Qaranlıqla, İşıq…

Qaranlıqla, İşıq…

Min illərdir, deyilir ki, İşıq, Qaranlığa, qalib gələcək!
Qaranlıqlar isə, İşığa qalib gələcək!
Deməli, iki Varlıq arasında, yə’ni, İşıqla, Qaranlıq arasında, ağır döyüş, yaxud da, ağır müharibə, gedir?
Qətiyyən yox!
İki Varlıq arasında, yə’ni İşıqla – Qaranlıq arasında, Ağır döyüş, Mübarizə, Getmədiyindən, heç vaxt Qalib tərəf olmayıb, ola Bilmədi, olmayacaqdır da!
Çünki, hər iki Varlıq, yə’ni Qaranlıqla – İşıq, Üz-Üzədir!
Onlar, biri-birindən, ayrı ola bilmədilər, ayrı da, ola, bilməzlər!
Gecəsiz, Gündüz ola bilməz, Gündüzsüz isə, Gecə!
Onların, hər İkisi, biri- birini Tamamlayırlar!
Onların, Hər İkisi, İşığın özündə, Tamamlanırlar!
İşıqla, İşığın özü ilə, Tamamlanırlar!
Biri-biri arasında, İşıqla – İşıqda, Tamamlanırlar!
Qaranlıq İşıqda, İşıq Qaranlıqdadır!
Bütün başlanğıclar, Qaranlıqla, İşıq Arasındadır!
Dən, Toxum, Tum, Dənə, Qaranlığa, “əkilir”.
Amma ki, İşıqdan – Qaranlığa, əkilir!
O, əkilən, Dən, Toxum, Tum, İşıqdan, İşıqda, İşıqla, “əkildiyindən”, daha onlar da, yaddaşlarında, İşıq daşıyacaqdırlar!
Qidalanmaqla, Qidalar da, İşıqdan, Mə’də “Qaranlığına”, qovuşur!
Daxili üzvlərimiz, Ürək, Böyrək, Dalaq və s. daxili orqanlar, Qaranlıqda, olmuş olsalar da, belə, Qidalarla, Təmaslarla, Toxunmalarımızla, Göz baxlarımızla, Daxili Aləmimizə də, hər Təmasda, onun, yə’ni Vücudumizun, İşıqla əhatə olunduğunu, ona, bəyan edib, bildiririk!
Daxili Aləmimizin içərisində, nə ocaq qalayırıq, nə lampa yandıra bilirik, nə də ki, elektrik İşığı ilə, daxili Aləmimizi, işıqlandırırıq!
Daxili Aləmimizə, bəxş etdiyimiz İşıq, Yaddaşımızın “İşığıdır”, Düşüncələrimizin “İşığı”, Düşüncələrimizdir!
Daxili Aləmimiz, Qaranlığa bürəli olduğu halda, Qara, Ağır Düşüncələrimizlə, daxili Aləmimizin də, bir də, qaranlığa, bürələmək istədikcə, Daxili Aləmimiz də, İşığı çağırıb, İşığa Dartınıb, İşığa Qovuşmaq, istəyəcəkdir!
İşıqla – Qaranlıq arasında olan Mübarizə, İşıqla – Qaranlığın, bərabər Bölünməsində, Onların, bərabər Bölməyindədir!
Bərabər bölüm arasında, ağır müharibə, ağır mübarizə olmur!
Çünki, hər ikisinin arasında, İşıq dayanır!

Vahid Rzaev.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir