Xalqımızı, Vətənimizi tanıdan, onun üçün çalışan müəllif haqqında

Azərbaycan Yazıçılar İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının üzvü Ramin Hüseyn oğlu Məmmədov 18 aprel 1957-ci ildə Azərbaycanın Qəbələ rayonunda ziyalı ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə tokar (tornacı) kimi  başlamışdır. Hərbi xidmətdə olmuşdur. Uzun müddət Rusiyanın Tumen vilayətinin Nijnevartovsk nəqliyyat millisində işləmiş, Sverdlovsk və Tumendə təhsil almışdır. Daxili işlər orqanlarında xidmətini Bakıda davam etdirərək 10-cu polis bölməsində işləmişdir. 2004-cü ildə mayor rütbəsində təqaüdə çıxmışdır.

 

40 ildən artıqdır ki, yaradıcılıqla məşğul olur: 1980-ci ildən başlayaraq onun yüzlərlə məqaləsi, müsahibələri, oçerkləri Azərbaycanın  və Rusiyanın mərkəzi və yerli kütləvi informasiya vasitələrində dərc olunmuşdur. Son 15 ildə o, iki ölkə arasındakı dostluq əlaqələrinin  möhkəmləndirilməsi və öyrənilməsi ilə daha ciddi məşğul olmağa başlamışdır.  Rusiyada və MDB məkanında yaşayan Azərbaycan diasporasının həyat və fəaliyyətini araşdırılmasına həsr edərək elm, incəsənət, mədəniyyət, ədəbiyyat və s. sahələrdə çalışan ziyalı vətəndaşlarımızı tapıb ortaya çıxarmış, bu işdə bir çox uğurlu  addımlar atmış və önəmli nəticələr əldə etməyə nail olmuşdur.

1997 – 2013 illərdə 30 dəfə Rusiyada səfərdə olaraq 80-dən yuxarı şəhərdə olmuş və bu yöndə tədqiqat işlərini davam etdirmişdir. O cümlədən: Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kaluqa, Ivanovo, Ulyanovsk, Samara, Bezençuk, Saratov, Tambov, Kirov, Tümen, Surqut, Nijnevartovsk, Noyabrsk, Megion, Pıt-Yax, Nyaqan, Dedovsk, İstra, Şelkovo, Koqalım, Nefteyuqansk, Nijni Novqorod, Murmansk, Arxangelsk, Petrozavodsk, Tver, Selijarovo, Perm, Şaxunya, pos.Severny (Nijni Novqorod vilayəti). Usinsk, Sıktıvkar, Ufa, Omsk, Yuxarı Pışma, Nijni Taqil, Yeni Urenqoy, Şaryer, Kostroma, Radujnıy, Xantı-Mansıysk, Polkovskiy, Volqoqrad, Troitsk, Bijsk, Barnaul, Krasnoyarsk, İrkutsk, Ulan-Ude, Kazan, Dərbənd, Yoşkar-Ola, Anqarsk, Novosibirsk, Sovetskiy Yuqorsk, Uray, Fedorovskiy,Pokaçi Lanqepas, Tobolsk, Yaroslavl, Belqorod, Jeleznoqorsk (Kursk), Voronej, Ryazan, Kursk, Oryol, Voloqda, Işim, Çerepovets, Taqanroq, Şaxtı (Rostov vilayəti), Ijevsk, Anapa, Novorossiysk,Stranitsa Xolmskaya, Krasnodar,  Rostov- Don, Kemerovo, Mıski, Novokuznetsk, Tomsk,  Çeboksarı, Saxa Respublikası (Yakutia).

Bu səfərlərin və görüşlərin nəticəsi olaraq rus dilində 20-dən yuxarı kitab nəşr etdirməyə nail olmuşdur: “Yaddaşın izi ilə” (1995),  “Bakıdan Moskvayadək” (1999), “Moskva: Onlar Azərbaycanda doğulublar” (2002), “Rusiyanın şəhərlərinə səyahət edərkən” (2004), “Yaxınların axtarışında” (2004), “Azərbaycan qədim diyar” (2005), “Azərbaycanlılar Vətən uğrunda döyüşüblər” (2005),  “Dostluq telləri” (2006), “Həmyerlilərimiz” (2007-2008), “Həmyerlilərimiz Tümen vilayətində” (2008), “Bir torpağın insanları” (2009), “Rusiyanın qəlbində” (2009), “Alimin əsri (professor İ.A. Muxtarov haqqında”)  (2009), “Müharibəyə-yox, sülhə-hə!” (2010), “Odlar Yurdunun Övladları Rusiya tarixində” ayrıca nəşrlər qismində (I hissə ensiklopediya, II hissə oçerklər) – 2011, 2013 illərdə 3 dəfə nəsr olunub. “Dostluğa alternativ yoxdur” (2013), “Rahatlığı və qayda qanunu qoruyanlar” (2013) və s.

Bu gün ahıllıq yaşını yaşayan və müdriklik dövrünə qədəm qoyan müəllif, qarşısına qoyduğu məqsədə doğru-Azərbaycan və Rusiya arasındakı dostluğun öyrənilməsi və dəyərli faktların tətqiqi və təbliği yönündə öz yaradıcılıq  araşdırmalarını davam etdirir.

2013-cü ildən “AqRa” Elimin İnkişafına Dəstək İctimai Birliyinin üzvüdür.

 

Ramin Məmmədovun (demək olar ki)

bütün kitablarının redaktoru və nasiri:

“Ziya-Mika” nəşriyyatının direktoru:                    Sevda Mikayılqızı

 Rus mətnlərinin redaktoru:                           Bela Zakirova

Ramin Məmmədov: “Dostluğa alternativ yoxdur”, “Odlar Yurdunun Övladları Rusiya tarixində” kitablarından səh.387

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir