsi şəklində alova oxşar görümündən – qədim Azərbaycan dilindəki “alov” sözündən yaranmışdır. Və finikiya “ərəb, yəhudi, yunan və s. dillərdəki alef, alif-əlif, alfa qədim Azərbaycan dilindəki alov-buta sözlərinin təhrif şəkilləridir.
- Finikiya, Misir, yunan-latın, ərəb, yəhudi, erməni, kiril, hind (brahmi), İran (pəhləvi) və bir sıra digər əlifbalar Gəmiqaya-Qobustan əlifbasının törəmələridir.
- Gəmiqaya-Qobustan əlifbası və Orxon-Yenisey əlifbası bir-birinə bağlı, ancaq müstəqil yaradılmış türk əlifbalarıdır.
- Alban əlifbası – Qafqaz Albaniyasının əlifbası Gəmiqaya-Qobustan əlifbasının təhrif edilmiş şəklidir.
- “Avesta” əlifbası Gəmiqaya-Qobustan əlifbasından törəmədir.
- Şumerli türk əlifbası Gəmiqaya-Qobustan əlifbası ilə eyni quruluşdadır.
- Mingəçevir epitafiyası Gəmiqaya-Qobustn əlifbası əsasında türk düşüncə tərzi ilə yaranmışdır.
- Gəmiqaya-Qobustan əlifbasının hərf və piktoqrafları Naxçıvan-Ordubad, Urmiya-Əhər-Təbriz, Qərbi Azərbaycan, Kəlbəcər, Gəncə, Mingəçevir, Şamaxı-Altıağac, Qobustan-Hacıqabul, Bakı-İçərişəhər-Pirallahı adası daşlarında, qayalarında aşkar edilmişdir. Hətta bu əlifba qədim Azərbaycan xalçaları, məişət əşyaları üzərində “naxış” kimi əks olunmuşdur.
- Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən (onların 9-u sait, 23-ü samit) ibarətdir.
- Gəmiqaya-Qobustan əlifbasında hər bir hərf sözü tamamlaya bilirsə, “bütöv söz” funksiyasında olur. Belə bir əlamət Orxon-Yenisey yazılarında da müşahidə olunur.
- “Kitabi-Dədə Qorqud”un mifik süjetləri Gəmiqaya-Qobustan əlifbası ilə Gəmiqayaya, Qobustana yazılmışdır.
- Gəmiqaya-Qobustan çoxşəkilli əlifbadır. Burada eyni hərfin bir neçə şəkli, variantı vardır. Onlar sözün məzmunundan, mənasından irəli gələrək yaradılmışdır.
- Gəmiqaya-Qobustan əlifbası Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin yeni bir mərhələsidir.
- Əjdər Fərzəli Gəmiqaya-Qobustan əlifbasının 300-ə yaxın sözlüyünü tərtib etmişdir (Аждар Фарзали. Ноев Ковчег и Гямигая-Гобустанский алфавит. Баку, «Гапп-полиграф”, 2014, с.234-241).
- Gəmiqaya-Qobustan əlifbasının mətnləri işğallar, müharibələr, qarətlər nəticəsində dağıdılmışdır.
- Gəmiqaya-Qobustan əlifbasının aşkarlanması əlifbanın meydana gəlməsində uydurma “Finikiya birinciliyi”nə son qoymuşdur.
- Gəmiqaya –Qobustan dünya əlifbaları tarixində vahid Əlifba Ağacı rolunu oynamışdır.
- Gəmiqaya-Qobustan mədəniyyətinin kökündə Tanrıçılıq dayanır. Mövcud dinlərin hamısı (islam, xristianlıq, buddizm, iudaizm) Tanrıçılıqdan bəhrələnmişdir. Tanrıdan-Allahdan gələn kitablar da (Zəbur, Tövrat, İncil, Quran) hər şeyin əsasında Tanrıçılığın dayandığını təsdiq edir.
- Gəmiqaya-Qobustan əlifbası dünyanın möcüzələri barədə düşünməyə imkan yaradır. İlk möcüzə Gəmiqaya-Qobustan rəsmləridir. Bu möcüzə barədə Əjdər Fərzəli məsələni belə qoyur: Tanrı ulu rəssam kimi yaratdıqlarının əvvəlcə şəklini çəkdi və sonra onlara ruh verdi, can verdi. Tanrının rəsmləri işarələr kimi insanın özündə, bədənində göründü, başqa canlılarda otlarda, çiçəklərdə, ağaclarda göründü. İnsan Tanrının qələmindən çıxmış 32 işarənin kombina edilməsi kimi qəbul edildi. Tanrı öz səma gəmisində Göydən Yerə 32 işarə-hərf göndərdi. Tanrı 32 hərf və iki insan: qadın və kişi göndərdi. Tanrinin Səma Gəmisində göndərdiyi 32 hərf-işarə (23 samit və 9 sait) və iki insan: kişi və qadın Səma Gəmisi ilə birlikdə 1-ci möcüzə idi. 2-ci möcüzə isə Gəmiqayada “Nuhun gəmisi” ilə bağlı rəsmlərdir.
- Humboltun və Sössürün söz-dil işarələr sistemidir fikrini qəbul etməklə Gəmiqaya-Qobustan əlifbasının işarələr nəzəriyyəsinin əsasında dayandığını və onu bu günümüzə çatdıran qaynaq olduğu qənaətini təsdiq etməli oluruq.
- Əjdər Fərzəlinin Gəmiqaya-Qobustan əlifbası ilə bağlı fikirləri bu qənaəti söyləməyə əsas verir ki, bəşəriyyət elmlə dinin birliyi əsasında Tanrıçılığın mahiyyətinə varmalıdır. Bəşəriyyət bu gün elmlə dinin eyni mənbədən – Tanrıdan gələn bir ideya olduğu fikrindən uzaqlaşmışdır. Ancaq bəşəriyyət bunu da bilir ki, müqəddəs kitablar da (Zəbur, Tövrat, İncil, Quran) Tanrıdan-Allahdan gələn müqəddəs kitablardır. Elmlə dinin mənbəyini bu kitablar yaşadır.
Biz dəyişən dəyərlər dünyasında yaşayırıq. Ancaq elə dəyərlər var ki, onlar dəyişmir. Dəyişməyən dəyərlər dəyişmədiyi üçün dəyərlidir. Dəyişməz dəyərlər sırasında Gəmiqaya-Qobustan da var. Dəyişməyən dəyərlər dəyərə qiymət verənlərdə bu fikri yaradır və hər birimizi düşünməyə məcbur edir. İ.Nəsimi: “Dünya duracaq yer deyil, ey can, səfər eylə!..”, V.V.Nalimov: “Nədən dünyamız bir belə qəddardı?.. Nə zamansa da bu sirri aça biləcəyikmi?”, S.Y.Lets: “Ciddi düşünməyə başlayınca görürüəm ki, dünya nə qədər gülüncdür”.
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor
Qərbi Azərbaycan (indiki “Ermənistan”) ərazisi Bütöv Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrindən biridir.
Keçmişdə Azərbaycanın Ģimalı ilə cənubunu, bütün Qafqazla Yaxın şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə Şimaldan Gürcüstan, Şərqdən və cənub-Şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla 29.8 min km2 sahəni əhatə edən bu diyar çağdaş dünyada “Ermənistan Respublikası” adı ilə erməni-hay dövləti kimi tanınsa da, onun ərazisi son qarışına qədər qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan
torpağıdır.
Bunu həmin ərazidəki saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da təsdiq edir.
Çoxsaylı maddi mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu arasıkəsilməz hərbi yürüşlər, nıüharibələr nəticəsində, xüsusilə zaman-zaman bu yerlərə köçürülüb gətirilən, tarixi torpaqlarımızda isti yuva tapan ermənilər tərəfindən məhv edilsə də, digər hissəsi isə erməniləşdirilərək mənimsənilsə də, daşlara yazılmış yaddaşı pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə nəsib olmamışdır. E. ə. V-II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü
təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi–Qarqadaşı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim qala, saray və mə`bədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adları bu ərazilərin ən qədim dövrlərdən üzü bəri Türk-Oğuz boylarının anayurdu olduğuna heç bir şübhə yeri qoymur.
Qərbi Azərbaycan ərazisinin qədim Türk tarixi ilə bağlı bilgilərə qədim
Asur və Urartu mixi yazılarında da tez-tez rast gəlirik.
Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən -Sisian) rayonu ərazisində qayaüstü
təsvirlər.
Bu təsvirlər iki qrupa ayrılır. Birincisi e. ə. V-IV minilliklərə, ikincisi e. ə. III-II minilliklərə aiddir. Həmin təsvirlərdə bölgənin о vaxtkı heyvanat aləmi (maral, tur, at, pələng, it, canavar, ayı və s.), ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır.
Bütün Zəngəzur mahalı kimi, Qarakilsə ərazisi də
qədimdən Türk-Oğuz qəbilələrinin anayurdu olmuş, bura ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlanmışdır.
Loru mahalının Vorontsovka (03.03.1935-ci ildən – Kalinino) rayonunun Soyuqbulaq (19.04.1991-ci ildən – Paqaxbyur) kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e. ə minilliklərə aid qayaüstü təsvirlər.
Dağlıq Altayın Xatın çayı sahillərində aşkar edilmiş qayaüstü təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bə`zən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan üzü bəri Türk-Oğuz qəbilələrinin anayurdu olduğunu təsdiq edir.
Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq
Azərbaycan türkləri yaşamışlar. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan
türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşlər.
Qədimdə Naxçıvanın torpaqları olmuş Sürməli mahalının (hazırki İqdırdan)- İqdırın yaxınlığında Diqor yazıları adlandırılan Diqor qəsəbəsindən tapılan yazıları da əlavə etmək olar. Burdakı yazılar da eynilə Əjdər müəllimin göstərdiyi əlifba sistemini təkrar edir. (Filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin AMEA –da 22.04.2015 –ci il tarixli elmi müzakirədə çıxışından.)
Onu da qeyd edək ki, “AqRA” EİDİB –nin İH –nin sədri Mirələkbər Seyidovun 2017 –ci ildə Urmiya(İran) səfəri zamanı şəhər muzeylərinin birində rastlaşdığı qayaüstü rəsmlərlə Gəmiqaya qayaüstü rəsmləri eynilik təşkil edir.
Bu tədqiqatları davam etdirmək üçün mütəxəssislərin birgə səyləri lazımdır: tarixçilərin, etnoloqların, arxeoloqların, antropoloqların, dilçilərin, coğrafiyaçıların (toponomistlərin), digər sahə alimlərinin sistemli yanaşması əsasında tarixi təhriflər, səhvlər, etibarsız nəşrlər, qaranlıq səhifələr aşkar edilib bərpa edilməlidir.
Bunlar uzun illər qadağan olunmuşdu..
Həqiqət qalib gəlməlidir!!..
İstifadə olunmuş ədəbiyyat və internet resurslar:
1. Vahid Rzayev “Var Olandan, Var Olmuşuq” Kitabı.
2. Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabı (rus dilində).
https://www.aqra.az/wp-content/uploads/Kitablar_Latin/Noev%20Kovcheq+.pdf
Həmin Kitabın müzakirəsində alimlərin (16) çıxışları:
Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən
3. Nizami Alıyevin “GƏMİQAYA QAYAÜSTÜ YAZILARI” (üç dildə).
“AqRA” EİDİB –nin təşəbbüsü ilə həmin Kitabların “Diaporla İş üzrə Dövlət Komitəsində müzakirəsində alim və ziyalıların çıxışları:
Soydaşlarımıza Azərbaycanın ilkin yaşayış mərkəzi olması barədə nəşrlər təqdim edilib
4. Əziz Ələkbərlinin (Qərbi Azərbaycan icmasının Sədri)“Qərbi Azərbaycan abidələri” Kitabı 2006 –cı il.
İmzalar:
Bəxtiyar Şaban oğlu Həsənov – Moskvadakı Azərbaycanlıların milli-mədəni muxtariyyətinin regional ictimai təşkilatının Sədri.
Həşim Məmməd Cəfər oğlu Əliyev – Moskvadakı Azərbaycanlıların milli-mədəni muxtariyyətinin regional ictimai təşkilatı Sədrinin Müavini
Mirələkbər Seyidov -“AqRA Elmin İnkişafına Dəstək ictimai birliyinin İH –nin Sədri.
Nizami Alıyev -“AqRA Elmin İnkişafına Dəstək ictimai birliyinin Üzvü.