Vahid Rzayevdən qısa deyimlər
Axtarır, axtarır, axtarır insan… qayıdacağı Aləmə, nə aparacağını, axtarır insan?
29.04.2015
Çox düşündürücüdür, qanad qürrələnir yoxsa quş? Yəqin ki, qanad qürrələnir. Qanad uçmur, uçurdur.
29.04.2015
İnsan elə bilməsin ki, bu aləmə ölməyə gəlib. İnsan bilsin ki, bu aləmdən bir də, dirilməyə gəlib. Çünki, hər iki aləmdə, ölüm yox, dirilmək olur.
29.04.2015
İnsan – Nəyə gəldiyini bilmədi, Niyə qayıdacağını – düşünmədi.
29.04.2015
Eh nə bilim, axtara-axtara tapırıq, tapa-tapa axtarırıq, itirə-itirə təəssüf edirik. Amma yenə də, ümiddən dönmürük.
29.04.2015
Vahid Rzayev.