Vətən qızlarına müraciət

Vətən qızlarına müraciət
Əziz qizlarimiz, Azərbaycanin ləyaqət taci olan qizlar !
Bu gün sizə müraciət etməyi vacib bilib bu sözləri yaziram…
Əziz qizlar, müharibənin odunu, alovunu görmüş oğlanlari sevin !
Barıt qoxusu verən hava ilə nəfəs alib, ölmün gözünə dik baxan əsgər oğlanlari sevin !
Ağir əsgər çəkmələrindən ayağı qabar bağlayan, günlərlə çəkmələrini ayağından cıxartmağa macal tapmayan oğlanları sevin !
Döyüşdən vaxt tapıb corablarini dəyişə bilməyən, ayağının qabarından qan axan əsgərləri sevin!
Əziz qızlar, sağlamlığını döyüşlərdə itirən, qolsuz, ayaqsız geri qayıdan əsgər oğlanları sevin !
Qoy sizin məhəbbətiniz onların qolunun dayaği, ayaqlarının təpəri olsun !
Sevin əsgər oğlanları !
O igidlər sevilməyə, əzizlənməyə layiqdirlər !
Canını, qanını Vətənə qurban verən oğulların dəyanətinə, etibarına inanın və onlara güvənin !
Əziz qızlar, ordudan zəfərlə qayıdan Azərbaycan oğullarının yanında gedərkən onların qolunun, ayağının, gözünün olmadığı üçün sıxılmayın, onların əyilməz qeyrəti ilə fəxr edin !
Sevin əsgər oğlanları !
O, oğullardan törəyən övladlar da bir vaxt qeyrəti ilə sizin üzünüzü ağ edər !
Əziz qızlar, əsgər oğlanları sevin !
Döyüşən, zəfər çalan oğulları sevin !
Onların sevilməyə haqqı var !
Gulara Munis