Təndir, bütövdür, dəyişməzdir
Dünya tufanından sonrakı mərhələlərdə, tufandan xilas olmuş o insanlar, Ur ərazisində, Azərbaycan ərazisində, Ağrı dağ, Gəmi Qaya ətrafında, bir daha, yenidən yaşayış yerlərini bərpa etməyə başladılar!
Yer üzündə həyat davam etməyə, Su tədricən çəkilməyə, Ərazi bərpa edilməyə başladı!
Tufandan xilas olmuş, Xilas etmiş Hz. Nuh Babamız, sağ qalmış o dövr insanları bir yerə topladı, sağ qalan əhali çox idi!
Belə bir qərar qəbul etdi Nuh babamız, tufana qədər, Haça dağ, Gəmi Qaya dağlıq ərazidə, mağaralarda yığılıb saxlanılan azuqə, dənli bitkilərin toxumları o mağaralardan axtarılsın, bir yerə toplanılsın!
O dövr insanlar, həmişə, mağaralarda hər tədarük dövründən sonra, bütün əhalinin qidalanması və yeni yaz mövsümündə, əkin işlərinin aparılması üçün, dənli bitkilər toxumları qorunub saxlanılırdı!
O mağaraları, o dövr insanlar əziz, müqəddəs, xilaskarlıq kimi qəbul edirdilər! Bu səbəbdən, mağaralar xilaskar, xilas edər kimi, xarakterizə olunardı!
Mağaralardan xeyli dənli bitki toxumları tapıldı, həyat daha da, şirin oldu!
Bərpa edilməyə başlayan yaşayış sahələri ilə yanaşı, təndirlər bərpa edilirdi!
Təndir – həndəsi quruluş formalı olmaqla yanaşı, mə’na quruluşu idi, o təndirlər Günəş, isti simvolikası olmaqla yanaşı, dəyişməz, sabit isti yayan anlayışını, daşıyırdı!
Təndir düzəldilməsinə mütləq olaraq gildən istifadə edilirdi! Simvolik olaraq, keçi tükündən (qa – zil) az miqdarda yoğurulan gilə əlavə edilirdi.
Bu keçi simvolu, Qa (İşıq), yerdə həyatın Qoç bürcündən başlaması İşıq, isti mə`nasını daşıyırdı!
Təndir üçün yoğurulan gilə, mütləq (nisbət hesabı ilə), Duz dağından gətirilən, duz miqdarı əlavə edilirdi!
Duz ümumi halda, temperatur hədlərini bərabər böldüyündən, təndir üçün istifadədə, təndir daxilində, temperatur həddinin bərabər bölünməsinə sabitliyi, başqa köməkçi vasitə tələb olunmadan həyata keçirmək mə’nası daşıyırdı!
Təndirə (təndirin dairəvi quruluşu Günəş anlamını daşıyırdı) yapılacaq lavaş, səhər vaxtı başlanılardı, onun başlanma vaxtı, Günəşin Şərqlə, Cənub arasında tən bölən nöqtəsində (indiki vaxtla saat 11), başlanılardı.
Təndirə lavaş yapan xanımın üzü, Günəşə doğru olardı, əgər lavaş yapma müddəti uzansaydı Günəş zenit nöqtəsinə çatanda, lavaş yapan xanım, təndir dairəsi ətrafında yerini dəyişib, Zenit nöqtəsi səmtini tutardı. Mə’na o olardı ki, təndir dairəsi, Günəşin olduğu nöqtə ilə, tən bölən olsun!
Çörək müqəddəs sayılırdı ona görə ki, isti, İşıqla hasilə gələr, bir mə’nası da, o idi ki, onun tərkibində duz, temperatur bərabərliklərini böləndir!(bütün bişirilən qidalar tərkibinə dad miqdarında əlavə edilən duz, o qidanın temperatur hədlərini bərabərlikdə bölüb nizamda saxlamağa xidmət edəndir).
Çünki çörək, heç vaxt sabitliyini dəyişməz, qış vaxtı qidalananda vücudu üşütməz, yay vaxtı vücudda istilik həddini artırmaz!
Sabit olar, bərabərliyi təndir kimi, tən bərabərliyə bölər!
Mühüm məsələlərdən biri də, “mağara insanları”-adıdır!
Tarixi keçidlərdə, tarixçilər tərəfindən bu bir termin kimi ortaya atıldı.
Burada məqsəd, ilk insanı bir vəhşi, adamyeyən kimi xarakterizə ediblər.
Amma həqiqəti təhrif etməyə başqa bir üslub düşünə bilmədilər.
Mağaraları çox diqqətli, çox təmiz, səhmanlı saxlanılardı.
Maraqlı cəhət ondadır ki, bütün səmavi kitablarda bütün Peyğəmbərlər vəhyləri mağarada aldıqları qeyd olunduğu, yə’ni ki, o vəhylər təmiz, pak, səhmanlı,səlis, ardıcıllığı pozulmayan anlamı daşıyıb!
Çünki, “Ma-qa-ra”-Yaradıcı, Ağ İşıq, Ali, Uca İşıq anlamı daşıyıcısı olduğundan mağaralar Dağ silsilələrində çox yüksəkdə yerləşdiyindən, İlahi Mətnlər Ucadan, Paklıqdan Bəyandır-anlamı daşıyardı.
Vahid Rzayev