Qanlı Zəfər

İstər Xanlıqlar dövründə, istər SSRİ tərkibində olarkən, istərsə də müstəqillik dövründə başı bəlalardan əskik olmayan Qarabağ. Qarabağ anlayışı səslənəndə çox şəxsin ağlına 30 ildir Azərbaycandan ayrı düşmüş bir yer adı, bir bölgə gəlir . Qarabağ əslinə baxanda bəzi dövlətlərin hərbi münaqişə ocağı ilə yanaşı bəzi siyasi hadisələrin də münaqişə ocağına çevrilmişdir. Artıq XX əsrin 90 – cı illərindənbugünümüzə qədər ermənilərin etdiyi haqsızlıqlar, qondarma dövlət xəyalları hər il keçdikcə səbrimizin daşmasına bir qığılcım idi. Tovuz döyüşləri isə o qığılcımların alova çevrildiyi ilk nöqtələrdən idi. Erməni fitnəkarlarının sərhəd zonalarda bölgələrimizin, sərhəd xidmətinin yüksək rütbəli generallarını heç bir səbəb olmadan əsassız və qanunsuz şəkildə bəzi vəzifəli şəxsləri və sərhəd işçilərini həlak ediblər. Bu torpaq davasında Polad Həşimov, İlqar Mirzəyev kimi bir neçə rütbəli şəxslər dünyasını dəyişmişdir. Naxçıvan Muxtar Respublikasının vətəndaşı olaraq bu torpaq uğrunda həlak olan, bizim üçün canından və qanından keçən şəxsləri unutmaq olmaz. Bunlardan Elvin Etibar oğlu Məmmədov , İsmayıl Mehman oğlu Vəliyev, Sadiq Əli oğlu Həsənov, Elnur Elsevər oğlu Zeynalov, Vəli Vəli oğlu Quliyev, İbrahim Etibar oğlu İbrahimov yalnız Naxçıvan şəhidlərinin bir neçəsidir. Artıq II Qarabağ Müharibəsindən 2 il keçməsinə baxmayaraq bizim üçün dünyanın ən böyük zinətlərindən biri olan canlarından keçərək bizim üçün yorulmadan, usanmadan özlərini namərd gülləsinin önünə atdılar. Biz onları heç vaxt unutmamalı “Milli Qəhrəman” adı gələrkən qədim zamanlarda bu günə kimi Babəkin, Cavanşirin adı çəkilirdisə hal hazırda onlarla yanaşı vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızında adı çəkiləcək və çəkilir. Torpaq su ilə qarışanda palçıq olur, qan ilə qarışanda vətən deyiblər. Naxçıvan və digər regionlarda olan ölməz qəhrəmanlarımızı unutmayaq və unutdurmayaq.

Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasının “Eşq olsun sizə” hissəsindəki bir fikri həqiqətən insanı düşünməyə vadar edir:

Bəzən için-için düşünürəm mən:

Nahaq şəhid oldu bizim cavanlar.

Ömrü ucuz verdi… Bir iş görmədən

Boş yerə ölməyin nə mənası var?!

Ağıla söykənsin dedim qüvvəmiz,

Anlayan olmadı bu sözdən məni.

Ağıla güvənək bu məqamda biz,

Qüvvə daşı əzər, ağıl qüvvəni.

Sonra düşünürəm: Onlar qorxmadan

Cumdular ölümün üstünə belə.

Bir iş görmədilər yaşayan zaman,

Qəhrəman oldular ölümləriylə.

Bizim əlimizdən çoxdan alınmış,

Haqqı bu dünyaya bildirdi onlar.

Millətin qəlbinə qəsdən salınmış

Qorxu iblisini öldürdü onlar.

Vətən deyərkən yalnız quru bir torpaq deyil o torpaq uğrunda hansı hadislələrin baş verdiyini düşünək. Damarlarımızda vətən qanı dolaşdıqca, ayaqlarımıza namərdlər dolaşdıqca hələ bu vətənə çox yağının caynağı batacaq. Vətəni sevən onun üçün özünü fəda edən minlərlə azərbaycanlı olduqca bu vətən yaşayacaq və gələcək nəsillərə də yaşatdıracaq. Əmin Abid Gültəkinin də qeyd etdiyi kimi :

Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!…

 

Naxçıvan Dövlət Universitetinin tələbəsi: Təhməzov Rafıq

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir