YÜZƏ ÇAT; QARA QUTU; ÜNVANINA ÇATMADI Vaqif Məmmədovdan – Xanəli Kərimliyə.

 

Vaqif MƏMMƏDOV

YÜZƏ ÇAT

 

Şair dostum Xanəli Kərimlinin

60 illiyinə

 Fidanları bağ eylədin bu yolda,

Təpələri dağ eyədin bu yolda.

Qara saçı ağ eylədin bu yolda,

Bu haqqındı,haqqa qovuş, düzə çat!..

 

Tale vurdu qandalları qoluna,

Sən çevrildin söz mülknün quluna.

Misraların işıq salır yoluna,

Yolları yor,kəlama çat, sözə çat.

 

Yollar keçdin kinayəli, tənəli,

Ömür daha düzəngaha yönöli…

Altmışında çox öyünmə, Xanəli,

Hünərin var doxsana çat, yüzə çat!.

 

QARA QUTU

 

“Əsl şair və yazıçıların yaradıcılığı

yaşadığı dövrün, zamanın qara qutulrıdır”

deyən şair dostum Xanəli Kərimliyə

 

Bir qara qutuyuq sabah, qardaş!

Tarix də,məkan da, zaman da bizdə.

Nə elə ucuzuq, nə baha,qardaş,

Arzu da,ümid də, güman da bizdə…

 

Qar, yağış islatmaz, külək aparmaz,

Düşsək də səhraya, dərəyə,düzə.

Biz çəkən yüləri fələk aparmaz,

Tanrıdan verilib bu tale bizə…

 

Titullar, rütbələr daşımasaq da,

Zaman yazdığımız sözdə yaşayır.

Özümüz bir tale yaşamasaq da,

Çoxunun taleyi bizdə yaşayır.

 

Ortaya şübhələr, “bəlkə…” düşndə

Bizlərdən təsəlli uman çox olar.

Haqqın üzərinə kölgə düşəndə

Qara qutulara güman çox olar.

 

Hərdən uduzuruq bəhsdə,yarışda,

Qəm yemə,haqqın ki, üzü bəridir.

Çöhrədə kədər də, üzdə qırışda

O qara qutunun sətirləridir.

 

Bir qara qutuyuq sabaha, qardaş!

Tadix də, məkan da, zaman da bizdə.

Nə elə ucuzuq, nə baha, qardaş,

Arzu da, ümid də, güman da bizdə…

 

 

ÜNVANINA ÇATMADI

 

Şair dostum Xanəli Kərimli özünün “Payız duyğuları” kita- bını avtoqraf yazıb iş otağımda mənə verdi ki, Cəfər Əliyev bu gün Şərurdan gəlib səndən götürəcək. İkimizə də doğma olan qələm dostumuz, Əməkdar jurnalist Cəfər Əliyev gəlib kitabı götürmədi… Səhərisi gün eşitdik ki, o, dünyasını dəyişib…

 

Kitab verdin yaxın dosta çatdıram,

O, gecikdi, ürəyimə yatmadı…

Kitab verdin yaxın dosta çatdıram,

Bu kitabın ünvanına çatmadı…

 

Yollarını boran aldı, qar aldı,

Gözləməkdən gözüm kökü saraldı…

Ünvanımız bir küçə də daraldı.

Bu kitabın ünvanına çatmadı…

 

Bir taleyin son sədası xitabı,

Yox səbrimin nə dözümü,nə tabı…

Bitdi daha bir ömrün də kitabı,

Bu kitabın ünvanına çatmadı…

29.04.2015.

Kitabı Yüklə

 

Xanəli Kərimli: Şairin könül dünyası.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir