Sədaqət xanım Musayevadan Novruz təbriki

Sədaqət Musayeva artiq uzun illərdir Azərbaycan Dillər Universitetinidə baş müəllim vəzifəsində calişir.
O, gənclərin  yüksək səviyyəli təhsiliylə yanaşı vətənpərvəlik, mənəvi-əxlaqi tərbiyə və hər sahədəki isdedadlarının formalaşmasına böyük qayği göstərilən ADU-nin ictimai həyatındakı könüllü fəaliyyəti ilə özünə xüsüsi  hörmət qazanmışdır.

 

 Onuntələbə gənclərə sağlamailənincəmiyyətinformalaşmasındakı rolunuvə sağlamhəyattərzinitəbliğ edən “Sağlamfərdlər –Sağlamailənintəməlidir’’və “Sağlamhəyattərzisağlamgələcəyə zəmanətdir”lahiyələriadı altındatəşkiletdiyi silsilə tədbirlərdiqqətəlayiqdir.

 SədaqətMusayevanınvətənpərvərlikvə sağlamhəyattərzinitəbliğ edənbirnecə əsəricalışdığı universitetdə həvəskargəncləribirarayatoplayantruppatərəfindən səhnələşdirilərəktamaşayaqoyulmuş və böyükrəğbətqazanmışdır.

SədaqətMusayevaLaçınrayonununişğalınahəsrolunmuş “Ölümsüzinsanlar”adlı və sağlamhəyattərzinitəbliğ edənbirneçə əsərin, müxtəlifmövzulardayazdığı 100-dən çox şeirinmüəllifidir.

Seirlərinin bir qismi özunun ssenarisi ilə video montaj edilmişdir

Onun yeni şeirini Sizə təqdim edirik.

 

 

Novruz!

Biz uşaqkən Novruz tamam başqaydı…
hər kəsin evinin sevinc boxçası,
müqəddəs gün idi bizimçün Novruz!
Öncədən başlardı hazırlığımız-
bütün evlər tökülərdi,
qapı,baca silinərdi,
yumurtalar boyanardı,
qovurğalar qovrulardı,
qoşalaşıb qohum-qonşu,
şirinliklər bişirərdi,
məharətlə xonçalara düzülərdi,
ortasında şamlarıyla
bəzəyərdi süfrələri,
yanında da səmənisi.
Adətlərdən biri isə
son çərşənbə gecəsində,
gizlənərək qapısının arxasında,
nəfəsini tuta-tuta, min təlaşla
qonşuları dinləməkdi.
eşitdiyin kəlmələrsə olacaqdı
sənin gözəl bəxt falının açarları
bəxtimizi yozardıq dəfələrlə,
duyduğumuz o sözlərlə.
Novruzların digər gözəl adətidə,
şənlənməyə toplaşmaqdı bizim kənddə.
bayram günü lap ertədən,
böyuk kiçik biz qız əhli,
geyib təzə donumuzu,
yığılardıq bizə qonşu,
məharətli,su tək duru,
gözəl-göyçək, üç bacının evlərinə.
böyük bacı qaval çalar,ortancılı oxuyardı,
biz isə öz növbəmizdə əl çalardıq,
bütün qızlar sıra ilə oynayardı,
bununla da bitməyirdi şənliyimiz,
dəstələrə bölünərək qızlarımız,
dolaşmadan dillərimiz
yanıltmaca söyləməkçün,
tapmacalar açmaq üçün yarışardıq,
nənəmizdən babamızdan duyduğumuz,
yadda qalan bayatılar söyləyərdik,
deyər-gülər doyasıya əylənərdik.
demədiyim daha çox şey qalıb hələ
uşaqlarla toplaşaraq həyətlərə,
yumurta da döyüşərdik məharətlə
cibimizi dolduraraq qoz, fındıqla
üz tutardıq tonqallara!
ziyarətlər başlanardı qohumlara,
unutmazdıq heç bir kəsi,
aparardıq pay-parçasın
imkansızın, kimsəsizin.
mənim üçün adətlərin ən gözəli,
bayram günü qohumların
ziyarətə gəlməsiydi
qarşılayıb anamla mən gələnləri,
çay gətirər, ayrılmazdım yanlarından,
dinləyərdim söhbətlərin sevə-sevə.
gələnlərə hazırlardıq bayram payı
yazmaq ilə qurtarmaz ki,
eynən gözəl nağıl kimi…
o həvəsdən qalmayıb ki, indi əsər
görən Novruz dəyişilib,
deməyə də çəkinirəm,
yoxsamı yaş o yaş deyil?   
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir