Qoç bürcündən başlanmış, ikinci həyat

Dünya tufanı ərəfəsində, yer kürəsində nə baş verirdi?
   Yer kürəsinin nüvəsi o dərəcədə aktivləşmişdi ki, yer kürəsinin dərin qatlarında və yer üzündə olan bütün kütlələr təlatümə gəlmişdi. O, təlatümlər nəticəsində sular, su hövzələri nüvə aktivliyinə uyğun olaraq dalğalanırdı.
   Bunlara səbəb isə, yer kürəsinin nüvəsindən başlamış kürə boyu eşidilən vahiməli, uğultu səsi idi. Sanki yer kürəsi üsyana qalxmışdı, üsyan edirdi.
   O İşıq tezliyi sür`əti çox güclü olduğundan, suları dalğalandırıb, sular hərəkətə gəlmişdi. Torpaq səthi partlayıb, daşlar parçalanırdı. Bir anda baş vermiş o yer üzü təlatümü çox vahiməli idi.

   Bu yer üzü təlatümünün nəticəsində, o dövr insanlar, su dalğaları və kürə təlatümü arasında qalaraq və ətrafda görünən yüksəkliklərə, dağlara, qayalara tərəf dartınırdılar. Su dalğaları özü ilə gətirmiş müxtəlif əşya, predmet, ağaclar o insanların su içərisində, sudan xilas olmaqlarına da, kömək edirdi (maraqlı bir hal da, ondadır ki, əksər, heyvanlar üzə bilirlər. Amma insan, üzməyi kömək vasitələri ilə öyrənir. İndiki halda, yer üzündə neçə milyard əhali varsa, onun az bir hissəsi, suda üzməyi bacarır. Əksəriyyətinə üzmək çətin görünür).
   Su işərisində olan o insanlar güclə, sulara, dalğalara güc gələrək tufandan dağlara, qayalara, daşlara tərəf istiqamətlənərək xilasa cəhd edirdilər. Görünən o daşlar, qayalar da, onlara bir xilas ümidi və inamı verirdi. Güc sərf edərək, biri-birinə kömək edərək, güclə o daşlarda, o qayalar üzərində sudan xilas olurdular. Tufan sakitləşdikdən sonra o qayaları, o daşları, Gəm – qayası, güc qayası, xilas qayası adı ilə adlandırdılar, yaddaşlarda tarixləşdirdilər.
   Ümumiyyətcə keçmiş dövrdə bədii ədəbiyyatda,  hələ ΧІΧ – əsrin özündə də, Gəm – ifadəsi işlədilirdi. Gəm – güc, bir yerə toplanmaq, birlikdə cəm olmaq, güc işlətmək  mə`na daşıyıcısı idi. Yəni ki, çox sonrakı tarixi mərhələlərdə yaz vaxtı deyirdilər ki, “gəm vaxtıdır, torpağı gəmləmək vaxtıdır, gəm sürmək vaxtıdır”.
   Yəni, gəm – in bir mə`nası, güclə, güc sərf edib, dalğalara qarşı güc sərf edib, “birlikdə xilas olduq” –  yaddaş daşıyıcısıdır. Ona görə o insanlar xilas olduqları sahəyə, əraziyə güclə – gəmlə, sudan birliyə yığışdıqlarını, yaddaşlaşdırıblar.
   Yaz vaxtı, əkin, şum vaxtı bir ifadə işlədərdilər ki, “Gəm etmək, torpağı şum etmək, Buğa ilə olar”. Buna isə çox böyük səbəb var idi. Səbəb ondan ibarət idi ki, o dövr insanlar göy qübbəsində hərəkətdə olan (yeri dəyişən) Bürclər onlara mə`lum idi və adları da, mövcud idi.
   Amma dünya tufanından sonra, o bürclərin ad mə`naları da, dəyişilməyə başladı. Olan bürclər  ərəfə vaxtına uyğun , hadisələrə uyğun olaraq adlandırılıb,  ardıcıllaşdırıb, ilk yer üzü təqvimləri mə`nası daşıyıcılarına keçdi.
   Yəni yaz vaxtı günəşin “Qoç”- bürcündən, “Buğa” – bürcünə keçən ərəfədə (indiki təqvimlə, fevral ayının 18-dən, mart ayının 18 – zi ərəfəsi, bu tufan ərəfəsi və tufanın dayanması ərəfəsi kimi xarakterizə olunurdu. Həyatın yenidən başlaması, təzələnməsi, yenilənməsi yaddaşı idi) torpağın gücə, vəcdə gəlməsi, torpaq altında olan bütün bitkilərin görünməsi, güclə, güc sərf etməklə boy artması ərəfəsi hesab edilirdi. Səbəblərdən biri də, o idi ki, Buğa bürcü görünən ərəfədə, tufandan xilas ərəfəsi, suyun çəkilməyə başlayıb, yer üzündə həyatın bir də, başlaması  mə`nası anlamı idi.
   Bu ərəfədən səmada günəşli günlərin başlaması, hava, torpağın istinməsi, yeni həyat bəxş edirdi.
   Günəşli günlərlə, ağ buludlar topalaşıb, hərəkətə gəldi, dünyasını dəyişənlər yad olundu, dirilər biri – birinə daha da, mehriban oldu.  O insanlar arasına mehribançılıq bir də döndü,  bir də qayıtdı.
   Tufandan sonra, sudan xilas olunmayanlara məzarlar qazıldı.  İlk məzarlara və məzarlıqlara yerlər ayrıldı. O məzarlıqlar mə`na, yaddaş daşıyıcıları hesab olundu.
   Tufan vaxtı ətrafda olan dağlar, qayalar nicat və xilas daşları hesab olduğundan, ilk məzar daşlarına, “onlar ucalıqlara yüksəldi” – anlamı ilə, hündür ensiz daşlar seçildi. O daşlar üzərinə qovv, qavv, çaxmaq daşları vasitəsi ilə, tufan vaxtı, tufan ərəfəsi, günləri həkk olundu (epitafiya – məzar üstü yazı qeydləri). Dəfnlər ilkdən olduğu kimi, məzarlar qazmaqla icra olundu.
   İlkdən olduğu kimi bir yaddaş daşıyıcısının davamı kimi o yaddaşı saxladılar ki, insan, canlı bu yer aləminə “örtülü” – aləmdən gəldiyindən, örtməklə, örtülməklə bu yer aləmindən, dünyadan köçürlər yaddaşı idi. Fərq etmirdi insan hansı mövqe tutmuş olsa da belə, o insana çox əziz və diqqətlə yanaşmanın nəticəsi hesab olunurdu.
   Bu dünyadan köçən heç bir canlının açıq sahədə qalması qəbul edilə bilməyən bir hal idi. İnsan – insanı, canlını əziz bilməsi, insan məxsusiyyəti yox, insan mənsubiyyəti idi. (Məxsusdur ayrı, Mənsubdur ayrı)
   Məzar üzərində  işarəli olan o daşların (çox-çox sonralar “baş daşı”- kimi adlandırıldı),  ilk məzarların səmti, Günəşin sübh vaxtı, Uş ərəfəsində çıxma istiqamətinə doğru olaraq qazıldı. “Sən İşığa, qovuşdun, hamımız o işığa qovuşacağıq” – deyərək, dəfn edilirdilər.
    Həmin məzarlıqlar və məzar daşları eyni vaxtda aqibət sonluğu yox, insanın yüksək varlıq olduğu, yüksəklərə qovuşar mə`nası daşıyırdı.
    Məzar daxili və dibi, daşla kip örtülürdü. Ona səbəb yox, mə`na var idi, insanlar daşlarda, qayalarda sudan xilas oldular anlamı daşıyıcısına çevrildi.
   Bir səbəb də o idi ki,  bir çoxları tufan vaxtı zədələrdən, aldıqları yaralardan və özlərində ola biləcək, bə`zi xəstəlikləri (onların müxtəlif tipləri) məzardan, torpaq yaddaşına süzülməsin, keçməsin.
   Dəfndən sonrakı müddətdə, yağacaq yağışlar, torpaq səthindən süzülərkən, süzülüb keçərkən o vicudlarda (gedən bioloji proseslərin nəticələrindən) o sular, özündə (“o halları”) yaddaşlaşdırıb,  yer altı sulara qovuşdurmasın.
   Yer altı sular, yer altı çaylar çox mürəkkəb şəbəkədir. O yer altı çaylar, dərin qatlarda, çox sür`ətlə yer kürəsinin ekvatoruna tərəf (şəbəkəli) çatıb, cəm olub oradan iki qütb arasına paylanır, süxurları, qatları yeniləşdirir. Bir də iki qütb arasından, ekvatora tərəf səmtlənib, dayanmadan güclü su axınıdır.
    O “yaddaş” – daşıyıcısı bulaq, keşmə, kəhrizlər, çaylar  vasitəsi ilə, (bir də “o hallar”)  yer səthinə qaldırılmasın. Torpaq, bitkilər, su, o “halların daşıyıcısına” – çevrilməsin. Canlılar da, qida ilə, su ilə o halların “daşıyıcısına” – çevrilməsin. O şərtlər qanun deyildi, ola biləcək nəticələr kimi, nəzərdə tutulurdu.
   Tufandan sonra xilas olmuş insanlar arasında Həzrəti Nuh səmalara baxıb-baxıb, “İnsanlar bu ərazidə xilas oldular. Baxın ki, Günəşin, küləyin, buludların, yağışların, suların, doluların, ərazisi olmaz. Onlar yer üzündə hərəkətdə olar, bütün canlılarla bərabərliyi bölər, bölüşdürər. Çünki onlar yer üzünün hər tərəfindən gələr, yer üzünün hər tərəfinə yayılar, onların ərazisi olmaz, onlar bütün ərazilərə çatar, onların qarşısını kəsən də, olmaz”- deyə xitab etdi.
    O insanlar arasına, ətrafa, səmaya köklü olaraq bir mehribançılıq, bir təşəkkürlülük inamı yarada bildi. Insanlar çox sonralar göy qübbəsinə Kəhkəşan, bürclərə isə, Kəşanə deyərək seyr edirdilər.
   Tufandan sonrakı ilk məzarlar,  ancaq məzarlıqlar kimi xarakterizə olunmadı. O məzarlar mə`na daşıyıcılarına, yaddaş daşıyıcılarına çevrildilər. Məzarlar üzərində yerləşdirilən hündür, ensiz daşlar bir mə`na daşıyırdı ki, gələcək insanlara, törəyəcək övladlara bir yaddaş daşıyıcısı olsun ki, tufan vaxtı insanlar qayalarda, daşlarda cəm oldular.
   Tufana güc gərdilər, sinə gərdilər, daşlarda xilas oldular ki, insan törəməsi də, davam etdi (tufan ərəfəsində, sudan xilas olmağa, başqa bir xilas vasitəsi olmuş olsa idi, çox güman ki, o xilas vasitəsini tarixləşdirib, yaddaşlaşdıra bilərdilər və bu tarixi yaddaşlaşdırmağa labüd olardı).
   Amma, dünya tufanından əvvəl, yer uzundə yaşayan bəşəriyyət, evlənirdi də, bu dünyadan köçürdü də. Tufan ərəfəsinə qədər bu dünyadan köçən insanlara “O, ilkinə qovuşdu” – düşüncəsi ilə, yanaşırdılar və məzarlar üzərində nəsil, törəmə rəmzləri ilə, müxtəlif işarələrlə  işarələnirdi.
   O törəmənin xüsusiyyəti, davranışı, insanlar arasında tutduğu mövqe tanıtma “tamğa” işarələri ilə, simvolizə olunurdu. O tamğa işarələri ilə yanaşı, müxtəlif təbii rəngləri üzlərinə çəkməklə işarə, bildiriş daşıyırdı.
   Dulusçuluq (saxsı, gil qablar, əşyalar) üzərinə işarələr (tamğa) və bu kimi başqa mə`mulatlarda, o mə`mulatın kimə, kim tərəfindən hazırlanması ilə yanaşı, hansı nəslə, törəməyə aid olduğu bilinsin. O işarələr, simvollar, ornamentlər nəsil (qlan-klan) bildirişi idi.
   O işarələr, tamğalar o dövr insanların və nəsillərin biri – biri arasında tanıtma işarələri olmaqla, onların xasiyyət, davranış, tutduğu mövqeyini bildirirdi. Sonralar o işarələr, simvollar, tamğalar bayraq şəklinə, atribut şəklinə qədər gəlib çıxdı.    Tufandan sonra xilas olmuş insanlar daşlara, qayalara öz nəsil, törəmə işarələrini tamğalarını da işarə etdilər. Onlarla yanaşı daşlar, qayalar üzərinə ən mühüm işarələr arasında buynuzlu Qoç, Buğa şəkilləri həkk etmək isə o tufan ərəfəsinin Qoç bürcündən, Buğa bürcünə keçən ərəfədə baş verdiyi işarələnirdi.
   O qeydlər, o işarələrlə yanaşı, daş kitabələrdə o dövr işlədilən həriflər də, həkk olunurdu. Bu gələcəkdə böyüyəcək, uşaqların, törəmələrin öz “daş yaddaşı” – daşlaşacaq yaddaşında, bu davamlı əlifbası olacaqdı. Bu ərazi, tufandan sonra, insanlığın beşiyi, nənnisi adlandırıldı.
   O dövrdən sonrakı tarixi mərhələlərdə bir çox ərazilərdə daş üzərində qazılmış buynuzlu qoç, buğa şəkilləri ona işarə idi ki, yer həyatı “bu ərəfədə”, dünya tufanından sonra ikinci dəfə başlayıb. Bu işarələr bütün bəşəriyyətə yaddaş tövsiyyəsi idi.  
    O insanlar, bir çox halları, yaddaşlaşdırırdılar. Ən böyük yaddaş, su yaddaşı, hesab olunurdu. Çünki, Suyun – yaddaş daşıyıcısı olması o insanlara bir daha, yad olundu ki, “suya mehriban olaq, sudan – su ilə xilas olduq, istəklərimiz, düşüncələrimiz xilas etdi bizi, suya deyilən hər söz, hər düşüncə, sular arasında dolaşar, əzabını, dərdini, xəstəliyini demə suya, o özündə daşıyar, o özünə (sənə), qaytarar. Mehribançılığı, istəklərini, həsrət çəkdiyini, sevincini de suya, tapa bilmədiklərini de suya, sular – sularla dolaşar, kömək gətirər sənə. Suyu əziz saxla, əziz bil, su candır, canındır – canını əziz saxla”.  
   Qəribədir, yer üzünün yaddaş daşıyıcısı sudur, insanın yaddaş daşıyıcısı isə, qandır. O da maye, bu da maye. O da axır – axmadadır, qan da axır – axmadadır. Yaddaş hallarını daşımaqdadır. Ürəyi də, hərəkətə gətirən, elə qandır. (Ürək daxili üzv kimi, qanı hərəkətə gətirmir, qan güclə hərəkətdə olub, ürəyin mədəciklərini hərəkətə gətirir).
   Bu ərəfədə Həzrəti Nuhdan o insanlara bir xitab da var idi, o təşəkkürlülük xitabı idi. Həzrəti Nuh o insanlara deyərdi ki, “Təşəkkürlü olaq – Günəşə, suya, torpağa. İnsan törəməsinə kömək edər,  yaşadar onlar.
   Başın üstündə İşıq, sudan xilasın – torpaqda oldu, torpaq əziz oldu, xilaskarın oldu. Zor, zorakılıq qarşısında dayanmalı olsaq, bir ovcunda daş, dayandığın torpaq, başın üstündə İşıq.
   Düz ol, düzgün ol, xilasın ondadır. Hər hansı bir işə başlamamışdan əvvəl düşün, o edəcəyin iş, nə ilə nəticələnər, sonu nə ilə olar”.
   Səfərə, uzağa gedən oğullarına, onların yanında gedənlərə tövsiyyəsi var idi, “bir çimdik duz, bir çimdik torpaq, ovcunda bir qisim su, yoğur onları birlikdə, yumurula onları birlikdə, yoluna yoldaş et onları birlikdə, nicat olar, o yollar sənlə birlikdə.
   Çətinliyə, sayğısızlığa düşsən dayan, sağ ayağını yerə, torpağa vur, vur yerə. “O” – Bilər, torpaq bilər, deyərsən onda. Göyləri, səmaları çağır əmin ol, eşidilər onda”.
    Bu şərhlərin sonunda deyilirdi ki, “Əmin ol ki, yanlış olmaz. Tanrıya xitablar yanlış olmaz, əmin ol ki, Tanrı yanlışları Qəbul etməz, Əmin ol ki, Tanrı yanlış deməz, sənin də xitablarında əmin ol ki, “O”– na yanlışlar olmaz”.
   Sonrakı tarixi mərhələlərdə, Əmin sözündə “ə”- düşüb, “A”- ilə əvəz olunub. Insanların dilində Amin olub.
   Tanrı – O Tanrını tanı, özünü tanı, Tanrını necə tanıyacaqsansa, özünü elə tanıyacaqsan. Əmin ki, Əmin.

     Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir