Tədqiqatçı Əjdər Fərzəli haqqında
“Gəmiqaya-Qobustan rəsmlərində yazı elementlerinin olduğu dəfələrlə etiraf edilmişdir.
Tanınmış tədqiqatçı Əjdər Fərzəli bu istiqamətdə uzun illər axtarışlar aparmış və həmin elementlərdən Gəmiqaya-Qobustan əlifbası tərtib etməyə müvəffəq olmuşdur.
Əjdər Fərzəlinin formalaşdırdığı Gəmiqaya-Qobustan əlifbası, bu əlifbanın vahid mədəniyyətə dair materiallar əsasında təkmilləşdirilməsinin əməli ifadəsi kimi mühüm əhəmiyyət kəsb edir.”
Əjdər Fərzəlinin fıkrincə, “Gəmiqaya-Qobustan əlifbası Azərbaycan xalqının zəngin mədəni keçmişinin parlaq aynası, tarixi hünəri, onun ən qədim çağlardan öz doğma torpağında sakin olduğunu, əzəldən türksoylu xalq kimi heç vaxt heç bir assimilyasiyadan törəmə olmadığnı təsdiq və bu sahədə bütün şübhələri darmadağın edən danılmaz, dəqiq elmi sübutdur.”
İsa Həbibbəyli, Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, 2007, səh.605
“Əjdər Fərzəli çağdaş mərhələdə Gəmiqaya-Qobustan mədəniyyətinin əsas tədqiqatçısıdır.”
Akademik İsa Həbibbəyli. Beynəlxalq simpoziumda oxuduğu məruzəsindən. 25.IV.2009.Naxçıvan.
Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli Budapeştdə Əjdər Fərzəli yaradıcılığını yüksək qiymətləndirərək demişdi: «Azərbaycanda Qobustan və Gəmiqaya mədəniyyətinə vahid mədəniyyət kimi baxmaq, yanaşmaq, vahid bir mədəniyyətin tərkib hissəsi kimi təhlil etmək, birləşdirmək və üzə çıxarmaq işi hamıdan çox Əjdər Fərzəliyə məxsusdur. Gəmiqayada olan boşluqları Qobustandan, Qobustanda çatmayan və ya gözə görsənməyən elementləri Gəmiqaya ilə doldurub və vahid Qobustan-Gəmiqaya əlifbası – işarələr sistemi hazırlayıb. Qobustan mədəniyyəti ilə Gəmiqaya mədəniyyəti arasındakı oxşarlıqları, bənzərlikləri ortaya qoymaqla sistemli fikir deyə bilib. Azərbaycanın qayaüstü mədəniyyət dövrü haqqında ilk dəfə sanballı elmi fikirlər söyləyə bilib. Bu məncə Əjdər Fərzəlinin xidmətləridir.»
Əjdər Fərzəli, “Salam Layısqi dağları” kitabından, səh.3, “Ozan” Nəşriyyatı-2011