“Vətəni bütöv olanın ürəyi də bütövdür” misralarının müəllifi Xanəli Kərimliyə – ELBƏYİ MAQSUDOVDAN.

Körpə maral bağrı yanar

Ovçu görsə yarağında.

Biz də sözlə alışırıq

Şeir,sənət ocağında.

 

 

 

Çox düşərək bərkə-boşa,

Əlli ili vurdun başa,

Bundan sonra, qardaş, yaşa

Yeni əlli marağında.

 

Zülmət görüb nə yol azdın,

Nə kimsəyə quyu qazdın,

İki gözəl əsər yazdın

Ürəyinin çırağında.

 

Qəriblikdə daş da solur,

Ana,bacı saç da yolur.

Kəsilməyə baş da olur,

Bütöv Vətən sorağında.

 

Gün gələr ki, ta yanmarıq,

Ayrılığı heç anmarıq,

Təbriz üçün boylanmarıq

Bir də Araz qırağında.

 

Onda bütöv olacaqsan,

Sevincindən dolacaqsan,

Tək niskilli qalacaqsan

Elbəyinin sorağında.

 

ELBƏYİ MAQSUDOV

“Ovqat.az”,

20.11.2018

 

Xanəli Kərimli: Şairin könül dünyası.

Kitabı Yüklə

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir