Səsi, Sözü, Düşüncəni çox da, Sadə bilməyək…
Səslə, Sözün, bir də Düşüncənin qarşısında, heç bir Maniyə dura, bilməz!
Heç bir Maniyə, onların Qarşıdında dayanıb, onları Susdura, Söndürə bilməz!
Səslə, Sözün Mahiyyəti arasında, Düşüncə, Dayanar!
“Səs” – İşıq qədərində olub, canlılığı bildirəndir!
“Söz” – Canlıların biri-birinə, bağlılığını, Bildirəndir!
“Düşüncə” – Sözə, Çevriləndir!
“Düşüncə” – “Səslə”, “Söz” arasına, Bərabər olub, bərabər Bölüb, arada, Dayanandır!
“Səs” – İşıq kimi, Maniyəsiz, Yayılandır!
“Heca” – İşığın Yayılan, Pay, hissələridir
“Söz” – o, İşığı, bərabər Hissələrə, Bölməsidir!
“Cumlə” – bir Su kimi, axar Çay kimi, biri-birindən Ayrılmayan, Axıb gedən, Mə’nasına, çatandır!
Onlar, Kainatın, ilk Yaranış Halında, Təzahür, Etdilər!
O, Böyük Partlayışdan, Səs səsləndi – Kainata, Səs, Yaddaş Oldu!
İşıqdan olan Partlayış, Bütün Varlıqların Yaranmasına başlanğıc, O, İşıqdan, hər Zərrə Payı – Yaranışa, Yaddaş Oldu!
O, Böyük Partlayışın İstisini Soyutma Həddi Arasında – Nəm Yarandı, Su Dayandı!
İşıq yayılar, Su, Axar!
Söz də belədir, İşıq kimi yayılar, Su kumi Axar, hər Yerə, Çatar!
Səs, Söz, Düşüncə, bir də Cümlə Qarşısında, Maniyə, olmaz!
Onlar, Kainatın Təməl Yaddaşı Olduğundan, Canlılar, Varlıqlar Arasından, Kainatdan, Uzaq olmaz!
“Ölənə”, niyə dedik ki, ” Ölüdür?
Çünki, ona Ayrılan, İşlğından, İşıq Payı, Dayandı!
Onun, Səsindən isə, Səsi, Dayandı!
Söz demədi, Cavab, Vermədi!
Dedik ki, O Kainata Yüksəldi, İlkinə Qovuşdu, İşığına, Qovuşdu!
Vahid Rzaev.