Saz havası
Saz havası
Dünyanın düz vaxtıydı. Hamının özünə görə pis-yaxşı işi-gücü vardı. Ədəb-ərkan, ətrafdakılara, qohum-qonşuya hörmət hissi, davranış tərzı yazılmamış əxlaq qanunu gücündəydı. Hər işdə, hər olayda, hər münasıbətdə əndazə gözlənilirdi. İstər qadın, istər kişi olsun, hər kəsin heç kəsi sıxmayan olar-olmazlıq çərcivəsi mövcud idi.
Bu sətirləri yaza-yaza fikirləşirəm ki, birmənalı yaxşı sayılan nə var idısə hamısını hec
özümüzdə bilmədən itirə-itirə, arxada qoya-qoya gəlıb bu günkü günə yetişmişik. Elə bu səbəbdən, day “samballı” deyilən adamlar da qalmayıb. O vaxt ədəb-ərkan bilməyən adama “yüngül”, bəzən də “düşük” deyərdilər. Bu söz kimə ünvanlansaydı, daha onun xasiyyətnaməsini oxumağa ehtiyac qalmazdı. Bu mənada, indi bütövlükdə cəmiyyətimiz yüngülləşib, düşükləşib.
Lənət şeytana. Yenə dağdan danışacağım yerdə, bağdan söhbət açmağa başladım. Özümə təsəllı üçün belə hesab eləyirəm ki, bu da mənim yazı maneram, fikri catdırmaq priyomumdu. …..Nə isə. Yaxşısı budu axır ki, sözümün mustafasına keçim.
….İllər öncə bir neçə nəfər dost-tanış bizə yığışmışdıq. Elə bir konkret səbəb yox idi toplaşmağımıza. Sadəcə ədəbi mühitdə, ictimaiyyətdə, öz şəxsi həyatımızda baş verənlərdən söhbət edirdik. Arada son vaxtlar gündəmdə olan bir məsələdən – aşıqlarımızın geyimindən söz düşdü. Aşıqlarımız necə geyinməlidilər? Məclisə necə cıxmalıdılar -cuxa deyilən qədim libasda, yoxsa gözümüz öyrəşdiyi indiki vid-fasonda, yəni sovet dövrünün hərbiçiləri kimi qalife şalvarda, ortası dəri qayışla büzülmüş üst köynək və buxara papaqda?
Hərə bir söz dedi. Kimsə qalifenin əslində ata minəndə çətinlik törətdiyinə görə şalvarını dizdən aşağı dar tikdirib uzunboğaz cəkmələrin içində gizlədən gömbul Fransa prezidentinin adı ilə bağlı olduğunu xatırlatdı. Kimsə milli çuxaya keçilməsində israr etdi. Mən də fikrimi bildirdim:
– Vallah, xoşunuza gəlməsə də deyəcəm. Mən aşıqların elə indiki görkəmində qalmasına tərəfdaram, – dedim. – Bu qiyafədə onlar şəxsən mənə daha doğmadılar. Nədən ki, hələ uşaq vaxtı toylarda stolun altında atamın uzunboğaz cəkmələrinin üstündə oturub onlara qulaq asmağım yaddaşıma yazılıb. O vaxtdan gözüm bu geyimə öyrəşıb. Həm də, köhnəliyə üstünlük vermək məntiqi ilə, gərək indi qadınlar gen ətəkli uzun tuman geyinsinlər, kişilər saqqal buraxsınlar.
Söz-söz dalınca, mütləq bu sahənin adamlarının, yəni aşıqların özlərinin fikirlərini soruşub-öyrənmək zərurəti yarandı. Düzdü bir az gec idi, ama yatı vaxtı da deyildi. Qərarlaşdıq və dostumuza – ünlü bir sənətkar xanıma zəng elədik ki, bəs imkanın varsa, dur gəl, sənə ehtiyacımız var, yaxşı adamların əhatəsinə düşəcəyinə zəmanət veririk. Sağ olsun, sözümüzü yerə salmadı, yaxınlıqdayam, bu saat gəlırəm, üstəlik bir sənət dostumu özümnən gətirəcəm, dedi.
Onların gəlışı ilə mövzuyla bağlı bayaqdan bir az səngimiş polemika yenidən qızışdı. İki-üç dostuyla evə çay icməyə gələn kiçik oğlum da söhbətə qoşuldu. Onun biri yerli rus, o biri yəhudi olan rusdilli dostlarının bu barədə nə düşündükləri də maraq doğurdu.
Xeyli söhbətdən sonra təbiiki, meydan sənətkarlara verildı. Verildi, nə verildı… Xatirələrimızə unudulmaz bir gecə yazıldı. Hamılıqla gur səs şəlaləsinin gözəlliyindən, el dilindən bəhrələnən sözlərin ürəyə yatımlığından, saz havasının şirinliyindən yoğrulmuş canlı möcüzəyə tamaşa edir, diqqət kəsilir, həzz alırdıq. Birdən…
Birdən yadıma düşüdü ki, ay dadi-bidad, axı artıq gecdi! Mən necə unutmuşam qonşularımı! Bura yaxınlarda köçdüyümüzdən, hələ münasibətlərimizi düz-əməlli formalaşdırmağa macal tapmamışam axı. Hərəsi bir mıllətdəndi, aşıq musiqisini xoşlamayanı, ya da sadəcə yatanı, başı ağrıyanı, xəstə olanı ola bilər… Vay, vay! Bilirəm ki, hündür tavanlı şüşəbəndin pəncərələrini tezcə bağlasam da köməyi olmayacaq. Çünki, rus əlifbasının «П» hərfini xatırladan “italyanka” tipli geniş həyətimiz ikimərtəbəlı mənzillərlə əhatələnib. Hamının da qapı-pəncərəsi həyətə açılır. Yaxşısı budu mən qonaqları içəri otağa keçirim.
Bir bəhanə tapıb, hamının otağa keçməsinə nail olandan sonra axır ki, rahatlaşıram. Qonaqlarım isə tələsmirlər. Hətta oğlum və onun caz həvəskarı “müasir” dostları da. Bu ekspromt konsert qurtaranda artıq gecə yarıdan keçmişdı.
… Səhər işə gedəndə qapını ehtiyatla açıb, pilləkənləri də asta-asta düşməyə calışdım ki, heç kəslə üzləşməyim. Çox güman ki, kimsə mütləq “gecə konsertinə” görə narazılığını bildirmək istəyəcək…
Elə düşündüyüm kimi də oldu. Biri yox, elə bil hamısı məni gözləyirmiş. Qonşularımın açıq qapı-pəncərələrdən gələn səsləri də eyni nota köklənib. Səssizcə dayanıb dinləmək zorundayam. Nə deyəsiyəm ki? Günahkaram də…
– Sevda xanım! Heç sizdən gözləməzdik! Qapı-pəncərəni niyə örtdünüz? Oturub gül kimi qulaq asırdıq də… Bilin ki, əməllicə incimışik sizdən.
Sevda Mikayılqızı
“Azərbaycan Aşıqlar Birliyi” http://aab.az/ http://www.aab.az/sakillar.php