Təqvimlər

Təqvimlər

İllər – illərə qarışıb; təqvimlər – təqvimlərə qarışıb. 

Yer kürəsi karıx qalıb, bilmir hansı təqvimə uyğunlaşsın. Təqvimlər, yer kürəsi tarixinə uyğunlaşmır, yer kürəsi “təqvimlər tarixinə”- uyğunlaşmır. 
Tarixlər qarışıb, təqvimlər qarışıb, insanlar qarışıb.

○ ○ ○

O qədər dedik-dedik, dedik!

Gördük ki, elə deyirik!

O qədər düşündük-düşündük, düşündük! Gördük ki, elə düşünürük.

O qədər baxdıq-baxdıq, baxdıq! Gördük ki, elə baxırıq.

Nə qədər bildik-bildik, onda gördük ki, bilirik! 

Bütün bilgilərin açarı, elmlərdədir!

 29.04.2015

Vahid Rzayev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir