Yalan deyər

Kim ömür yolunda, keçmiş günlərində ona, sirli-örtülüqalan anları, bilmək istəməz?
“Bilmək istəmirəm” deyən, – Yalan deyir!
Kim gününün, sonu nə ilə bitəcəyini bilmək istəməz?
“Bilmək istəmirəm”, deyən, – Yalan deyir!
Kim ömür aqibətinin, nə ilə sonlanacağını, bilmək istəməz?
“Bilmək istəmirəm”, deyən – Yalan deyir!

 Kim bu dünyadan vidalaşıb, o dünyada kimlərlə, nələrlə qarışılaşacağını bilmək istəməz?
“Bilmək istəmirəm”, deyən – Yalan deyir!
Kim etdikləri hərəkət, davranışlarının nəricələri nə ilə yekunlaşar bilmək istəməz?
“Bilmək istəmirəm”, deyən – Yalan deyir!
Kim getdiyi, getmək istədiyi yolu, səfərin necə olacağını bilmək istəməz?
“Bilmək istəmirəm”, deyən – Yalan deyir!
Kim zəhmətlə başladığı işin, aqibətinin necə olacağını bilmək istəməz?
“Bilmək istəmirəm”, deyən – Yalan deyir!
Kim Cənnət, Cəhənnəm, Bərzağ necə olduğunu bilmək istəməz?
“Bilmək istəmirəm”, deyən – Yalan deyir!
Kim gələcəyinin necə olacağını bilmək istəməz?
“Bilmək istəmirəm”, deyən – Yalan deyir!
Kim kimin, nə olduğunu, necə insan olduğunu bilmək istəməz?
“Bilmək istəmirəm”, deyən – Yalan deyir!
Bu həyata bütün halları bilib öyrənməyə, araşdırmağa, tapmağa, nəticələr çıxarmağa, yaxşı nə, pis nədir, məkr nə, yalan nədir, kimi isə karıxdırıb, aldadır, məqsədləri, məramları nəyin necə olduğunu bilmək üçün gəlmişik!
“Bilmə!” – deyənlərin, özləri də, Yalan deyir! 
Çünki özləri də, maraqdadır, Öz hallarını, aqibətlərinin “nə ilə nəticələnəcəyini”, onlar da, bilmək istəyir!
Heç, “vecimə də, deyil!” – deyən, Yalan deyir!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir