Valeh İsmixan oğlu Baxşəliyev
Valeh İsmixan oğlu Baxşəliyev, Texnika elmlər doktoru, professor, AzTU, Texniki Mexanika kafedrası
Elmi maraq dairəsi:
Nəzəri və tətbiqi mexanika, Materiallar müqaviməti, Maşın mexanikası, Maşın hissələri və Tribologiya, Fasiləsiz Təhsilin problemləri.
Elmi istiqaməti və alınan nəticələr :
О, «Maşınların, cihazların, aparatların dinamikası və möhkəmliyi» elmi istiqaməti üzrə neft sənayesində istifadə olunan maşın və mexanizmlərin uzunömürlüyü, möhkəmliyi və etibarlığının yüksəldilməsi üçün ciddi elmi nəticələr almışdır. Nəzəri mexanikadan paralel qüvvələr sisteminin mərkəzinin (ağırlıq mərkəzinin) tapılmasına aid bir neçə teoremin və Tribologiya üzrə hipotezlərin müəllifidir.
Nəzəri mexanika, Maşın Dinamikası və Təhsil sahələrində ölkə daxilində və xaricdə 150-dən çox elmi məqalə, patent, monoqrafiya və dərs vəsaitləri nəşr etdirmişdir. Onun elmi işlərinə Rusiya, Gürcüstan, İngiltərə, Çexiya və s. ölkələrdə dissertasiya və məqalələrdə istinad olunmuşdur.
Şəxsi məlumat:
Anadan olduğu tarix: 1959, 4 fevral Ağdam, Azərbaycan
İş fəaliyyəti və təcrübəsi
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika fakültəsini bitirmiş (1980), maşınların, cihazların, aparatların dinamikası və möhkəmliyi ixtisası üzrə texnika elmləri namizədi – PhD (1988) və texnika elmləri doktoru (2007) alimlik dərəcəsi almışdır. О, NORD – elmi tədqiqat institutunda mühəndis-konstruktor (1980-1983), AzTU-da aspirant (1983-1985), 1986-cı ildən indiyədək AzTU-nun Nəzəri Mexanika (indiki Texniki Mexanika) kafedrasında assistent, baş müəllim, dosent və professor vəzifəsində çalışmışdır. Həmçinin 2003-cü ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyası nəzdində ABŞ -ın Corciya Dövlət Universitetinin BBA və MBA Proqramlarında ingilis dilində Texniki və Tətbiqi Mexanika fənnini tədris edir. Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin idarə heyətinin üzvüdür.
Akademik mübadilə çərçivəsində Prof. İhsan Doğramacının dəvəti ilə Türkiyənin Bilkənt Universitetində (03.07.1995-11.09.1995), Prof. Dr. Richard Markertin dəvəti ilə Almaniyanın Darmştadt Texniki Universitetində (15.10.2006-15.12.2006) və Prof. Dr. Wolfgang Seemann-ın dəvəti ilə Karlsruhe Universitetində (01.10.2009-30.11.2009) elmi ezamiyyətdə olmuşdur.
O, Avropa Birliyinin INTAS Proqramının (2006) iştirakçısı və Avropa Birliyinin 7-ci Cərcivə Proqramı (BS-ERA.NET Pilot Joint Call 2010/2011) hüdudlarında qalib gəlmiş Elmi Konsorsiumun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri (koordinatoru) olmuşdur. Ardını yüklə