Tarixi Ərəfələr, bir də, Bürclər…
İlkdən, bizim Ərazidən, Yer üzünə bir çox, Elmi əsaslar, yayılıb!
Qoç- bir Bürc kimi, eyni vaxtda, ərəfəni bildirib!
“Qoç” bürcü, yaz ərəfəsinə təsadüf etdiyindən, (indiki təqvimlə Mart ayı), həmin ərəfəni, Zurvan-Navruz (Z-S, İşıq, Ur- bizim Azərbaycan ərasisindən. Zurvan Ərazisindən), Bayramı kimi, bizdən əvvəlki Babalarımız, bir Bayram, Şadyanalıq ərəfəsi kimi, yad ediblər!
O, ərəfə, Yenilənmə ərəfəsi kimi, Yer həyatının başlanğıcı kimi, tarixləşdiriblər!
Yə’ni, o, Yaz ərəfəsində, İldırım, Şimşək çaxmasını əlamət kimi dəyərləndirib, İşıq gücü, İşıq yayım gücü kimi, xarakterizə ediblər!
Amma o, ərəfəni sonralar, “Qoç”, gücü kimi, Şərh ediblər!
İlkdən, təqvimlərin olmadığı ərəfədə, Ağ Qoç adı ilə, Şərqi, Gün çıxanı!
Qara Qoç adı, Gün batanı, Qərb səmtini bildirib!
Günorta, Günəşin Zenitdə olan ərəfəsini, Sarı Qoç kimi, xarakterizə ediblər!
O, səbəbdən ki, bu adlıqlar, Cəhətləri, aydınlaşdirmaq mə’nasını daşıyıb!
Şimal səmti isə, soyuq Boz kimi adlanıb!
Novruz bayramında, Sarı “keçi”, bir Rəmz kimi, bu günə qədər də, Xalq arasında Bayram şənliklərində, qalmaqdadır!
Buğa bürcü, indiki təqvimlə, Aprel ayı ərəfəsini bildirməklə, torpağın, Cücərtilərin, yer qatından, Güclə, güc sərf etməklə, eyni zamanda, əkin-biçin ərəfəsini bildirib!
Amma çox maraqlı cəhət oradadır ki, bir neçə Səmavi kitablarda Nuh Tufanı ərəfəsi, qeyd olunub!
Nuh Tufanı ərəfəsini, o, ərazini və o, ərəfəni, çox sonralar, israrla gizlətmək üçün, çox sakitcə, o tarixi ərəfəni, ərazini unutdurmağa, çalışıblar!
Məsələ burasındadır ki, o tarixi hadisə, indiki təqvimlə, Yanvar ayının son mərhələsi, Fevral ayının ortaları 17-18, tarixləri təsadüf edib!
Çünki o, tarixi hadisədən xilas olmuş Babalarımız, o, ərəfəni, Suyun daşqının, ərəfəsini, “Su tökən, Su tökülən”, ərəfə kimi tarixləşdiriblər!
Çox sonralar ona, bir ad da, “Dolça”, adı veriblər!
Amma ki, “Su tökən, Dolça”, Bürcü, Fevral ayı ərəfəsində, xüsusi ilə, Azərbaycan ərazisinin üzərində, dayanır!
“Su Tökülən” Bürc, Nə Misir, nə də ki, Yunanıstan üzərində, dayanmır və görünmür!
Su tökən Bürcünün o ərəfədə Azərbaycan üzərində olması, o, həmin Dünya Tufanı hadisəsi Azərbaycan ərazisində, əhalinin Su Tökən, Dolça bürcünün dayandığı, işarə etdiyi, o hadisənin Ərazisini təstiq edir!
Bu səbəblərdən, bir çox başlanğıcların, Azərbaycan ərazisindən başlaması, Bürclərə istinadlanaraq, çox mühüm bir əsaslardır!
Qoç ərəfəsindən, İşıq başlanğıc ərəfəsindən, İşığın qığılcım, tonqaldan qığılcım sıçramasını, Qor adı daşıyır!
Həmin Qor adı işığın, istiliyə çevrilçə mə’nasında, indiki halda ərazimizdə xalq arasında, Qor adı hələ də, işlənməkdədir!
Xalq arasında deyilir ki, “gecə yata bilmirdim, elə bil gözümə Qor dolmuşdu”.
Bir çox sözlərimizi, Arxiaiq sözlər cərgəsinə daxil etdiklərindən, tədricən çox sözlər, mə’nalar yaddan, çıxır!
Amma ki, Oğuz (lar), bu Ərazidə, İlk olanlar, İlkdən Olanlar mə’na və Mahiyyətini daşıyıb!
Yə’ni çox maraqlı bir hal ondan ibarətdir ki, bir neçə Bürcə, Qoç, Buğa, Balıq, və s. Adlıqlarla, adlandırıblar!
Amma ki, Oğuz adının, Təhlil və Açımı ona işarə edir ki, O, Adı, şərti, Sirli ad kimi, qoruyublar!
Oğuz-Ağüz (ların), Mə’na, Mahiyyət baxımından, ilk olduğu, ilkdən bu ərazidə olması, heyvanın, balası dünyaya gələndə, o, balaya mütləq “Ağuz” südü, ananın ilk Südü, mütləq olaraq verilir!
Burada “heyvan”, adının hallanması, heç də, başqa fikir, xatirə dəymək mə’nası daşımır!
Bu Ağuz Südü, bənzətmə, qarşılaşdırma, müqayisə etmə və təstiq etmə Mə’na və Mahiyyətini daşıyır!
Oğuzlar-Ağüzlər, Zərlər, Azərlər, İlklər, İlkinlər, bu ərazidən, yayılıb, bir çox, adət-ənənə, Elm Daşıyıcıları olublar!
Elmi araşdırmalarda, Elmi Tədqiqatlarda, Elmi qarşılaşdırmada, “bu mənim fikrimdir”, və ya hər hansı bir fikri, “Subyektivə, Obyaktivə bölərək, mənim fikrim Obyektivdir, sənin fikrin Subyektivdir”, kateqoriyalarına bölmək olmaz!
Hər hansı bir Araşdırma və Tədqiqatın şərti, bir çox İstinadlara, bir çox Əsaslara, Əsaslanmaqla, fikir yürütmək olar.
Amma, hər hansı bir Araşdırmada əgər Mə’na və Mahiyyətdən uzaqlaşma, kənarlaşdırma başlasa, o, həmin araşdırma, Labirintdəki kimi, karıxdırıcı və yorucu olur!
Bir çox Tədqiqatçılar, bir çoxları, axtardı, araşdırdı, tədqiqatlara müraciət etdi ki, nəticədə, bir çox sirli, müəmmalı, üstü örtülmüş, Arxiaaiqləşdirilmiş, Unudulmuş, elmlərdən xəbərdar oldular!
Fikirlər müxtəlifdir və müxtəlif də, olmalıdır!
Əgər ki, mə’na və Mahiyyətlərə, İstinadlara fikir vermək istəməsək, bir çox anlaşılmazlıqlar, çətinliklər yarana bilər!
Vahid Rzaev.