Su quyuları sistemi

Azərbaycan ərazisində ilkdən, su quyuları şəbəkəsi, mühüm mühəndis qurğuları hesab edilirdi!
Bu su quyuları şəbəkələri, eyni vaxtda ərazinin Qədimiliyini bildirmək, ilkdən “Su ilə, suda xilas olduq”-anlamını bildirib, ərazini tarixləşdirmək mə’nası daşıyıb!
Su quyuları, mürəkkəb mühəndis qurğuları olduğundan, o Kənkanlar (su quyusu qazanlar), mütləq yerin relyefini, süxurları, dərin qatların, xüsusiyyətini dəqiq bilənlər məşğul olardılar.
Su quyularının bir neçə mə’nası olardı!

 Quyular, bir neçə funksiya daşıyır, mə’nasız olaraq, su xatirinə, su quyuları qazılmaz, inşa edilməzdi!
Su quyuları, mütləq olaraq şəbəkə tipində, Şimal səmtdən başlayıb (şəhərin, yaşayış ərazisinin yerləşdiyi sahəyə görə, cəhətləri tə’yin etməklə inşa edilərdi), Cənub istiqamətə, o səmtə, dərin qatların süxur relyeflərini nəzərə alaraq, Qərbdən, yenə də, Çənuba doğru, quyu ilə, quyu arası məsafəni nəzərə alaraq, qazılardı!
Su quyularının funksional olaraq inşa edilməsi və şəbəkələşməsi, Yaz vaxtı, suların (yağış), artdığı ərəfədə, su daşqınlarının qarşısını almaq məqsədi ilə, yay vaxtı isə, yaşayış sahəsində, torpağın nisbu nəm qədərini nizamlamaq, torpaq qatında nisbi nəmişliyi bərabər bölmək üçün, nizamında saxlamaq üçün, eyni vaxtda o mövsümdə, sudan içmək üçün istifadə etmək məqsədini daşıyırdı.
Quyular şəbəkəsi mütləq Şimal səmtdən başlayıb, su hövzələrinə tərəf istiqamətləndirərdilər ki, yer altı sular, yer altı çaylar, yer səthində olan axar suları, çay və arxların suyunu yer altına dartıb, aparıb, özünə qovuşdurmasın!
Bu səbəbdən, su quyuları sistemi, mühəndis qurğular qədərində çox vacib bir şəbəkə hesab edilirdi!
Su quyularının biri-biri arasındakı məsafələr ona görə nəzərə alınırdı ki, hər bir su quyusuna səthdən dərin qatlara sorulan hava qədəri, onların bərabər su nizam qədərini nizamlasın!
Su quyuları dərinliyi mühüm əhəmiyyət kəsb edirdi! 
Quyu dərinliyindən ilk su qatlna 5,5-metrdə çatdlqda, onu indiki dildə desək, “texniki”- su, 9, və 11-metrdə, su qatına çatdıqda, o su quyusuna, “Qızıl quyu, Günəş quyusu” – deyilərdi!
Çünki 11-metr dərinlikdə və ondan da, dərin su, çox-çox sağlam, heç bir əlavə dad, və qarışığı olmayan, duzlardan, qarışıqlıqlardan təmizləmiş su kimi, müalicəvi su kimi bilərdilır!
Quyu suyunun dadını daddıqda, quyunun hansı dərinlikdə qazıldığı mə’lum edilərdi 
Amma ən vacib və ən maraqlı cəhət ondan ibarət idi ki, su quyularının diametri mühüm əhəmiyyət kəsb edirdi!
Diametri böyük qazılan və dərinliyi 11-metr olan su quyularına yenərək, gündüz vaxtı, səmada (işıq qədəri səbəbindən), planetlər hərəkətini tədqiq və müşahidə edərdilər!
Bu səbəbdən, su quyuları qazan Kənkanlar eyni vaxtda yer relyeftini, Astronomiya elmindən, İşıq elmindən, yer süxuru, laylar, qatlar, çökəkliklərdən xəbərdar olaraq, Zəlzələlər vaxtı, yer altı təkankarın sakit sönməsinə köməkçi, quyu qurğyları inşa edərdilər!
Bir su quyusu, çox funksiyalılıq əhəmiyyəti daşıyardı!
Su quyu şəbəkəsi, Naxçıvan ərazisində, Şimal dağlıq ərazidən başlayaraq, şəhər içərisini əhatə etməklə, Günəş İşıq, bucaqlarını nəzərə almaqla (mühəndis qurğu buna demək olar), üzü Şərqə, Cənuba, Qərbə səmtlənirdi!
Naxçıvan ərazisindən başlayan su quyu şəbəkəsi, Nüvədini keçməklə; Ba-k (ı), səmtinə, Elm şəhəri, “İşəri şəhər”, Atəşgaha qədər uzanıb gələrdi!
Su quyu şəbəkəsi dörd kateqoriyaya ayrılırdı:
– çeşmə (keşmə),
– kəhriz
– qırx ayaq, qırx pillə (onu kənkanlar bucaq altında qazardılar, yer altı axar su hövzəsinə çatardılar! 
Niyə 40-pillədən ibarət olardı? 
Çünki, həmin “qirx ayaq (yə’ni qırx addımdan artıq olmayan), qırx pillə, (daş)”-Günəş hesabatına uyğun, Qüvs tipli inşa edərdilər! 
Günəş səthində gedən 11-tsikl dəyişiklik, birlikdə 33-Qərinə qədəri hesablanmaqla, Günəşdə 9-Dəyişməz ardıcıllığı nəzərə almaqla, nəticə 40-hesabatında, yekunlaşmasını nəzərdə tutmaqla, inşa edilirdi! 
Yəni ki, 11×33=363!
363:9=40!
Günəş hesabatına uyğun olaraq qazılardı.
Həmin 40-ayaq, 40-pillə, o dövr üçün yay mövsümü “soyuducu”-funksiyasını yerinə yetirməklə, “bucaq altında”- inşa edilən pillələrlə adam ayaq üstə, əyilmədən, yer altında, eni bir metrə yaxın olan axar, çox soyuq sudan götürüb, ondan istifadə edirdi.
Kərpiclə hörülmüş “qırx ayaq” pillələri və divarları ‘indiki dövrdə’, metro stansiyalarında, ekskalatorla, yer altına yenmə konstruksiyası, elə həmin “qırx pillə, qırx ayaq” ı- xatırladır! 
Yan divarlarda taxçalar, çıxıntılar inşa edilməklə, Yay vaxtı, müxtəlif tez xarab ola bilən, qida məhsulları taxçalara yığmaqla, qoymaqla uzun müddət istidən qorunub, saxlanıla bilirdi! 
Hər on pillədən bir, temperatur həddi aşağıya suya yaxınlaşdıqca, sərinə doğru, dəyişib, daha da, sərinləşirdi).
– Su quyuları.
Bu su ilə, bağlı olan hallar, düşüncə, məntiq, mə’na daşıyıcıları olmaqla, o da mühüm və vacib, Elm tələb edirdi!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir