Vahid Rzayevin “Kainatlardandır Yaranışımız” Kitabı
Ön söz
Müəllifin 3 hissədən ibarət “Yaranış” haqqında söhbət” və “Ümidimiz Sənədir” adlı kitablarından sonra diqqətinizə təqdim edilən bu yeni kitabı da Böyük Yaradanın ona Diktə Etdiyi “Yaranış” Kitabındakı Deyimlərinin və qismən olsa da, İlahiyyat Elminin dərkiyatına kömək məqsədilə yazılmışdır.
Onun oxucularının bir sıra suallarına, özünün bir böyük qardaşı kimi cavab verirəm ki, o, həmişə Yer üzünün şöhrətlərindən qaçıb və əsas qayəsi insanların nədən ötrü bu dünyada yaşamalarının və öz İlkinlərinə Qayıtmalarının köklərini dərk etmələridir.
O, hər bir oxucusunun saflaşmağı, paklanmağı, Kamilliyə və Müqəddəsliyə Qalxmağı istəyindədir.
Fikrət Rzayev