Sistemoloq-alim Bahadur Tahirbəyov
Tərcümeyi-hal
Tahirbəyov Bahadur Bayram oğlu 2 iyul 1956-ci il Sumqayıt şəhərində (Azərbaycan) anadan olub.
Elmi maraqların dairəsi – sistemologiya və bu elmin təbiət elmlərinə, iqtisadiyyata, mədəniyyətşünaslığa, diyarşünaslığa, etnoqrafiyaya, sosiologiyaya, demoqrafiyaya, texnoqrafiyaya və s. tətbiqi. Sistemologiya-qaydalar haqqında elmdir.
Təhsil:
8 №-li xüsusi musiqi məktəbi – fortepiano sinfi (Bakı, 1961-1967).
Müasir beşnövçülük üzrə OİK-in idman bölməsi (Bakı, 1967-1970).
134 №-li riyaziyyat istiqamətli ümumtəhsil orta məktəbi (Bakı, 1973-cü ildə bitirib).
Səhiyyə işçilərinin ME-nin bal rəqsləri studiiyası (Bakı, 1970-1974).
Ən yüksək dərəcəli ekskavatorçuları hazırlayan tədris kursu (Daşkəsən dağ-mədən filiz zənginləşdirmə kombinatı, 1976).
Azərbaycan Dovlət Universitetinin biologiya fakultəsi: ixtisaslaşma – biokimya (bitirib 1978-ci ildə).
ADU-nun aspiranturası (bitirib 1983-cü ildə).
Təcrübəkeçmə – SSRİ EA-nın Zoologiya İnstitutunda (Leninqrad, 1981), SSRİ DİK-in Moskva Bədən Tərbiyə və İdman İnstitunda (Moskva, 1984).
Professional sürücülük məktəbi – “B” və “C” kateqoriyalar üzrə (Bakı, 1990).
Elmi və elmi-təşkili fəaliyyət:
Elmi maraqların dairəsi – sistemologiya və bu elmin təbiət elmlərinə, iqtisadiyyata, mədəniyyətşünaslığa, diyarşünaslığa, etnoqrafiyaya, sosiologiyaya, demoqrafiyaya, texnoqrafiyaya və s. tətbiqi. Sistemologiya-qaydalar haqqında elmdir. 100-dən artıq elmi əsərlərin müəllifi, o cümlədən 13 monoqrafiya və köməkçi dərsliklərin müəlifi (1979-2012), 3 elmi monoqrafiya və elmi məruzələr tezislərinin toplularının redaktoru (2001-2004). Sistemlərin mürəkəbliyinin ölçülməsi, sistem fəlakətlərinin proqnozlaşdırılması, elmi proqnozların yəqinliyinin qabaqlama qiymətləndirilməsi, maliyyə risklərinin ekspert qiymətləndirməsinin dəqiqliyinin hesablanması elmi metodlarının yaradıcısı. İdman reytinq-əmsallarının tətbiqi işlənilməsinin kompüter proqramlarının təkmilləşdiricisi.
Azərbaycan Ali təhsil müəssisələrinin, aspirantlarının IX respublika elmi konfransının təşkilat komitəsinin sədr müavini (Bakı, 1981), Beynəlxlaq Abidələr gününə həsr olunmuş elmi tətbiqi konfransının təşkilat komitəsinin sədri (Qəbələ 2003), Klassiologiya üzrə Cənubi Qafqaz regional daimi müşavirəsinin rəhbəri (Bakı, 1984-1988), AR Sosial İnkişafın Tədqiqatlar Mərkəzinin dəvəti ilə Azərbaycan rayonlarının tibbi avadanlıqla təchizatı üzrə müstəqil ekspert (Şəki, İsmayıllı, Qax, Abşeron, Ağdaş, Quba: 2006), cazibəsizlik şəraitində analitik elektroforez avadanlığının hazırlanması üzrə, Azərbaycan EA-nın bioloji cihazdüzəltmə xüsusi konstruktor bürosunun ekspert nəzarəti qrupunun üzvü (Bakı, 1978), Ərazi-mədəni məkanlarının inkişafının proqnozlaşdırılması fondunun müstəqil eksperti (Moskva, 2006). 30-dan artıq elmi konfrans və müşavirələrin iştirakçısı (SSRİ, AR və xarici ölkələrdə).
Ümumdünya Sistemoloqlar Klubunun müxbir-üzvü (2002-ci ildən).
Elmin təbliği və müəllimlik fəaliyyəti:
Respublika mətbuatına və internet nəşrlərinə müsahibələrin verilməsi (1981-ci ildən).
Azərbaycan Dövlət Universitetində kulturologiya və milli idman növləri mühazirə kursu (1982-1983).
“Müasir Elmə Dəstək” fondunda sistemologiyanın iqtisadiyyyatda, riyaziyyatda və fizikada tətbiqi haqqında mühazirə kursu (2012).
“Baktrian” və “Bilegen” elmi-kütləvi jurnallarında, “AqRa” EİDİB-in övraqında məqalələrin dərci (2008-2013).
“Müstəqil” qəzetdə “OKAPİ” elmi-kütləvi rubrikasının aparıcısı (2005).
“Спорт” qəzetində dərc olunmuş idmanda elmi nailiyyətlərin tətbiqi haqqında məqalələr silsiləsinin müəllifi (1985-1986).
Dil bacarığı:
Türk dilləri (Azərbaycanda, Gürcüstanda, Türkiyədə, Moldovada, Krımda, Rusiya Federasiyasında, Qazaxstanda, ÇXR-da, Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda, Tacikistanda, Əfqanistanda, Hindistanda, Pakistanda, İranda və İrakda məskünlaşan türk xalqlarının dilləri).
Rus dili (sərbəst), alman və yapon dilləri (lüğət vasitəsilə).
Əlavə məlumatlar:
Coğrafiya, fizika, riyaziyyat üzrə respublika və rayon məktəbli olimpiadalarının iştirakçısı və qalibi (1971-1973).
Qalaqapı (qo) üzrə Azərbaycan SSR-in ikiqat çempionu (1988-1989). Hal-hazırda qalaqapı üzrə Azərbaycan çempionu (2008-ci ildən). Azərbaycanda və Azərbaycanın xaricində keçirilmiş bir sıra digər yarışların qalibi. 6-cı dan ustası, qrossmeyster (idman ustadı – 2013-cü ildən).
Azərbaycan və rus dillərində mərkəzi («Труд», «Гудок», «Советский спорт», «Красное знамя»), respublika (Azərbaycan, Özbəkistan, Litva), şəhər: (Bakı, Kazan, Simferopol, Leninqrad, Naxodka, Xabarovsk, Kıyev, Soçi, Mingəçevir, Şəki), rayon: (Cəlilabad, Qəbələ) mətbuatda, internet övraqlarında (“AПН”, “Daymokx”, “Фонд мониторинга и прогнозирования развития культурно-территориальных пространств”, “Akshaman”, “Bilegen”, “AqRa Elmin İnkişafına Dəstək İctimai Birliyi”) dərc olunmuş 2500-dən artıq məqalələrin, hekayələrin, fotoalbomların müəllifidir (1981-2013). 60-dan artıq kitabın redaktoru (1996-2011).
1985-ci ildən 2008-ci ilə qədər «Идман»-«Спорт», «Советский Спорт», «Salam», «Fədai», «Сечки гутусу», «Die Blätter», «Горец», “Müstəqil qəzet”, «Kirpi» mətbu nəşrlərdə müxbir, xüsusi müxbir, məsul katib, baş redaktor 2000-ci ildən “Asiman” qeyri-hökümət nəşriyyatının baş redaktorudur (Qəbələ), 2008-ci ildən “Baktrian” elmi-kütləvi jurnalının baş redaktoru (Bakı), 2012-ci ildən “Bilegen” elmi-kütləvi jurnalının baş redaktoru (İstambul),
Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1985-ci ildən). Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatının laureatı (1986). 1988-1989 illərdə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən respublikadakı rusdilli mətbuatın kuratoru.
Ayətullah, “Qurani-Kərim”-in 36-cı (Yasin) surəsinin 68 ayəsinin kompillə tərcüməsinin müəllifi. (2011)
1987-ci ildən dövlət xidmətində çalışmayıb.
Partiyalılığı yoxdur.
15 iyun, 2013-cü il.
Məlumatların doğruluğunu təsdiq edirəm:
Bahadur Tahirbəyov.
Bahadur Tahirbəyov: “Sistemologiya haqqında”