Yer üzü

    Yer üzündə ilk bitkilərdən biri soğandır. İlk yer üzü insanları soğan bitkisini əziz bitki sayırdılar. Soğanı dişlə dişləmirdilər, ovuc altında əzirdilər ki, soğan lətafətləşsin. Qidalar tərkibində soğandan istifadə etməyin mənası var idi.

    Qida tərkibində soğan, o qidanın tərkibində su miqdarının tənzimləməsi üçün istifadə edirdilər. Ümumi halda soğan bitkisi, qida hazırlanarkən o, qida tərkibində və bədəndə artan su miqdarını nizamlamaq, bərabərləşdirmək, tənzimləmək funksiyası daşıyır. Bəzi qida hazırlanmasında, soğansız başlanmır.

 Qida hazırlanmasının ilki soğanla başlanması, qidaya əlavə olaraq xoş bir dad gətirir. Qida hazırlanmasının ilki soğanla başlanılır. Qida soğansız hazırladıqda o, qidanın dadı dəyişilir. O, qida tərkibində, nəm qədəri bərabər bölüşmədiyindən, elə gəlir ki, dad fərqlidir. Bədən o, qida tərkibində nəmlik qədərini, dad bərabərliyinin nizamsızlıqla başladığını hiss edərək, o nizamsızlığı, qəbul etmək istəmədiyini “dad”-la bildirir, hiss elətdirir.

Xalq arasında soğan- “istilik”, kartof isə “soyuqluq”- daşıyıcısıdır deyilir. Yer üzündə bir çox bitkilərin “kökü” soğanladır. Soğan yer üzündə, bütün qitələrdə, ərazilərdə bitir. Soğan yer kürəsi formasına, özzəyi isə, planetin nüvəsinə bənzəyir. Soğan forması, aralarındakı qabıq ardıcıllığı, yer kürəsinin dərin qatlarının, laylarının, süxurlarının forma, yaddaş daşıyıcısıdır. İlkdən, ilk insandan kəsilməzdi soğan, ovuc altında əzilərdi soğan! Əzildikcə, şirinləşib, lətafətləşərdi, ədviyələşərdi soğan!

* * *

Yer üzündə elə kiçik bilinən, bəzən heç bilinməyən məhfumlar var ki, nə onları görmək, nə də onlar haqda bir şey bilmək istəyirik. O, məhfumların nə qədər böyük bir daşıyıcı olduğunun fərqinə də varmırıq. Onlardan biri “kanifoldur”. Kanifol- bütün kamanla ifa olunan musiqi alətləri: kamança, skripka, violonçel və s. mütləq olaraq istifadədən əvvəl kanifol sürtülür. Məsələ burasındadır ki, virtuoz skrıpka ifaçısı Paqanininin özü də, kanifolsuz skripka musiqi aləti qarşısında aciz qalardı. İstedad ayrı, istedada köməkçilər ayrı.

Kamanla ifa olunan bütün musiqi alətləri iki aparıcıya möhtacdır. Kamanda- atın quyruq tükü, kamanla səslənməyə musiqi aləti simləri arasında- kanifol (kanifol küknar ağacından ayrılan kristallaşan maddədir. O şüşəyə bənzər, kəhraba rəngli kütlədir). Heyranlıqla dinlədiyimiz klassik musiqi əsərləri heç fərqinə varmadığımız iki yoldaş ona, yol yoldaşlığı edir. Bir maraqlı cəhət də ondan ibarətdir ki, elektro-texnika sənayesinin özü də, kanifolsuz, qalaysız acizdir. Bütün detallar arasında qalaylama prossesi kanifol və qalaysız mümkün deyil. Qalaylama vaxtı detal arasına kanifol, qalayın əriməsinə köməkçidir.

* * *

Tarixi mənbələrdən, yer üzündə insanlar min il, doqquz yüz il ömür sürərmişlər. O, ömür müddətini yaşayan insanlar ətrafa, təbiətə, canlı aləmə diqqətli yanaşaraq və müşahidə edə-edə, müddətləri ayırd edirdilər. 

Özləri min il yaşadığından, üç yüz il yer üzündə yaşayan quşa təəccüblə baxıb “bu quşlar, bu dünyanı nə tez tərk edirlər?”- deyib düşünərdilər. Amma min illər, əsrlər keçə-keçə insan ömürləri tədricən qısalaraq azalmağa başladı.

Yer üzündə, üç yüz il yaşayan qarğa, səs salıb, çığırır qarğa, insanlara qəribə baxıb, “bu insanlar, bu dünyanı nə tez tərk edirlər?”-deyə fikirləşir. 

Nədən gəldik, nəyə çatdıq. Haradan gəldik, haraya çatdıq. Düşündürücü o haldır ki, min il yaşamış o insan, yüz il yaşaya bilmir bu insan!

* * *

Bir zəng düzəldin, zəng olsun! O, bəşəriyyətin-bəşəriyyətə zəngi olsun! Yer üzündə zəng olsun, bəşəri faciələr vaxtı, bəşəriyyəti oyatmağa zəng olsun!

Bir zəng düzəldin, zəng olsun! Bəşəriyyətə səslənən, bəşəriyyətin zəngi olsun! Bəşəri faciələrdə-bəşər faciələrdə o zəng səslənsin, səs olsun, bəşəriyyətə zəng olsun, oyanma olsun. Narkomaniyadan, uyuşdurucudan bir də nələrdən, o faciələrdən bəşəriyyət uzaq olsun, bəşəriyyətin zəngi səslənsin, səs olsun! Kimsə gəlib bu bəşəriyyəti xilas etməyəcək! Bəşəriyyət – bəşəriliyini, insanlığını xilas edəcək!

Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir