YER KÜRƏMİZ QATARIMIZ-Uşaq şeirləri
TƏRS ŞƏKİLLƏR
Çinarə tərsliyindən
Şəkilləri tərs çəkir.
Rəngli karandaşıyla
Çəkdiyinə “turp” əkir.
Albomda söyüd çəkib,
Üstə barı, bəhəri.
Yazıq uzunqulağa
Yükləyibdir yəhəri.
Quzu ağaca çıxıb,
Çəpiş yerdə dən yeyir.
Qaz böyük iştah ilə
Saqqız tapıb çeynəyir.
Siçan bığını eşib,
– “Mənəm mənəm” -deyirdi.
Gözü dörd olan pişik
Qorxudan titrəyirdi.
Ulduzlar göydən yerə
Qatar-qatar tökülür.
Canavar dovşan görüb,Meşəliyə əkilir…
Bax, beləcə albomu
Bəzəyir tərs şəkillər.
İndi görün, bu qızdan
Evdə nələr çəkirlər?
18.VIII.1989
Tofiq Qəbul
YER KÜRƏMİZ QATARIMIZ- Kitabı Yüklə