Su kimi, Pak..

Pak, Paklıq böyük və mühüm bir Amildır!
Su, Pakdır, Paka, Pakdır!
Suyu paklandırmaq olarmı?
Pak olanı, necə Paklandırmaq olar ki?
Torpaq pak, Su pak, Günəş şüaları pak, bulud pak, hər bitki pak, hava pak!
Bəs hərdan gəldi bu pak, niyə oldular Pak?

 Bütün Dini ayinlərin əvvəli Su ilə! 
Pak – Paklıqdan başlayar!
Paklığa üz tutar, Paklığı çağırar!
Çünki, olsun Pak! 
İstəkləri ilə, Kainata xitabları, Paklığa xitabları, İşığa xitabları, Paklığa olsun, xitabları!
Paklıq, yer Aləmindən çağrılar, o Paklıq çağrışı ilə, Kainata üz tutular, Kainatı, çağrılar!
Niyə Kainata üz tutular, Kainat çağrılar?
Çünki, bütün Paklıqların başlanğıcı, Kainatdan başlar! 
Niyə Paklığın özü Suda olub, Su ilə çağrılar, ayinlər Su ilə, başlar?
Bütün başlanğıclar, niyə Su ilə başlar?
Su olmasa canlı olmaz, su olmasa, bitki olmaz, su olmasa bulud olmaz, bulud olmasa, Yer Aləminə, bir də, su qayıtmaz!
Niyə Su tükənməz?
Paklıq su ilə başlar!
Su, yaddaş daşıyıcısıdır!
Su ilə, istəklərimizi, arzularımızı, həsrətlərimizi, bildirərik, Kainata üz tutarıq!
Su tək yerə yox, bütün Aləmlərin birlik hərəkəti olduğundan, Su eyni vaxtda Təmizlik, Paklıq daşıyıcısıdır!
Deməli su yaddaş “daşıyıcısı”, olduğuna görə, bütün ayinlərin başlanğıcı su ilə başlar!
Su, nisbi nəm, nəmişlik, rütubət hardan gəldi ki, sonda oldu bir Pak, bir də Labüd?
Görün ki, nə qədər suallar çıxır ortaya!
Su, nəm, rütubət, nisbi nəm Kainatın ilkin halıdır ki, bütün başlanğıclar Kainatdan başlar, Su ilə başlar!
Doğum evində Dünyaya insan gəlir, o, körpəni ilk anda, suya qovuşdurarlar, onun əvvəli Su ilə! 
Dünyadan İnsan köçür, onun da sonu, Su ilə!
Niyə, Torpaqla yox, Su ilə?
Torpaq da, Suya möhtac olar, Suya, möhtac qalar!
Qəribədir bu hallar!
Kainat Yaranmasının ilkin halında, O Böyük Partlayışdan Kainatlar Yarandı!
O, İşığın Gücündən, İşıqlılıq Həddinin soyuma halında, Zərrələndi, Zərrələrin soyuma halında, hər varlıq işığın Zərrə daşıyıcısı oldu.
Onların soyuma həddi arasına, nəmlər yarandı ki, ilkin İstini nizama salıb, bərqərar etsin.
Suya baxırsan, parıldayır, daşa, torpağa baxırsan parıldayır, dəmirə baxırsan parıldayır və s. nəyə baxırsansa, parlaq olub, parıldayır!
Suya üz tutub, Paklığı çağırarıq! Biz, İlki çağırarıq, ilkə qovuşmaq istərik, Kainatlara o Paklıqla Yüksəlmək İstərik və Yüksələrik!
Paklıq mövzusu, o, qədər möhtəşəmlik daşıyır ki, Su qarşısında, Paklıq qarşısında, bu səbəbdən, susmaq olmur!
İnsan, sənə uğurlar deyərlər, su kimi axar, su kimi qarşınızda heç bir maniyə olmasın – deyərlər!
Çünki Suyun, nəmin, rütubətin, bir Zərrələrin, bir də İşığın qarşısında, heç bir maniyə dura bilməz!
Kim Yer üzünə gələli, ovcunda dən, dənə, tum, toxum gətirdi, səpdi Yer üzünə?
Su gəldi, Suda gəldi!
Yaddaş gəldi, Suda gəldi, O, gətirdi!
Bitkiləri, yaşıllıqları, cücərtiləri, bitənləri, bitəcəkləri, Su özündə, Gətirdi, Su da, cücərtdi, bitirdi, ucaltdı!
Kim ovcunda, dən, toxum, bitki, tum gətirdi ki, Yer Üzünə?
Hər Qitənin öz bitkisi, hər Cəhətin (Şərq, Qərb, Cənub, Şimal), öz bitkisi, öz tingəsi, öz forması, öz dadı, öz rəngi, öz ətri!
Kim ovcunda, dən gətirdi ki?
Amma Yer üzündə, onlardan bəhrələndi!
Yer üzündə insan, bütün Bəşəriyyət, nələrdən bəhrələnmədi ki?
Onda deyildi ki! :
Paklıqla!
Əqli Paklıqla!
Ruhi Paklıqla!
Əbədi Paklıqla!
Paklıqla!

Vahid Rzaev.

Fb. 17 mart 2017-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir