Şəhərin mərkəzi, Zaviyə məhləsi…
Yer kürəsi, sahələrə, ərazilərə, məsafələrə, bölgələrə ayrılıb!
Şəhər daxilindəki sahə bölgüləri, heç də, Dövlətlər arası, sədlər, sərhədlər, demək deyil!
Bu ərazi bölgülərinə, xalq arasında, məhlə, kvartal, adı verilibdir!
Bunlar, ərazilərin, ərazilər arasındakı – məsafə, qonşuluğun, sahə göstəriciləridir!
“Məhlə”, şəhər, kənd, qəsəbə daxilində, yerləşən sahənin bir hissəsinə aid olur!
Azərbaycan ərazisində, yerləşən bir çox yaşayış məntəqələrində, həyətyanı sahələrə də, “məhlə”, deyilir.
Bu adlıq, yenə də, bir pay ərazi sahəsi olmaqla, tutulan sahənin, ərazinin, məsafəliliyini bildirir!
Amma, yenə də, “Məhlə”, deyilir!
Böyük şəhərlər daxilində yerləşən Məhlələrin hər birinin özünə xas, davranışı, ətrafla münasibət qurmağı, özünə aid, qayda-qanunu, olur!
Bu, məhlə adlığı heç də, tək şəhər daxilində, əraziləri bildirmək üçün sektor sahələri demək deyil, bu Məhlə adlığı, kəndlərdə də, qəsəbələrdə də, belə adlanır “Məhlə”.
Hər məhlənin də, özünə xas, öz xasiyyətləri olur!
Hər məhlənin də, öz “qoçusu”, öz sənətkarı, öz tədbirkeşi, öz məsləhət vericisi, öz məhlə davranışı, öz məhlə xüsusiyyəti olur!
Naxşıvan şəhər daxili də, çox-çox Qədim dövrdən, Məhlələri ilə tanınıb, seçilib!
Şəhər mərkəzi, Zaviyə məhləsi adlanıb!
Şəhər daxilində, Zaviyə məhləsini, əhatə edib, Sarvanlar məhləsi, Şahab məhləsi, Əlixan məhləsi, Xan diki kimi məhlələr!
Zaviyə məhləsi, ortada dayanıb!
Həmin məhlə ona görə mərkəz kimi tanınıb ki, Zaviyə məhləsi ərazisində, İsmayıl xanın hamamı, ona yaxın ərazidə, “Köhnə hamam”, Poçt-Teleqraf mərkəzi, şəhər Televiziya komitəsi, M.S. Ordubadi adına kitabxana, Naxçıvan şəhər Bangı, Pionerlər evi (Dom Pioner), Gənc Texniklər Stansiyası, (o dövrün uşaqları, “Avio Model”, adı verdikləri dərnəklər), Şəhər Musiqi məktəbi, Tibb texnikomu, B. Kəngərli adına muzey, Ali Məclis, Nazirlər Kabineti, C. Məmmədquluzadə adına Teatr, Kirov adına, Kino teatr, H. Cavid adına kino teatr və s. və i.
Zaviyə məhləsi, Zaviyə ərazisi, İşıq ərazisi adı daşımaqla, həddindən artıq Qədim bir ərazi kimi tanınıb, tarixləşib, Yer üzündə bir çox, ərazilərdə “Zaviyə”, adı xatir-hörmətə layiq bilinib!
“Zaviyə”, nə kimi mə’na daşıyıb?
“Zaviyə” – bir Hücrə, Xanəgah, Zahidin yer aləmindən ayrılıb təkləşdiyi, İşığa qovuşduğu yer! İşığa inanc, İşığa tapınan bir sahə, İşıqlı Sahə kimi, mə’na daşıyıb!
“Zaviyə” – Zahidlik idi, Yer Aləmindən ayrılıb, İşıqla, Təkliyi idi!
O, Zavilərdən – Naxçıvanda sirli, örtülü ad, Zadələr törədi!
Zaviyədən – Zavi, Zahid, onlardan Yer üzünə, Naxçıvandan, bir qol, Sufilər törədi!
“Sufilərdən”, Yer üzünə, “Mə’na və Məntiq” məktəbinın, Tə’limi, törədi!
Liviyada Əl-Zaviyə şəhəri, İranda Zaviyə vilayəti, Türkiyədə Zaviyə ərazisi, İraqda, Suriyada, Əl-Zaviyə əraziləri, sahələri, bir İşıq Xanəgahı kimi, tanınıb, yaddaşlarda qalıb!
Həmin, Zaviyə Mə’bədi İşıq Mə’bədi kimi, Günəş Mə’bədi kimi, tanınıb!
Mayya mədəniyyəti, həmin Günəş Mə’bədi, İşıq – Zaviyə Mə’bədini, Doqquz Qatdan, inşa ediblər və bu dövrə qədər də, sirli, müəmmalı, maraq doğuran bir mədəniyyət kimi qəbul edilir!
Azərbaycana, xüsusi ilə, Naxçıvana Monqol xanlığı, Makedoniyalı İskəndər, Teymurun hərbi yürüşləri dövründə, Azərbaycanda, Naxçıvanda, bir çox kitabxanalar, tarixi mə’bədlər dağıdılıb, yerlə bir edilib!
Bu hərbi yürüşlər, onların sonuncu hərbi yürüşləri olub! (Təhrif olunmamış tarixlərə bax).
Azərbaycana, Naxçıvana sahib ola bilməyiblər, bir müddət, ərazidə qalsalar da, qoşun daxilində qarışıqlıqlar, biri-birinə tabe olmamaqla, Azərbaycan ərazisindən çıxıblar və bundan sonra o, sərkərdələrin, qoşunla öz süqutları başlayıb və ondan sonra ancaq məğlubiyyətlərlə üzləşiblər!
İşıq ərazisinin Öz Sahibi Var! O, Sahibə isə, Sahib olmaq olmaz!
Naxçıvan şəhər daxilində yerləşən, Zaviyə İşıq Mə’bədi, Sovet İttifaqı dövründə, “Pionerlər Evi” kimi, istifadə olunub!
O, dövür şəhər daxilində böyüyən elə bir uşaq yox idi ki, o, “Dom Pionerdən” (Дом Пионеров), eşitməmiş olsun! Bir çoxları orada olan müxtəlif dərnəklərdə olublar!
Qəribə bir hal ondadır ki, həmin Zaviyə mə’bədinə ilk dəfə daxil olanda, orada qəribə bir İy, çox-çox Qədim bir iyi, çox rahat, bənzəri olmayan, müqayisəsi olmayan həlim bir iyi vururdu! Qəribədir ki, o iyi heç vaxt da, yaddan çıxmayan bir iyi olur!
Dağ yüksəkliklərində, Günəşin İstisi olmur, amma ki, Günəşin “yandıra” biləcəyi Şüası olur! Zaviyə mə’bədi daxilində, o, divarlardan, dəhlizdən, döşəmədən həmin Günəş Şüasının, Ultra həlim iyisi olur!
Bir çox mə’bədlərdə, çox qəribə, heç bir iyi ilə müqayisə olunmayan, xüsusi iylər olur!
Zaviyə, İşıq Mə’bədində həmin həlim, doğma, rahat iy var!
Həmin iydən, Bakının mərkəzində, Günəş Mə’bədi, Qız Qalasında da, var!
Qəribə bir iyidir! Günəşin, İşıq iyisi!
Naxçıvandakı Zaviyə mə’bədinin Arxitektura quruluşu, Bakıdakı Günəş Mə’bədi, Qız Qalası quruluşunun, kiçildilmiş elementindən, istifadə olunub.
Zaviyə mə’bədi də, böyük bir Dairəvilikdə, ona qoşulu, çıxıntı elementi, Qız Qalası elementinə çox uyğundur!
Vahid Rzaev.