Zəhmətsevər, işgüzar müəllimim Südabə xanım Süleymanova barədə
Süleymanova Südabə Həsən qızı 10 oktyabr 1950-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1956-cı ildə Naxçıvan şəhərindəki C.Məmmədquluzadə adına 2 № li orta məktəbin birinci sinfinə getmiş, 1966-cı ildə isə həmin məktəbi müvəffəq qiymətlərlə bitirmişdir. 1967-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Kitabxanaşünaslıq və biblioqrafiya” fakül-təsinə qəbul olmuş, 1971-ci ildə bitirmişdir. 1971-ci ildə sentуabrın 1-dən “Xalq Yaradıcılığı Evi”ndə metodist, 1972-ci ildən Naxçıvan MSSR Mədəniyyət Nazirliyində metodist vəzifəsində işləmişdir. 1973-cü ilin avqustundan bu günədək- 43 ildir ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şöbə müdiri işləyir.
1977-ci il 27 may tarixində , “1976-cı il “Sosializm yarışı qalibi” döş nişanı ilə, 1991-ci ildə Naxçıvan Muxtar Respublika Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı, 4 nəvəsi var.
Südabə xanım işlədiyi müddətdə oxucuların və iş yoldaşlarının hörmət və rəğbətini qazanmışdır. O, öz biblioqraf peşəsinin vurğunu və oxucuların sevimlisidir. İşlədiyi bu uzun müddətdə oxucu sorğularına məsuliyyətlə yanaşmış, demək olar ki, bütün sualların cavablanmasına nail olmuşdur. O, indi də böyük həvəslə işləyərək, Naxçıvanın tarixinə, arxeologiyasına, etnoqrafiyasına və bu günkü müasir inkişafına dair materialları tapır, ardıcıl olaraq Naxçıvanşünaslıq kartоtekasında yerləşdiriг və ədəbiyyat siyahıları hazırlayır.
O, kitabxananın bütün işlərində fəal çalışır, keçirilən bütün tədbirlərdə yaxından iştirak edir. Yeni gəlmiş kadrlara qayğı göstərir, onların savadlı biblioqraf kimi yetişməsində əlindən gələni əsirgəmir.
Südabə Süleymanova həm də yaxşı həmsöhbətdir. O, Naxçıvan şəhərində “Xandiki” adlanan yerdə, qədim Qala məhəlləsində anadan olmuş və yaşamışdır. O, həmişə öz doğulduğu şəhərin və yaşadığı məhəllənin tarixi haqqında böyük həvəslə mə`lumat verir. Xatırladım ki, Südabə xanımın babası Mirzə Ələkbər Süleymanov Naxçıvan şəhərindən məşhur Qori seminariyasına gedən ilk üç nəfərdən biri olmuş, Naxçıvanda maarif və mədəniyyət sahəsində xeyli işlər görmüş, Naxçıvan teatrını təşkil edənlərdən və ilk aktyorlarından biri olmuşdur .
Süleymanzadə Əzizə
M.S.Ordubadi adına
Naxçıvan Muxtar Respublika
Kitabxanasınnın əməkdaşı
Redaktordan: mövzunu davam etdirəcəyik.
14.09.2016