Torpaqşünas-coğrafiyaşünas alim Sahib Hacıyev haqqında
Kənd təsərrüfatı elmləri namizədi, dosent Sahib Əsgər oğlu Hacıyev 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonun Saltaq kəndində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Pedaqoji Universitetinin coğrafiya ixtisasını bitirmiş, 1992-ci ildə namizədlik dissertasiyası müdafiə edərək «Torpaqşünaslıq» ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almış, 1996-cı ildə isə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir.
S.Ə. Hacıyev Naxçıvan şəhər 1 və 9 № li məktəblərində coğrafiya müəllimi, Culfa rayon Əbrəqunus internat məktəbində tərbiyəçi müəllim, Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasında laborant, baş laborant, kabinə müdiri, laboratoriya rəhbəri, müəllim, baş müəllim və dosent vəzifəsinədək elmi-pedaqoji fəaliyyət yolu keçmişdir. Hazırda AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda “Torpaq ehtiyatları laboratoriyası” nın rəhbəridir.
S.Ə. Hacıyev 90-dan çox elmi əsərin, o cümlədən 3 monoqrafiya, 7 metodik vəsaitin, bir müəlliflik şəhadətnaməsinin və 3 xəritənin müəllifidir.
Elmi tədqiqat işinin əsas istiqaməti torpaq coğrafiyası, torpaqların eko-coğrafi şəraiti, torpaqların mədəni və təbii bitkilər altında qiymətləndirməsi və münbitlik modellərinin tədqiqidir.
Bu yazıda alimin yaradıcılığından bir qismini Sizə təqdim edirik. Gələcəkdə bu mövzunu genişləndirməyi düşünürük
Sahib Hacıyevin elmi yaradıcılığından: