Zər, Azər

Yer üzünün ən mühüm və təksib olunmaz tarixlərindən biri, Səmavi Kitablarda qeyd olunan, Həzrəti Nuh dövründə baş vermiş Dünya tufanıdır. Bu analoji hadisə tez-tez, ardıcıl olaraq baş vermədiyindən, həmin Səmavi Kitablarla yer üzü insanlarına o Dünya tufanı haqda bilgi verilib. O bilgilərlə, yer həyatının Həzrəti Adəmdən sonra, yer üzünün ikinci atası, Həzrəti Nuh olduğu bildirilib. Bununla yanaşı, mətnlərdə Əshabül-Kəhf (yeddi Kimsənələr), Azər oğlu, Həzrət İbrahim və bu kimi, müxtəlif mühüm informasiyalar da, öz əksini tapıb.

Amma, bunlarla yanaşı olaraq, dünya tufanı ərəfəsində Həzrəti Nuh, ailəsi, və o dövr sudan xilas olmuş insanların məskunlaşdığı, yaşadığı ərazi və o ərazinin tarixi adı da, yer üzü insanlarına mə`lum olub.

   Bizim, o dövr, coğrafi ərazi adlığımız, (Tufana qədər, tufandan sonra) Bilqamıs dastanında Həzrəti Nuh dövründə, “Ur”- olduğu qeyd olunur. Bu, Əjdər Fərzəlinin “Təkrar olunmaz Abidələr diyarı” adlı məqaləsində, “Bilqamıs 1985 s. 8, tərcümə İsmayıl Vəliyevindir” – ona istinadən qeyd olunub. 

Onu da demək yerinə düşər ki, “Ur” – la əlaqədar olan bir çox tarixi adlıqlar saxlanılmaqda, qalmaqda, işlənilməkdədir. O tufan ərəfəsindən sonra, o dövrün insanları, Həzrəti Nuh xilası və xilaskarlığını unutmayaraq, həmin Ur ərazisində Həzrəti Nuha təşəkkürlülük mə`nasında ərazidə bir çox yerləri Onun adı ilə çağırıb, adlandırmağa başladılar. Bununla bərabər ərazi Nuhun tufandan xilas etdiyi, ərazi kimi də, xarakterizə olunmağa başladı. Nuh çıxan, Nuxçu-van (van-ərazi) və s.
Maraqlı olan hadisələrdən biri, dünya tufanından xilas olmuş Nuh ailəsi və o dövr insanlar, su çəkilməyə başlandıqdan sonrakı ərəfədə, yer üzündə, lokal zəlzələlər baş verməyə başlamasıdır.
Zəlzələlərlə planetimizdə, yeni relyef, yeni qatlar, süxurlar, yüksəkliklər, çökəkliklər ,torpaq sürüşmələri ilə də, müşahidə olunmuşdur. Çünki yer üzündə yeni həyat şərtləri, yeni dəyişikliklər başlanırdı.
Dünya tufanından sonrakı mərhələlərdə, suyun tədricən çəkilməsi ərəfələrində, ərazidə yerləşən, Ağrı – dağı dəfələrlə, ardıcıl vulkan püskürmələri ilə, müşahidə olunub. 

Bu ərəfədə, yer üzünün yeniləşməsi, ərazilərdə yeni İlahi İşıq, sahələri kimi “bəyan”, olunurdu. Bu hallar da, zəlzələlərlə müşayət olunub. O İşıq sahələrindən biri də Azərbaycan, Naxçıvan ərazisi idi.
Yer üzündəki yeniliklərindən biri də, Azərbaycanda, Abşeronda, xüsusi ilə, Naxçıvan ərazisində, bir çox yerlərdə, yer altından qalxan, görünən alovlanan oda, Ata-ş (yə`ni Ata, İlk, Aparıcı, İşıq Sahib Olan – ona “ş” sonluğu ilə tələffüzü, İşığın, istiyə çevrilməsi anlamı daşıyıcısıdır) adı verdilər. “Ata” – kəlməsi, düzünə və ya əksinə deyildikdə də, o dəyişilməyən (güzgü effekti), sabit olan, dəyişməz, mütləq olan, anlayışı kimi də, qəbul olunub. 

Bütün hərəkətlərə, başlanğıclara və tükənməyən davamiyyətə, səbəb kimi “Ataş”- İşıq və istısi olan, Mütləq olan, anlamı daşıyıcısı idi. Yanar dağı, torpaqdan qalxan, şölələnən od, Ataş – gəh (güc), kimi də adlandırılırdı.
Naxçıvan şəhər istiqamətindən Qərb səmtində olan dağda, vulkan püskürmələri sakitləşdikdən sonra, Naxçıvanda, Gəmi – Qayadan görünən (qərb istiqamətə) dağın parlaq İşıq saçması, o dövr insanlarda İşığın, odun görünməsi, bir sevinc bir maraq doğurdu. 

Tufana qədər olan mərhələdə o insanlar oddan istifadə edirdilər. Bu ərəfədə görünən, şölələnən odun, alovun görünməsi qəribə deyildi, qəribəlik onda idi ki, Ağrı – dağda baş vermiş o vulkan püskürmələrindən sonra, o dağ, Zərli İşıq saçırdı.
Amma, xilas olmuş o ailələrə, o insanlara, o ərəfədə od, isti əldə etmək, çox çətinlik törədirdi. Amma İşığın, odun görünməsi, şölələnməsi sanki o insanlara bir sevinc, müjdə, bir xilas, ümid bəxş etdi.
Çünki bütün bəşəriyyətin, bütün canlıların, bütün varlıqların, yer kürəsinin özü, mərkəzdə yerləşən nüvəsi də, İşığa, isti ilə Ataş-a möhtac yaranıblar. Törədici, Törədəcəyini – istidə, isti ilə Törədir! (Ana isti, bala isti).
O ərazi və ərazidə xilas olmuş Nuh ailəsi və o insanların xilasına da, bir səbəb olmalı idi. Ərazinin bə`zi sahələrində torpaq altından şölələnən od, dağda görünən od, İşıq, o əraziyə, Kainat Bəxşı və Kainat Baxışı idi.
Ərazi və o dövr insanların, nə üçün xilas olunduğu İşıqla, isti ilə o ərazinin bir “Diqqətdə” – olduğu kimi, xarakterizə oluna bilərdi. 

Bəxş olunan o işıq, o parlaqlıq, o alov, onun əlaməti idi ki, dünya tufanından sonrakı olan, bütün mərhələlərə, həyata, yaşayışa başlanğıc, törədici İşıq əlamıti kimi bəyanlaşsın. (Zər, İşığın – pay hissəsidir. O, zərrə, çox parlaq, çox tərəfli, hərəkət trayektoriyalarında dayanmayan, biri-birinə dəyməyən, toxunmayan, kütləsi olub, çəkisi olmayan, vaxta-zamana sığmayan, Kainat boyu hərəkətdə olan, bütün kütlə və varlıqlardan maniəsiz və çox sür`ətlə keçən və bütün varlıqların törəməsinə, Aparıcı işığın, pay, hissə, Zərrə halıdır). 

O insanlar sevinclə, inamla dağa tərəf gedərək, o dağın ətəyində görünən torpaq altından şölələnən oda, maraqla baxırdılar. Maraq və zəruriyyətdən o odu, özlərinə tərəf, Gəmi qayaya tərəf, (hələlik dağlara, daşlara, qayalara sığınmışdılar) aparmaq haqda düşünməyə başladılar. Məsləhətləşmələrdən, müxtəlif düşüncələrdən sonra belə bir qənaətə gəldilər ki, dağ ətəyindən o odu, atəşi biri-birindən aralı, tonqallar yandırmaqla aparmaq mümkün olar.
Ağrı – dağdan, Gəmi – qayaya tərəf, ilk tonqallar, biri-birindən aralı çatıldı, qalandı. Bir tonqaldan o biri tonqala oddan – od daşındı, alışdırıldı. O tonqalların sönməməsi və nəzarət edilməsi üçün, isə, ilk Kahinlər seçildi. Onlar odun, tonqalların sönməməsinə xidmət edirdilər. Bununla odun, alovun, yalovun, halovun tonqallar qalamaqla, od məsafələrini qısaldaraq, ilk od, tonqal Gəmi qayaya tərəf istiqamətləndi.
Daha gecələrin müddətləri şən, maraqlı olmağa başladı. Gecələr odun, alovun, tonqalların çox uzaqdan ilk od mənbəynin Ağrı – dağ istiqamətini, göstərməsi də, həyata böyük inam və ümid verirdi.
O tonqallar artaraq, uzanaraq Gəmi-Qayaya , Agrı – dağ ətəklərindən Azərbaycanın bütün böyük ərazilərinə tərəf böyüdü, uzandı, artdı. Ona görə ki, tonqalların işığı Qovv, Qavv, Qaff dağı tərəfdən başlayaraq, böyük sahəni, ərazini, gecə-gündüz, işıqlandırırdı. 

Bu ərəfədən başlayaraq bütün baş vermiş o hadisələri, o dövrü, ərazinin adını, Tanrı İşığı, yazın başlanğıc anının Qoç bürcündən, Buğa bürcünə keçən ərəfədə baş verdiyini, Zər-van ərazisində, (sonralar Zurvan, onun əksi yazısı Navruz) çaxmaq daşları vasitəsi ilə, bütün daş, dağ, qayalara döyülərək o tarixi hadisəni gələcək törəməyə bildirmək üçün işarələrlə (ilk simvollar) döyüb yazdılar və tarixləşdirdilər. O ilk daş üstü, qaya üstu yazılar, təsvirlər pərakəndə yox, ardıcıl daş üzərində, kitabələr idi.Çünki əl altında olan ancaq daş var idi. Bu yer üzünə, ilk Səlnamə yazısı oldu, və min illərlə yazılacaq bütün səlnamələrə, bir başlanğıc oldu. 

İstər-istəməz çox maraqlı suallar çıxır ortaya. O suallardan biri, çox maraq doğuran, çox düşündürücü bir məqamda ondadır ki, o dövr, kəsici, yonucu, deşici metal alətlər olmadığı halda, o dövr insanlar əl, ayaq dırnaqlarını necə qıssaldırdılar?
Əgər əl, ayaq dırnaqları qıssaldılmasa idi, nəinki yerimək, heç əllə də, bir şeydən tutmaq, yapışmaq da, mümkünsüz olardı. O dövr o insanlar sərinlər düşəndə, su içərisindən yığdıqları qəmişləri, daş altında döyərək pardaqlayıb, onların köməyi ilə (o polad kəsicidən də çox iti olur) məişətdə və onların vasitəsi ilə bir çox, işlərini yerinə yetirirdilər. Suda, su hövzələrində üzmək üçün də, qəmişdən düzəldilmiş qayıqlardan da, istifadə edirdilər.
Sonralar Gəmi – Qaya ilə uzaqda görünən Ağrı – dağ arasındakı düzəngaha Ərlər, Ərənlər – (sahiblər, ərazi sahibləri, od, İşıq sahibləri) düzəngahı adlandırırdılar. Çox sonralar, “ə”- düşərək, “a”- kimi tələffüz edilərək, “ Ar”, “Arlar” – kimi ərazinin, düzəngahın sahibləri, adlanıblar. Bir çox alfavitlərdə, “Ə” – hərfi olmadığından, “ Ərlər” – sözü, “a”- hərfi ilə, tələffüz olunub. Arlar – kimi deyilib.

Amma köklü ad daşıyıcısı, Ur – (tufana qədərki ərazi, ad daşıyıcısı), sonra əlavə olunan isə, Ər – ( sonralar “ar”-kimi, o ərazinin İşıq sahibləri), Dur – (qalx, dikəl, vaxtdır, o zamandır, fikir – söz sənindir) sözü, həm ərazi, həm ərazidəki sahiblər, həm də onun xarakteri göstəricisi, adı idi. Bunların cəmi olaraq, bir ad daşıyıcısı Ur-ər-dur- deyə adlandırıldılar. (Urardu).
Amma o tonqallar yanarkən, onun qırmızı, yandırıcı və ağrılı olduğunu bilərək o dağa, o Oda – ağrılı, (pis mə`nada yox, bu ərazi və bu işıqlara daha doğrusu, toxunulmaz olan “bəd fikirli olsan – ağrısını çəkərsən”, deyərək onu Müqəddəs hesab etdilər). Onunla yanaşı, daha ərazinin də, Tanrı Baxışında, Tanrı Nəzərində olduğu qənaətinə gəldilər.
Amma, bir həqiqət də ondadır ki, sonrakı tarixi mərhələlərdə Azərbaycan və xüsusi ilə Naxçıvan ərazisinə hərbi yürüşlər edən, bütün sərkərdələrin son yürüşü, və bu yürüşlərdən süqut mərhələləri başlayıb.
Xronoloji olaraq, tarixləri izləsək, burada təksib olunmaz həqiqətlər aşkar olunacaq. Sərkərdələrin, başqa ərazilərə nəzərdə tutduğu yürüşlərin uğursuz aqibəti, Azərbaycandan, Naxçıvandan başlayıb, Naxçıvana yürüşlərindən də elə, süqutları başlayıb! İşıq Sahibinə, Sahib olmaq olmaz, çünki bu ərazinin Azərbaycanın, İşıq Sahibi var.

Həmin Qaf (qovv), Ağrı – dağı, Azərbaycan ərazisində, Naxçıvanın (Qərb istiqamətində) Türkiyə ilə indiki coğrafi sərhəddində, Əzəmətlə yerləşir.
Ağrı – dağ ətəyindən, yer altından qalxan od, min illərlə, əsrlərlə daşlar arasından alovlandığından, uzun müddət ərzində, o daşlar yanaraq böyük, kiçik (kütləsindən asılı olmayaraq), çox yüngülləşdiyindən, o daşlara Naxçıvanda,“puff”, “fuff”, “tuff”- daşı deyiblər. 

Bu adı, ona görə belə adlandırıblar ki, yə`ni yüngul olub (məcazi mə`nada – püləsən, lələk kimi uçar) tikinti yükünə tab gətirməyən, tikintiyə yararlı olmayan, bir daş kimi adlanbırıblar. Əlavə olan adlardan biri də, “Daban daşı”- yə`ni dağ ətəyinin dabanından, aşağısından yığılan, yanmış, yüngülləşmiş daş kimi də, adlandırıblar.
Naxçıvanda xalq arasında deyərlər ki, “tuffağın dağılar, tiffağın dağılar”- bu deyim heç də, qarğış mə`nası daşıyıcısı deyil. (bu əslində, “etdiyin, edəcəyin iş, boşdur, yüngüldür, o etmək istədiyin işin, “yükünü”, daşımağına dəyməz, o yüngül, boş, mə`nasız bir işə baş qoşma, o dağılar”) xəbərdarlıq mə`na daşıylcısı olub.
İndiki vaxtda, bu ərəfədə, həmin Qaf, Ağrı – dağı, yatıb yuxlamayan ancaq, “Mürgüləyən”- vulkanik dağlar, sırasına aid olan dağdır. 

Dağ – adı, qəribə bir mə`na daşıyıcısıdır. Yə`ni “dağ vurar, dağlayar, yandırar”. Dil, dilçiliyimiz Kainat ölçü və miqyasında, o qədər zəngin olan bir dildir ki, sözlərimiz həm özünü, həm də elə, mə`nasının daşıyıcısıdır.
Düzgündür ki, O Ağrı – dağla əlaqədər saysız rəvayətlər, miflər, nağıllar və sonda,” Əsatir” – yaradılıbdır. Əsatirdə, həmin Ağrı – dağa, Zevs tərəfindən Prometey zəncirlənib ona görə ki, Prometey “ODU oğurlayıb” – insanlara vermişdir (yenə də, od – işıq). Qardaşı Herakl isə, onu xilas etmək üçün o Ağrı – dağa üz tutmuşdur, yolda Qara dəniz ətrafında, Kalxidadan keçərkən, Amazon qızları ilə orada rastlaşıb, sonra yolunu davam edərək, Qaf dağına, Ağrı – Dağına çataraq, zəncirləri qırıb, qardaşını oradan xilas etmişdir. 

Çünki Bütün tarixi mənbələrdə, Ağrı – dağı, Qaf dağı xilaskar, tufan mərhələsində o insanlar onun ətrafında xilas oldular,“xilas edər”- kimi, deyərək, bəyan etmək istəyərək, müxtəlif miflər, rəvayətlər, əsatirlər yaradılıb.
Naxçıvan ərazisinə müxtəlif “bəhanələrlə” edilən, saysız hərbi yürüşlərlə, İşıq mə`bədlərini, atəşgahları, tarixi abidələri, daş üstü, qaya üstü yazıları dağıtmışlar, tarixi tikililər məhf edilmişdir, bir çox coğrafi ad, və mə`na daşıyıcılığını, məqsədli olaraq, dəyişməyə çalışılmışlar. 

Tufandan sonra, su tədricən çəkilməyə başlayandan sonra, Həzrəti Nuh Üç oğlunu və onlarla yanaşı o dövr xilas olmuş insanlardan seçərək, onları ayrı-ayrı müxtəlif istiqamətlərə göndərdi. Hər bir oğlunun yanında ona uyğun olan, işıq, xeyirxahlıq daşıyıcılığına inamlı olan, insanları göndərdi. Məqsəd yox idi, ancaq İşıq ərazisindən, xilas ərazisindən, xilas olunmuş o insanlar, xilas olmağı, xilaskarlığı aparırdılar ki, yeni həyat, davam etsın.
Hər bir oğlu ata yurdundan, adətləri, mədəniyyətləri, tufandan əvvəl danışdıqları dili, dilçiliyi, elmi və.s ılə gedirdılər.
Sonrakı dövrlərdə onlardan törəmiş olan nəvələr, nəticələr, elə o hecada, o söz kökündə danışırdılar və danışdılar da. O dil, dilçilik bu ərazidən, Həzrəti Nuh dili, Zər dili idi. (Dünya tufanından sonra çox qıssa vaxt ərzində təmamilə yeni, başqa bir dil tapıb, icad etməyə istəsəydilər də belə, bu mümkünsüz olardı. 

Yeni başqa, mükəmməl dil, dilçilik kəşf edilə bilməzdi və buna heç ehtiyac da yox idi. Dil, dilçilik böyük mürəkkəb bir sistem olduğundan, onu insan istədiyi vaxt, “istədiyi”-kimi kökündən dəyişmək, başqa cürə sistemləşdirmək qarşısında acizdir. Sözün, fikrin yönü dəyişilə bilər, amma kökü, hecası dəyişilmir). 

Çox sonralar uzaq, ətraf ərazilərdən Ata yurduna, Baba yurduna gələn o törəmələr, ilkdə olduğu kimi o dildə, o hecada danışırdılar, heç tərcüməçiyə də ehtiyacları yox idi.
Onlar Baba yurduna gələn baba qonaqları idilər. O qonaqlar ərazi haqda mə`lumatlı olduqlarından, sanki bir daha İşığa, Xilasa qovuşmaq istəklərində idilər. Bu gəlişlər, Baba yurdunda, Ata yurdunda, Baba məzarını, ziyarət edib, o Böyüklüyə təşəkkür mə`nası daşıyırdı. 

Çox maraqlı hallardan biri də, o idi ki, ərazimizdə olan duza, ətrafda qığılcım saçan daşlara, böyük təşəkkürlə baxıb, baba ərazisindən, özləri ilə işıq payı aparırdılar. O daşları ki, biri-birinə vurduqda (çaxdıqda) qığılcım saçırdı! O daşlara “çaxmaq daşı”- deyərək, “çax”- zərblə biri-birinə vurmaq, “maq”- isə işıq saçan, İşıq yayan, işığın “qığılcımı”- kimi adlandırırdılar. 

Ərazimizdə və dağ ətəyində olan qığılcım saçan o daşlara, “qovv”, “qavv”, sonrakı mərhələrdə, tələffüslərdə “v”-düşüb, “f”- kimi tələffüz edilərək Qaf dağı, Qaf ərazisi, İşıqlar, Qığılcım, İşıq saçan ərazi kimi adlandırılıb.
Ərazini Qaf-qal, sonda Qafqaz kimi adlandırıblar. Bu anlayış və adlıqla Qaf dağı, Qafqaz dağı, Qafqaz sıra dağları kimi ad daşıyıcısına çevrilib.
Zər, qığılcım saçar anlamını, Hindistanda “Benqal odları” (çubuqda) indinin özündə də, şad günlərdə, bayram günlərində alovlandıraraq, bayramı Zərlə, qığılcım işıqları ilə yad edirlər.
Bu icra çox-çox qədim olan yaddaşdan gələn bir icradır. Yer üzündə, dövlətlərdə bütün bayramları Atəş fəşanlıqla, səmada İşığın zərrənin parıltısı halı ilə qeyd edirlər. Çünki Zər, qığılcım yaradıcı, törədici İşıq payıdır, əminamanlıqdır. Zər, İşıq – dağıdıcı, məhv edici, viranə edici deyil. 

Çox sonralar odlu silah düzəldilərkən o ad daşıyıcısı, “çax-maq”, o sılahın əsas bir detalı kimi adlanıb.
O çaxmaq daşlarından yaranan qığılcımlara “zər, parlaq qığılcım”- deməklə bizim ərazinin daşları qığılcım saçan, torpaq altından şölələnən odları görüb, ərazimizə Odlar, Ata-şlar Yurdu, İşıqlar Yurdu ərazisi kimi ad verib, adlandırıblar.
Min illərlə Azərbaycan, Abşeron, Naxçıvan ərazisində yer altından qalxan, odlar şölələndiyindən ərazimizə “Odlar yurdu” adı verilib. 

Amma çox yerinə düşəcək bir sual, bir maraq yaranır bu anda bu məqamda ona görə ki, əgər bu ərazinin ilki, özü, Zərlə, işıqla idisə, İşıq əhatəsində idisə, bəs bu işıqların aqibəti nə oldu, necə oldu?
Ən maraqlı, ən düşündürücü hal oradadır ki, 1970-ci illərdə Kosmik elmi tədqiqatlar üçün Sovet (o vaxtkı) Kosmonavtları, kosmosa elmi ekspedisiya uçuşları keçirərkən, kosmik gəmi içərisində olan kosmonavtlar, kosmosdan maraqla (doğrudan, çox maraqlı görüntüdür) yer kürəsinin səthinə baxarkən, kürə boyucan ancaq bir sahəni güclü işıq içərisində olduğunu müşahidə ediblər. Fiziki coğrafi xəritəyə baxarkən o sahənin Azərbaycan ərazisində, Naxçıvan Muxtar Respublikası olduğu aşkarlanıb və bilinib. Uçuşdan sonra o Sovet kosmonavtı Naxçıvana gəlib və ərazini çox heyranlıqla seyr edibdir.
İşıq varsa Dönməz. Olan O İşıq Sönməz, o İşığı “söndürmək”- olmaz.

Tufandan xilas olmuş insanlar arasında, “Zər” – (zər – ziba, parlaq örtük, tanınmış, seçilmiş insanların üst geyimi, gözəlliyi, şaha, padşaha layiqli olan), “Bab”(aparıcı, uyğun olan, natiq, birliyə toplamağı bacaran, qabaqda, öncül olan, “Ona” inam olan, İnam daşıyıcısı), “Maq”-(işıqlı, işıq saçan, işıq yayan, işıqla kömək edən, gücə, işıq gücünə malik olan), onun əksi isə, “Qam”- (Kainatın yaranış anı ərəfəsində yeddi tamda, bütün məvhumlar cəmi yeddidə qərarlaşan, rənglər, səslər yeddidə cəm edilən, mütləq olan, iç – içə, biri-birini tamamlayan mə`nası), “Kahin, Kahinlər” – (odun, inancın, işıq mə`bədinin nəzarətçısı, qoruyucusu yeddi tamın, yeddi cəmdə, yeddinin yer anlamında Kainatla bir bağlılıqda olan, müqəddəs olan İşıq o İşıqdan törənən və törədicilıyi bəyan edən mə`nası) “Dur”- durlar (sonralar tur, turdan-tura bir mərhələdən başqa mərhələyə keçmək, İşığın mərhələlərlə yayılma sərhəddi, mərhələ, sərhədd, məsafə,sərhədliliyi qoruyan, sədd, istinad, divar, mövqe saxlayan) və.s kimi bildirilirdi. 

Bu qəbildən olan o icraçılar inam və inancından heç vaxt dönməzdilər. Bütün zərlər, bablar, maqlar, qamlar, kahinlər, durlar və s. Həzrəti Nuh ailəsınin nümayəndələri hesab olunublar.
Onlar İşıqlılar, İşıq daşıyıcıları, İşıq inanclılar idilər. Onların bir adı da, “Kimsənələr” – hamı arasından, çoxları arasından seçilmiç olanlar, çoxları ilə bərabərləşməyən kimi də, qəbul edilirdi.
Azərbaycan, Naxçıvan yə`ni İşıq daşıyıcıları, İşıq sahibləri kimi də adlandırılırdılar. Zərlər, A-Zərlər, Azərilər bizə özümüz yox, gələnlər, baxanlar bizi belə ad veriblər. O adlardan biri də “Tolerant” – adıdır. Gələnlər bizə baxdılar-baxdılar, düşündülər-düşündülər ki, hər gələnə çox diqqətlə yanaşırlar, qonaqpərvərdirlər, hamı ilə bölüşürlər. 

Bu baxış, tamamı ilə düzgün baxışdır. Biz bu əraziyə heç bir yerdən gəlməmişik, amma bu ərazidə ilkdən var olmuşuq. Hər gələni də, özümüzə qonaq bilmişik.
Amma çox qədim xəritələrdə Xəzər dənizi “Kirkan”- dənizi adı ilə adlandırılırdı. Sonrakı tarixi mərhələlərdə Haa-Zərlər (Haa – tükənməyən, davamlı, qurtarmayan, bitməyən, sonu görünməyən Zərlər, işıqlılar kimi) adlandırılaraq “h”- düşərək, “x”-ilə əvəzlənib. Xə-Zər kimi, tələffüz olunub. 

Azər dedıkdə, o tarixi ərəfə, ərazi ilə – ərazidə məskunlaşmış insanlar nəzərdə tutulur. Azər-İ dedikdə, “İ”- cəm şəkilçisi kimi ifadə olunaraq, Azər-in özlüyünün, məkanının ifadəsidir.
Fiziki – coğrafi xəritələrdə, “Azərİ” – adlı heç bir kənd, qəsəbə, ərazi mövcud deyil ki, Azər-İ adlığı “kiməsə, harasa, hansısa bir əraziyə) məxsus olsun.
“İ”- yönəldici, istiqamətləndiricidir. Ada, Adlığa tamamlayıcı və funksiya daşıyıcısıdır. Cəm şəkilçisidir, mənsubiyyət bildiricisidir. (Bu ərəfədə çox tez-tez deyilən, şərhi isə verılə bilinməyən, tarixi kökü olmayan, Azər-İ “bizə yaddır, adlığı”, çox lazımsız, mə`nasız, boş düşüncədən başqa, bir daşıyıcı deyildir). 

Çünki, əsrlərlə yer üzündə Nuh xillaskarlığı ilə bağlı olan müxtəlif ərazilərdə, Zər, Azər adlı şəhər, yaşayış məskənləri inşa olunub və Azərbaycanın arxitektura məktəbi – elementlərindən istifadə olunub.
Zər düşdü, Zərdə düşdü, İşıqdan düşdü, Əraziyə Zər, A-Zər düşdü, A-Zəri düşdü! İlk olan, İşıqdan törəyən, İşıq törədicisi olan, Zəri düşdü!
Dünya tüfanından sonra, Həzrəti Nuh ailəsi və tufandan xilas olmuş o insanlar bu ərazini, bu coğrafiyanı Duz yolu, İpək yolu, Zər, İşıq yolu kimi əbədiləşdirə biliblər.
Bizi, ərazimizi Zərlərin, Babların, Maqların, Qamların, Durların, Kahinlərin əraziləri kimi də tanıyıb, dəyərləndiriblər. Bu səbəbdən, Zər, Azər, vətənləri Azərilərin vətənidir – deyib, tanıyıblar.
Biz Zərik, Zərdənik, Azərləyik, Azəriyik! Bu adlıqları biz özümüzə vermədik, bizi görüb, bizə baxıb, bizi belə adlandırdılar.

Vahid Rzaev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir