Yer üzündə Pul, kimindir?

Yer üzündə, bütün bəşəriyyət arasında olan Pul məhfumu, tədavül vasitəsidir!

İnsanlar arasında tez-tez təkrar olunan, “Pul, əl çirkidir”- ifadəsini, cürəbə-cür, şərhlərlə, izah edirlər!
Amma həqiqətdə isə, pul “əl çirki” olmayıb, insanların əl çirklərinin daşıyıcısıdırlar!
Pul əskinazlarının (kağız pullar), əsas tərkibi ipəkdən olan, kağızla bir qarışıqdan hazırlanır ki, tədavül zananı tez cırılıb, sıradan çıxmasınlar!

 İnsanların istifadə etdiyi kağız pullar, əldən-ələ keçdikcə, hər bir adamın əldə tər, nəm vasitəsi ilə, o kağız pullara hopur və onların daşıyıcısına çevrilir!
Pul əskinazları eyni vaxtda hisslərin daşıyıcısına çevrilir!
Pul, özündə-özlüyündə nə daşıyır?
Pul özündə, bütün insan Hisslərini daşıyır!
Pul insan əllərində olanda, düşüncələrindən nələr keçər?
“Apararlar, oğurlayarlar, itər, azalar, yox olar!”.
Pul, həm sevinc, həm kədər daşıyıcısıdır!
Həsrət pulda, qorxu pulda, nifrət pulda, lə’nət pulda, insanı ucaldarlar pulla, alçaldarlar pulla!
İnsanı aldadıb, yolunu anlamını dəyişərlər, pulla! 
Kasıb, pulu lə’nətləyib söymədə, Dövlətli, pulu saymada, tumarlamada o pulun özlüyündə qorxmada!
Hər bir hal, hər bir düşüncə hopar pullara!
Pul əl çirki olmaz! 
Pul bütün insan düşüncələrinin, çirkli, niyyətlərinin, həsrətlərinin, məkrinin, yalanlarının, iftiralarının, qorxularının, hallarını daşıyar, uydurmalarının daşıyıcısına çevrilər!
Amma heç görmədik, heç eşitmədik ki, Dünya Sanitar Epidemioloji Stansiyaları xəbərdar etsinkər ki, “bütün insanlar, irqlər, millətlər, dövlətlər arasında, tədavüldə olan, Pul əskinazları, dezinfeksiya, steriyizasiya edilməlidirlər! 
Onlar İnsan əllərinin, çurk daşıyıcılarıdırlar!”.
Pul haqda, qərubə bir hal da ondan ibarətdir ki, Yer üzündə olan bütün Səmavi Kitabların mətnlərində, bölmələrində, cümlələrinə diqqətlə baxıldıqda, Pul haqda yer insanlarına, elə də, bir bilgi verilməyibdir!
Çünki Pul, Yer Aləmində, insanlar arasına, insanlar tərəfindən ancaq tədavül vasutəsi kimi “icad”-olunybdurlar!
İstər, qızıl pul, istər gümüç pul, istər metal pul, istər pul əskinazları olsun, insanlar arasında, ancaq tədavül vasitəsidirlər! 
Deməli insan istəkləri arasında icad olununmuş pul, ancaq insanlar arasına lazımdırlar!
Onlarsız da, olmurlar!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir