Xanəli Kərimli: “Bir ömrün işığı”
Xanəli Kərimli: Bir ömrün işığı (Məqalələr, məktublar, tədbirlər)
Bu toplu tanınmış şair, araşdırıcı-alim, gözəl pedaqoq Xanəli Kərimlinin yaradıcılığı haqqında “Şairə məktub” (2007), ”Sözün Əlincə qalası” (2011) (məqalələr toplusu) və fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011) kitablarından sonra 4-cü kitabdır.
Kitabda X.Kərimlinin yaradıcılığı ilə bağlı son illərdə yazılmış məqalələr, məktublar və digər materiallar yer alıb.
Bakı, Qanun Nəşriyyatı, 2016, 384 səh.