“Strateji Tədqiqatlar və İnkişaf Platformu”
(Bu layihə Azərbaycan Resbubilkasi GƏNCLƏR FONDNUN maliyyə dəsdəyi ilə həyata keçirilir).
Cəmiyyətdə siyasi sistemin sabitliyini təmin etmək, daxili və xarici dəyişikliklərə uyğunlaşmaq, eyni zamanda sosial qrupların tələblərinə cavab vermək üçün siyasi proseslərin inkişaf yolunu qabaqcadan elmi metodlarla təhlil edərək öngörəbilmək çox əhəmiyyətlidir. İctimai-siyasi proseslərin idarə olunması təcrübəsi də yüksək proqnozlaşdırma dərəcəsinin effektiv nəticələrə səbəb olmasını təsdiqləyir.
“Gənc Politoloqlar Mərkəzi”nin ana məqsədlərindən biri də gənc politoloqların ixtisaslarını artırmasına dəstək olmaqdır. Bu məqsədlə mərkəzin həyata keçirdiyi “Strateji Tədqiqatlar və İnkişaf Platformu”adlı layihə çərçivəsində, gənc politoloqların siyasi elmlərdə tədqiqat metodlarının praktik tətbiqini öyrənərək, Azərbaycanda və dünyada baş verən hadisələri analiz edib, düzgün proqnozları verəbilmə qabiliyyətinə yiyələndirməkdir.
“Strateji Tədqiqatlar və İnkişaf Platformu” layihəsinin həyata keçirilməsinin zərurəti Azərbaycan Respublikasının dinamik inkişafı şəraitində ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasına, proqnozların verilməsinə və cəmiyyətdaxili siyasi vəziyyətin təhlil olunmasına duyulan ehtiyacdan irəli gəlib.
Azərbaycanın gələcəyi – günümüzün ən önəmli sualıdır. Heç vaxt gələcək insanlara bu qədər mürəkkəb, qeyri-müəyyən görsənməyib. Bu səbəbdir ki, ölkənin gələcəyini təhlil edərək düzgün strateji planlar müəyyən etmək üçün mütəxəssislərin düzgün və praktik proqnostik metodlara yiyələnmələri əhəmiyyətlidir. Təəssüflər olsun ki, universitetlərimizin təhsil proqramlarında bu mövzuya kifayət qədər diqqət ayrılmadığından mütəxəssislər müasir proqnostik metodların tətbiqində çətinlik çəkirlər və ya bu metodları heç bilmirlər.
Bir ay müddətində həyata keçirilən layihənin ilk həftəsində müxtəlif ekspertlər tərəfindən seminar təşkil olunmuşdur. Digər həftələrdə isə Təhlükəsizlik və Enerji məsələləri üzrə tədqiqatların aparılmasında ekspertlər tərəfindən rəhbərlik göstərilmişdir. Sonda tədqiqat mövzularını məqalələr şəklində “Starteji Tədqiqatlar və İnkişaf Platformu” layihəsinin veb səhfəsində İngilis və Azərbaycan dillərində dərc olunmuşdur.
Proqnoz – hadisənin həyata keçirilməsi üçün alternativ yolların və müddətin seçilməsi haqda mümkün, elmi əsaslandırılmış qərardır.
Siyasi hadisələri proqnozlaşdırmanın obyektiv tərəfləri, gələcəyimizin tamamilə bugünkü günümüzdən asılılığıdır.
Layihənin məqsədlərindən biri də gənc politoloqların ixtisaslarını artırmasına dəstək olmaqdır. Ölkənin gələcəyini təhlil edərək düzgün strateji planlar müəyyən etmək üçün mütəxəssislərin düzgün və praktik proqnostik metodlara yiyələnmələri əhəmiyyətlidir.
“Gənc Politoloqlar Mərkəzi”nin həyata keçirdiyi “Strateji Tədqiqatlar və İnkişaf Platformu” adlı layihə çərçivəsində, gənc politoloqların siyasi elmlərdə tədqiqat metodlarının praktik tətbiqini öyrənərək, Azərbaycanda və dünyada baş verən hadisələri analiz edib, düzgün proqnozların verəbilmə qabiliyyətinə yiyələndirməkdir.
.Siyasi hadisələri proqnozlaşdırmanın obyektiv tərəfləri, gələcəyimizin tamamilə bugünkü günümüzdən asılılığıdır.
Layihə çərçivəsindəbir ay müddətində həyata keçirilən proqramın ilk həftəsində müxtəlif ekspertlər tərəfindən aşağıdakı mövzularda seminarlar təşkil olunmuşdur:
1. İctimayi-siyasi proseslərin idarə olunmasında Siyasi proqnozun rolu
2. Siyasi proqnozun əsas mərhələləri və metodologiyası
3. İctimayi-siyasi proseslərin modelləşdirilməsi
4. Strateji dövlət əhəmiyyətli proqnozlar
5. Dövlət əhəmiyyətli qərarların verilmə mexanizmləri.
Digər həftələrdə isə Təhlükəsizlik və Enerji məsələləri üzrə tədqiqatlar aparılmisdır. Sonda isə tədqiqat mövzuları məqalələr şəklində “Strateji Tədqiqatlar və İnkişaf Platformu” layihəsinin veb səhfəsində ingilis və Azərbaycan dillərində dərc olunmuşdur.
Layihədən faydalananlar minimum siyasi elmlər üzrə Bakalavr dərəcəsini bitirmiş, orta səviyyədə İngilis dili bilgili gənclər ola bilərlər. Layihənin işinə yuxarıda qeyd olunmuş tələblərə uyğun gənclər sosial şəbəkələr təbliğat fəaliyyətləri ilə, universitetlərə göndərilən məktublar və universitetlərdə asılan elanlar vasitəsi ilə cəlb olunacaqlar. İştirakçıların seçim prosesini ekspertlər yuxardakı kriterlərə uyğun həyata keçirmişlər.
Layihənin əsas vəzifələri gənc politoloqların ixtisaslarının artırılmasına dəstək olmaq. dünya səviyyəli politoloqlar yetişdirməkdir. Dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasına, proqnozların verilməsinə və cəmiyyətdaxili siyasi vəziyyətin təhlil edilə bilmələrinə şərait yaratmaqdır.
30 nəfər gəncin iştirakı nəzərdə tutulan layihənin təlim müddətində maksimum iştirakçıların fəallığına çalışaraq, layihənin davamı kimi nəzərdə tutulan tədqiqat hissəsində çoxlu sayda çap oluna bilən səviyyəli tədqiqat işlərinin ortaya qoyulmasıdır. Layihə haqda press-relizlər çap edərək muxtəlif mətbu orqanlara göndərilmşdir. Layihə başa çatdıqdan sonra da davamlı olaraq “Strateji Tədqiqat və İnkişaf Platformu” layihəsi çərçivəsində yaradılmış saytda müxtəlif mövzularda tədqiqat işləri aparılaraq çap olunması nəzərdə tutulur.
Layihə başa çatdıqdan sonra professional tədqiqat metodlarından praktikada istifadə bacarığına yiyələnmiş gənclər artıq siyasi proseslərə qiymət verərkən istifadə etdikləri tədqiqat metodlarına dayanaraq şərh vercəklər. Eyni zamanda layihə başa çatdıqdan sonra da“Strateji Tədqiqat və İnkişaf Platformu” layihəsi çərçivəsində yaradılmış sayt gənclər üçün tədqiqat fəaliyyətlərini dərc etdirə biləcək bir platforma halına gəlməsi çox realdır.
Şübhəsiz ki, layihənin nəticəsi olaraq dərc olunması nəzərdə tutulan tədqiqat işlərinin az olması layihənin riskləri sırasındadır.
Universitetdə elmi fəaliyyətlə məşğul olmağım və davamlı tədqiqat işləri apararkən müxtəlif metodlardan istifadəm mövzu ilə əlaqədar təcrübəyə yiyələnməyimin sübutudur.
İLKIN ƏLİYEV, layihənin rəhbəri
“Strateji Tədqiqatlar və İnkişaf Platformu” nun tədbirindən görüntülər